Cəlilabadda başçını camaat düşündürmür... - GİLEY
Tarix: 27-06-2020, 09:46 | Çap et
 Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev hərəkət qabiliyyətini tamamilə itirib. İndi səhhətindən əlavə problemləri də var. Həm yaşadığı ev qəzalı vəziyyətdədir, həm də dolanışığı yaxşı deyil. DİA.AZ xəbər verir ki, Pərviz Ağayev miopatiyadan əziyyət çəkir. Yəni əzələ hüceyrələrində metobolik proseslərin pozulması baş verib. Həkimlər xəstəliyin anadangəlmə olduğunu bildirir. Amma 30 yaşlı gənc bununla razılaşmır. Pərviz Ağayev orta məktəbdə özünü yaxşı hiss etdiyini xatırlayır.
“İnkişaf 16-17 yaşımdan sonra dayandı. Geri getməyə başladım. 20-21 yaşımdan sonra xəstəlik özünü daha qabarıq göstərdi. Əvvəllər divardan tuta-tuta birtəhər gəzirdim. Sonra yerişim tamam sıradan çıxdı. İlyarım olar ki, heç gəzə bilmirəm. Bir otaqdan o birisinə otura-otura gedirəm”, - Sərhədabad kənd sakini danışır.
Pərviz Ağayev deyir ki, ayaqlarından sonra qolları da gücdən düşməyə başlayıb. Yemək yeyəndə, çay içəndə bir qolu ilə digərini qaldırmağa çalışır.
Pərviz Ağayev birinci qrup əlildir, iki körpə övladı var. Sərhədabadda valideynləri və ailəsi ilə yaşayır. Altı nəfərlik böyük ailəyə ayda cəmi 450 manat daimi pul gəlir. Bunun 250 manatı özünün aldığı təqaüddür. Cəlilabadlı gənc bu pulun normal dolanmağa yetmədiyini, çox sıxıntı keçirdiklərini deyir.
“Məcburiyyətdən sosial şəbəkədə yazıb ərzaq köməyi istəmişdim. Allaha and olsun, o iki uşağa özümüzdən çox xərc gedir. Uşaqlardan biri 3 yaşı var, o biri 1 yaş 3 aylıqdır. Kənddə hamı güclə dolanır. Yazdım ki, görüb yardım edərlərmi. Bakıdan bir qadın ərzaq göndərdi. Ev qəzalı vəziyyətdədi. 30 ilin evidi. Axırıncı dəfə 13 il əvvəl əl gəzdirilmişdi. İndi bir tərəfi tamamilə sıradan çıxıb. Divarlar dərin çat verib. Pəncərələr sınıq-sınıqdır. Ev və dolanışıq dərdi xəstəliyi də yaddan çıxarır”, - müsahibimiz danışır.
Pərviz Ağayev çox yerə müraciət etdiyini, hətta Nazirlər Kabinetinə də yazdığını bildirir. Dediyinə görə, bir dəfə Cəlilabad Rayon İcra Hakimiyyətindən gəlib 1500 manat veriblər: “Ev o qədər pis vəziyyətdədi ki, 1500 manatla düzələn deyil. İcra hakimiyyətinin gücü hamam-tualetin tikintisi üçün pul ayırmağa çatdı. Evin vəziyyətinə baxdıq, hələ tikməyə başlamamışıq. Çünki bu vəziyyətdə hamam-tualet də çat verəcək. Ev bütünlüklə xilas edilməlidir”.
Pərviz Ağayev hərəkət məhdudiyyətini aradan qaldırmaq, inkişafdan qalmamaq üçün çox mübarizə aparıb. Müalicə üçün Azərbaycanın bir çox yerlərində olub, hətta İrana da gedib. İndiki vəziyyətə düşməmək üçün əlindənm gələni etməyə çalışıb. Axırıncı dəfə Bakının Şaqan qəsəbəsində Əlillər üçün Müalicə Pansionatında müalicə alıb:
“Əvvəllər sanatoriyalara müalicəyə gedirdim. Ümidverici sözlər eşitmirdim. Bir ildən çoxdur müalicəni dayandırmışam. İrandan gələndən sonra bir az inkişaf hiss elədim. Amma müalicənin davamını gətirə bilmədim. Normal müalicə olsaydı, bəlkə də, sağalardım. Heç olmasa, gəzərdim. Çox şeyə imkan çatmadı. Bir ay müalicə elətdirirdim, yaxşılaşırdım, davam eləməyə maddi gücüm qalmırdı. Güclü müalicəyə tələb olunan pul məndə yoxdu. Daha həkimlər sağaltmağa da söz vermir, tam müalicənin daha mümkün olmadığını deyirlər”.
Pərviz Ağayev bir az ümidsizliyə qapılıb. Gəzmək arzusu həmişə var, amma indi daha çox ailənin bu günü, sabahı haqqında düşünür.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Bu gün, 16:35 |
|
|
|
• 62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Bu gün, 16:31 |
|
|
|
• "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Bu gün, 16:25 |
|
|
|
• NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Bu gün, 16:10 |
|
|
|
• Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Bu gün, 16:02 |
|
|
|
• Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Bu gün, 15:56 |
|
|
|
• Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Bu gün, 15:54 |
|
|
|
• Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 15:44 |
|
|
|
• Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Bu gün, 15:34 |
|
|
|
• Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Bu gün, 15:31 |
|
|
|
• Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Bu gün, 15:19 |
|
|
|
• Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Bu gün, 15:10 |
|
|
|
• Rusiya gəmisi Bakı limanında – Fotolar
Bu gün, 15:08 |
|
|
|
• Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Bu gün, 15:05 |
|
|
|
• Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:52 |
|
|
|
• Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49 |
|
|
|
• Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
• Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Bu gün, 14:45 |
|
|
|
• Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Bu gün, 14:39 |
|
|
|
• “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Bu gün, 14:33 |
|
|
|
• Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 14:28 |
|
|
|
• Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Bu gün, 14:19 |
|
|
|
• "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Bu gün, 14:12 |
|
|
|
• İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Bu gün, 13:06 |
|
|
|
• Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:01 |
|
|
|
• 5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54 |
|
|
|
• Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53 |
|
|
|
• “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31 |
|
|
|
• Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29 |
|
|
|
• “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25 |
|
|
|
• “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23 |
|
|
|
• Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21 |
|
|
|
• Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
• ``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11 |
|
|
|
• 10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10 |
|
|
|
• Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03 |
|
|
|
• “Xankəndi” qara siyahıya salına bilər - KİV
Bu gün, 12:00 |
|
|
|
• “Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:58 |
|
|
|
• Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib - AÇIQLAMA
Bu gün, 11:54 |
|
|
|
• FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" - İDDİA
Bu gün, 11:51 |
|
|
|
• Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq
Bu gün, 11:47 |
|
|
|
• “Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq
Bu gün, 11:46 |
|
|
|
• Azərbaycan və İran ortaq baza yaradır - bu həftə Tehranda...
Bu gün, 11:42 |
|
|
|
• Daha bir məktəbdə pul yığılır – Müavindən özünəməxsus AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• “Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” - deputat
Bu gün, 11:25 |
|
|
|
• 15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… – AYNA cehiz yığır?
Bu gün, 11:23 |
|
|
|
• Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır - Paşinyan belə deyir...
Bu gün, 11:16 |
|
|
|
• Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub - FOTO
Bu gün, 11:06 |
|
|
|
|