“Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY
Tarix: 29-06-2020, 09:18 | Çap et
 “Bina hələ tam hazır deyil, işlər yarımçıq qalıb. Mənzillərin hamısı satılıb. Hətta bir mənzil bir neçə şəxsə satılıb. Alqı-satqı müqavilələrimiz, maliyyə arayışlarımız var. O mənzillərə görə 150, 200, 300 min manat ödəyən 160-a yaxın ailə var. İndi deyirlər, evləri sizə satan “Konstra” ev satışı ilə məşğul ola bilməzdi. Qalmışıq ortalıqda...”
DİA.AZ-ın məlumatına görə, Nabat İsmayılova danışır ki, 2 il əvvəl “Konstra” MTK ilə müqavilə bağlayaraq şirkətin Mövsüm Sənani 13/15 ünvanında tikdiyi binadan 3 otaqlı mənzil alıblar. Ancaq hələ də mənzillərinə köçə bilmirlər. Birincisi, binanın tikintisi yarımçıq dayandırılıb, ikincisi isə, Nabat xanımın yuxarı qeyd etdiyi kimi, 130 ailə iki şirkət arasındakı hərc-mərcliyin qurbanına çevrilib.
“Söhbət Tibb Universitetinin yaxınlığında tikintisi yarımçıq qalmış binadan gedir. Tez-tez binanın qarşısına toplaşırıq, ancaq sözümüzü deməyə adam tapmırıq. İndi karantinə görə toplaşa da bilmirik, toplaşan kimi tutub cərimələyirlər. Vaxt isə gedir. 86 min manatımız ciblərində, özümüz 4 uşaqla onun-bunun qapısında qalmışıq. Karantinə görə yoldaşım da işini itirib. Əvvəlki kimi əlimizdə işimiz, qazancımız da yoxdur ki, kirayə pulu ödəyə bilək. Bizə lazımdır ki, binanın tikintisi tezləşdirilsin, hərə öz evinə köçsün, əlavə xərclərdən canımız qurtarsın. Bunların öz aralarındakı çəkişməsinin qurbanına çevrilmişik”, - şikayətçi deyir.
Nabat xanım deyir, binadakı mənzillərə görə pul ödəmiş vətəndaşlara bildirilib ki, torpağın sahibi olan “Orxan TİT” şirkəti ilə binanı tikən “Konstra” MTK arasında mübahisə düşüb. “Orxan TİT” şirkətindən vətəndaşlara deyilib ki, “Konstra” MTK mənzilləri saxta sənədlər əsasında satıb. Podratçı şirkət olduğuna görə mənzil satışı ilə məşğul ola bilməzdi.
Mənzil almış vətəndaşların iddiasına görə, “Konstra” MTK-nın sahibi Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovdur. Demələrinə görə, onlar dəfələrlə Bəhram Abbasovla görüşüblər, Bəhram Abbasov hər dəfə onlara yaxın vaxtlarda problemin həll olunacağını vəd edib. Lakin “Konstra” MTK-dan bildirilib ki, Bəhram Abbasovun şirkətə aidiyyəti yoxdur. Onun oğlu Bəsrət Abbaslı şirkətin təsisçisidir. Bəhram Abbasovsa şirkətin işlərinə qarışmır. Binadakı mənzillərin satışındakı fırıldaqlardansa şirkət rəhbərliyinin xəbəri olmayıb.
Vətəndaşlar Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Bu il iyunun 3-də Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat da yayıb. Məlumatda bildirilir ki, “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qaraj podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda satışa çıxarılıb. Bununla da şirkət rəhbərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq, pulları dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bununla belə, daşınmaz əmlak alqı-satqısı saytlarında mübahisəli binadakə mənzillər daşınmaz əmlka agentlikləri tərəfindən satışa çıxarılıb. Elanlarda binanın 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi qeyd olunur. Mənzillər “Konstra” MTK-nın adından satılır və elanlarda qeyd olunur: “... Binada müxtəlif kvadratlarda mənzillər mövcuddur və şirkət qiymətindən çox aşağı qiymətə satır”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
|