“Nə uşaqlarımı saxlaya bilirəm, nə də müalicə olunmağa imkanım çatır” - GİLEY
Tarix: 2-08-2021, 09:59 | Çap et
 Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov 1 il 7 ay əvvəl iş yerində bədbəxt hadisə ilə üzləşib. Bunun nəticəsində sağlamlığını itirən 41 yaşlı kənd sakini deyir ki, indi nə ailəsini və iki azyaşlı övladını dolandıra bilir, nə də müalicə almağa imkanı çatır.
“Bir sutka sonra ayılmışam”
Ayət Abduləzov “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olub. Hadisə də Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Onu və şirkətin daha iki işçisini elektrik cərəyanı vurub.
Ayət Abduləzov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardımdan sonra Gəncəyə göndərilib. Üç gün orada saxlanılandan sonra evə buraxılıb: “Lap əvvəl Tovuz xəstəxanasına aparılanda ölümcül vəziyyətdə idik. Əl-ayaq nə vəziyyətdə idi. Mən bir sutka sonra ayılmışam. Amma dəhşətli ağrılarım vardı. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatyası aşkar edildi”.
Ona son nəticəsə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyulub. Ayət Abduləzovun sözlərinə görə, uzun müddət xəstəxanadan “Forma-88” ala bilməyib, bu üzdən ona əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək yubanıb. O, bütün baş verənlərə görə işlədiyi şirkəti günahlandırır: “Mənə həkim izah elədi ki, evdə xəstələnsəydin, özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə...”
“Veclərinə olmadı ki, bu bədbəxtin ailəsi, müalicəsi necə olacaq?”
Ayət Abduləzov gileylənir ki, şirkət öz işçisinə sahib çıxmadı. Onun sözlərinə görə, rəhbərlik hadisədən sonra ona vəd vermişdi ki, həm müalicə xərclərini ödəyəcək, həm də ailəsinin qayğısına qalacaq. O iddia edir ki, verilən vədə əməl olunmayıb: “Xəstəxananın məsrəflərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən, elə, bizim arxamız bağlıdır. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq? Təsəvvür edin, özüm ailə başçısı ola-ola valideynlərimin hesabına dolanıram. Kreditim vardı, onu valideynlərim ödəyir, mən indi necə müalicə olunum? Ona görə müalicə də oluna bilmirəm”.
“Bütün lazımi addımlar atılıb”
“Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin Azərbaycandakı nümayəndəliyinin Kadrlar şöbəsindən Əfsun adlı əməkdaş Meydan TV-yə bildirib ki, Ayət Abduləzovun ittihamlarıyla bağlı sualları cavablandırmaq səlahiyyətləri yoxdur.
Şirkətin hüquq şöbəsindən isə bildirilib ki, adıçəkilən keçmiş işçiyə münasibətdə lazım olan bütün lazımi maddi və hüquqi addımlar atılıb.
Mənbə: Meydan.TV

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Bu gün, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Bu gün, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Bu gün, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Bu gün, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Bu gün, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Bu gün, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Bu gün, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Bu gün, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Bu gün, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Bu gün, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Bu gün, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Bu gün, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12 |
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
| • Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46 |
|
|
|
| • Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35 |
|
|
|
| • "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33 |
|
|
|
| • Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31 |
|
|
|
| • "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29 |
|
|
|
| • Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11 |
|
|
|
| • Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08 |
|
|
|
| • Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01 |
|
|
|
| • Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54 |
|
|
|
| • Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53 |
|
|
|
| • Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47 |
|
|
|
| • Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45 |
|
|
|
|