“İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” - GİLEY
Tarix: 29-05-2020, 11:48 | Çap et
 DİA.AZ: - Şabranın Çölquşçu kənd sakini Ədalət Əmiraslanov 14 il əvvəl daun sindromu ilə doğulub. Anası Xatirə Rəsulova onu həyatda saxlamaq üçün vargücü ilə mübarizə aparır. DİA.AZ bildirir ki, 54 yaşlı qadın taleyindən danışır. Dediyinə görə, ailəsi Şabrana 1988-ci ildə Gədəbəydən gəlib: “Başkəndə yaxın qalırdıq. Ermənilər imkan vermədi yaşamağa. Anam şabranlı idi deyə, elə bu rayona gəldik. Atam Çölquşçu kənd məktəbində işləməyə başladı“.
Xatirə Rəsulova gec ailə həyatı qurduğunu, evlənəndə özünün də xəstə olduğunu xatırlayır: “Bu uşaq da gəlib belə doğuldu. Müalicəsi yoxdu. Mən bunu bilmirdim. Bizi aldatdılar. Nə qədər xərc çəkdik. Sağalmayacaqdısa, gərək mənə düzünü deyəydilər. Bir gün ayıldım. İndi harası ağrıyırsa, yalnız onun dalınca gedirik. Məsələn, ödü, bağırsağı…”
Əslində, Ədalətin ağrıyan yeri çoxdur. Revmatizmdən əziyyət çəkir, ürəyindən müalicə alır. Üstəlik, psixiatr yanına getməlidir...
Xatirə Rəsulova həyat yoldaşını üç ildir itirib. Onun müalicəsi üçün də az mübarizə aparmayıb: “2009-dan xəstə idi. İllərlə pul xərclədik, çoxlu borca girdik. Nə qədər qızılım vardısa, hamısını satdım”.
Ailənin illərlə yığılan borcları pandemiya dövründə azalıb. Xəstəlikdən əziyyət çəkən yeniyetmə və ananın ağır vəziyyətdə olduğunu görən tanışlar bu haqda sosial şəbəkələrdə yazmağa başlayıblar. Xeyli yardım toplanıb. Kömək etmək istəyənlər yığışıb Çölquşçuda ailəyə birotaqlı koma da qaraldıb: “Borclar o insanların sayəsində azaldı. İndi cəmi 1700 manat qalıb”.
Xatirə xanım deyir ki, Ədalətin müalicəsinə çox pul lazım olur. Ailəyə isə cəmi 200 manat müavinət verilir. Qadın bu pulla xəstəxana xərclərini ödəməyin mümkünsüzlüyünü bildirir.
“Dövlət xəstəxanalarında da pulunuz çıxır?” sualına qadın pəjmürdə cavab verir: “Bəs necə?! Pulsuz kim üzümüzə baxar? Özəl klinikalara üz tutursan, giriş azı 50 manat. Xəstə uşaqdı, qorxur, imkan vermir dırnağını tutmağa. Bir ildir dırnaqları uzanır. O gün təkcə narkozla dırnağını tutdurmağa 50 manat vermişəm”.
Xatirə xanım ailənin xərclərini ödəmək üçün işləməyə hazırdır. Amma Ədalətə onsuz baxan olmayacaq. Heç pandemiya dövründə iş tapması da inandırıcı görünmür. Xərclər isə az deyil. Qadın deyir ki, ayda təkcə oğlunun pampersinə 100 manat xərcləyir.
Ədalət müavinət alır deyə ailə karantin günlərində işsizlərə verilən 190 manatdan məhrum olub. Xatirə Rəsulova sosial yardım almaq üçün bütün sənədləri hazırladığını söyləyir. İndi gözü yoldadır.
“Gözləyirik. Elə bilməyin ki, həmişə əlimi yana salmışam, çalışmamışam. Müraciət etmədiyim yer qalmayıb. Ev üçün nə qədər getmişəm. Rayonun deputatı olmuş Tahir Süleymanovu heç cür tapa bilmədim. İllərlə seçilirdi, ortada görünmürdü. Deputatsan, heç olmasa, dərdimizə qulaq as. Azərbaycan varlı dövlətdi, amma xəstə nə vəziyyətdə yaşayır. İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar? Yorulmuşam artıq”, - qadın danışır.
Xatirə Rəsulova Şabranın yeni deputatı Sadiq Qurbanovla görüşə biləcəyinə çox ümid bəsləmir, amma onu da axtaracaq...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
|