Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                 

Azər Qocayev Kəlbəcəri qatar bələdçisi kimi idarə edir... - NARAZILIQ!
Tarix: 15-06-2021, 08:55 | Çap et
Azər Qocayev Kəlbəcəri qatar bələdçisi kimi idarə edir...
Kəlbəcərin səriştəsiz və qalmaqallı icra başçısı Azər Qocayev əsaslı səbəblər olmadan rayonun Çıraq kənd icra nümayəndəsinin müavini Xudaquliyev Elnur Əvəz oğlunu vəzifəsindən qovub. İcra başçısını buna sövq edən səbəb isə, Elnur Xudaquliyevin yardım məqsədilə doğma ata yurduna gedib qayıtması, Kəlbəcər rayonunda hərbi hissələri çörəklə təmin edən sexə zəruri avadanlıq aparması olub.

“Demokratik.Az”-ın məlumatına görə, Elnur Xudaquliyevin atasının, özünün və iş adamı Əli İbrahimovun da açıqlamalarından aydın olur ki, o, doğulub boya-başa çatdığı Kəlbəcər rayonu ərazisinə icazəli əsaslarla keçib. Lakin, icra başçısı hələlik onlara bəlli olmayan şəxsi məqsədləri və məkrli planı ilə olayı bəhanə edərək həmişə öz qüsursuz fəaliyyətilə, vətənpərvərliyi ilə seçilən bir dövlət qulluqçusunu təqib-təzyiqlərə məruz qoyaraq işsiz edib.

Əvəz Xudaquliyev ölkə başçısına növbəti müraciətində oğlunun Azər Qocayev tərəfindən əsassız olaraq işindən azad edilməsini xatırladaraq:
“Bu məsələ barədə dəfələrlə şikayətlər edirik, ancaq baxan yoxdur. Oğlumun işdən qovulması icra başçısı Azər Qocayevin şəxsi istəyi və özbaşınalığıdır. İki aydır ki, yazılan ərizə və teleqram şikayətlərimiz Prezident Administrasiyasında başçını müdafiə edənlər tərəfindən gizlədilir. Cənab prezident, siz deyirsiniz ki, PA-da əvvəlki zaman deyil, şəffaflıqdır. Amma yenə də yanınızdakılar əsas həqiqətləri sizdən gizlədirlər. Azər Qocayev qoymur ki, yazdıqlarımız sizə çata. Bir daha deyirəm ki, mənim oğlum Kəlbəcərə qanuni şəkildə gedib. Oğlum iş adamının xahişi ilə Kəlbəcərdə 6 min əsgərə çörək bişirən sexin qırılmış avadanlığını alıb aparıb. Bunu da bilən kimi Azər Qocayev polis rəisinə lazımsız göstərişlər verib, öz ərizəsini alaraq oğlumu vəzifədən azad edib. Xahişim odur ki, Azər Qocayev bircə dəfə otağından çıxıb Murovdağ aşırımını keçsin, özü Kəlbəcərə getsin. Axı, necə olur ki, sülhməramlıların müşaiyətilə Kəlbəcərin Vəng kəndində yerləşən Monastr kilsəsini ermənilər ziyarət edə bilir, cinayət sayılmır, amma mənim oğlum Kəlbəcərə gedib deyə qondarma cinayət məsuliyyətinə cəlb edilərək 200 manat cərimə olunur, hətta Azər Qocayev tərəfindən qəsdlə işindən qovulur? Mən və övladlarım həmişə dövlətçiliyimizə sadiq olmuşuq, 45 il bu dövlətə xidmət etmişəm. Azər Qocayev kimi nankor, gənc kadrları belə yollarla ləkələyən bir icra başçısı təcili cəzalandırılmalı, vəzifəsindən azad edilməlidir. Cənab prezident, sizdən xahiş edirəm ki, mənim oğlumu yenidən öz işinə bərpa edilməsinə köməklik göstərəsiniz!”-deyə öz videomüraciətində bildirib.



“Demokratik.Az” saytı məsələ ilə bağlı hazırda Kəlbəcərdə olan iş adamı Əli İbrahimovla əlaqə saxlayıb. İş adamı da saytımıza açıqlamasında faktı təsdiqləyib: “Elnur Xudaquliyevi yaxından tanıyıram, dostluq münasibətimiz var. Martın sonlarında sexin şkiflərinin remenləri (qayışları-red) sındı və iş iflic oldu. Mən də məcbur qalıb Elnurdan xahiş etdim ki, sexin avadanlığını təmir etmək üçün təcili remenlər alıb gətirsin. Etiraz etmədi, poilisdən də onun gəlməsi üçün razılıq aldım və aprelin 2-də Elnur Kəlbəcərə gəldi, remenləri mənə çatdırdı. Ancaq nədənsə elə həmin gün polislər onu özlərilə götürüb apardılar, dedilər qanunsuz keçib gəlmisən. Təəccübləndim ki, bu nə deməkdir? Elnur axı postları icazə ilə keçib, Toğanadan bura 80 km yolu da maşınla gəlib. Sonra eşitdim ki, 200 manat cərimələyiblər, ürəkləri soyumayıb, hətta işdən də çıxardıblar...”.
İş adamı Elnur Xudaquliyevə qarşı baş verənlərə, xüsusilə Kəlbəcərə gəldiyinə görə işdən qovulmasına hələ də inanmaq istəmir.

“Demokratik.Az” Elnur Xudaquliyevin özü ilə də danışa bilib. Onun sözlərinə görə, müavin işlədiyi 7 il ərzində heç bir nöqsana yol verməyib. Üzərinə düşən vəzifə öhdəliklərini və verilən tapşırıqları daim uğurla yerinə yetirib. Olaya gəlincə də;
“Aprelin 1-də gecə saatlarında razılaşmış qaydada Kəlbəcərdəki çörək sexinə avadanlıqlar alıb aparmışam. Postlardan razılıqla keçib ayın 2-də səhər saatlarında Kəlbəcərə çatıb Əli müəllimlə görüşmüşük. Getməkdə də məqsədim hərbi hissələri çörəklə təmin edən sexə yardım etmək olub və bu barədə əvvəldən polis də, Kəlbəcər İHB-də məlumatlı olub. Razılıqla bütün postları, sıldırımlı-palçıqlı yolları şəxsi NİVA markalı avtomaşınımla güclə keçib ata-baba yurduma getmişəm. Buna görə icra başçısının şəxsi göstərişilə mənə Kəlbəcər RPŞ tərəfindən İXM-nin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) üzrə inzibati protokol tərtib edilib, məhkəmə qaydasında 200 manat məbləğində cərimə tətbiq edilib. Dərhal da Azər Qocayev məni yanına çağıraraq zorla işdən çıxmağım barədə mənə ərizə yazdırıb və işimdən azad edib”.

Elnur Xudaquliyevin sözlərinə görə, Azər Qocayevin vətənpərvər dövlət qulluqçusuna qarşı niyə belə sərt qərar verməsini, “töhmət” belə vermədən onu birbaşa işindən uzaqlaşdırmasını, özünün tabeliyindəki məmura qarşı düşmən mövqe tutmasını anlaya bilmir.
“Onu da deyim ki, mən 44 günlük VƏTƏN SAVAŞInda da ordumuza maddi-mənəvi dəstək göstərmişəm, dəfələrlə döyüş bölgələrinə əsgərlərimizə sovqat aparmışam. Sonda etdiyim fədakarlıq da əsgərlərimizin çörəksiz qalmaması üçün idi, yoxsa Kəlbəcərə kef çəkməyə getməmişdim. Getdiyim barədə də hamı bilirdi, icra başçısı məni işdən qovmaqla mənə qarşı haqsızlıq edib”-deyə E.Xudaquliyev olaya bu cür aydınlıq gətirib.

İnanırıq ki, olaya icra başçısı Azər Qocayevin özünün də məntiqli bir açıqlaması olacaq.
İnanırıq ki, Kəlbəcərli dövlət qulluqçusu Elnur Xudaquliyevin icazəli şəkildə Kəlbəcərə getdikdən sonra hansı qanuni əsasla işdən qovulması Prezident Administrasiyası tərəfindən obyektiv araşdırılacaq!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Bu gün, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Bu gün, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Bu gün, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Bu gün, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Bu gün, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Bu gün, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Bu gün, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Bu gün, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Bu gün, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Bu gün, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Bu gün, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Bu gün, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru