“Baltika-Bakı” nəyə görə naz edir? - Əgər bazarın 75% onların əlindədirsə...
Tarix: 2-07-2016, 09:31 | Çap et
 Azərbaycanın ən böyük pivə istehsalçısı olan “Baltika-Bakı” şirkəti istehsalı dayandırmaqla bağlı qərar qəbul edib. Bu barədə şirkətin özündən bildirilib. Məlumata görə, avqustun 15-dən istehsalat müvəqqəti dayandırılacaq.
Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir. Bu, ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır. Devalvasiyalar əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib. Bütün bunların fonunda şirkətin biznesinə, eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir.
Qeyd edək ki, Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir. Bu şirkətin bağlanması həm də yüzlərlə insanın işsiz qalması deməkdir. Vəziyyəti dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli Savash.org-a məsələni bir neçə səbəblə izah edib:
"Şirkətin özü əsas səbəblərdən biri kimi maya dəyərinin artmasını göstərirlər. Suyun qiymətinin bahalaşması zavodun istehsalında maya dəyərinin həcminin artmasına gətirib çıxarıb. Burada da bir məntiq var. Doğrudan da pivə istehsalında su ən çox istifadə olunan elementdir. Bəzi məlumatlara görə, digər səbəblərdən biri də vergi orqanlarının iri şirkətlərdən çox böyük məbləğdə vergi tələb etməsidir. Vergilər Nazirliyi (VN) tələb edir ki, ilin əvvəllərindən bütün vergilər ödənilsin və ilin sonunda əvəzləşdirmələr aparılsın. VN -nin çox ciddi məbləğdə vergi planı var. Bunun da doldurulması üçün VN bu cür şirkətlərə basqılar edir. Bunun nəticəsidir ki, bu ilin birinci rübündə ümumdaxili məhsulun 4.5 faiz düşməsinə baxmayaraq VN planı 102 faiz yerinə yetidiyini bildirib. Burada bir təzad var. Şirkətin bağlanmasının digər səbəblərindən biri də onun adını dəyişib, yeni xarici brend adla fəaliyyətə başlaması ola bilər. Amma bunun üçün müqavilələr bağlanmalıdır. Özünə hörmət edən xarici şirkət adının belə məsələlərdə hallanmasına imkan verməz. Rəsmi müqavilələr və danışıqlar olmasa, adın dəyişməsi mümkün deyil. Adın dəyişdirilməsi çox zaman tanınmış şirkətlə müqavilə bağlandıqdan sonra ciddi effekt verir. Həm keyfiyyəti, həm də qiyməti artırmaq mümkün olur. Yeni alıcı kütləsi cəlb etmək olur. Amma hələlik görünən odur ki, şirkət maliyyə çətinlikləri ilə üzləşib".
Ekspertin qənaətincə, şirkətin bağlanarsa, yüzlərlə insan işsiz qalacaq: " Tək zavodda işləyənlər deyil, onun məhsullarını mağazalara paylayanlar və satışını həyata keçirənlər də işsiz qalacaqlar. Bu da, böyük bir problemə çevrilə bilər. Şirkət üstüörtülü ibarələrlə danışırsa, səbəblər barədə müxtəlif versiyalar səsləndiriləcək. Yaxşı olardı ki, şirkət maneələrin nədən ibarət olduğunu açıq -aşkar cəmiyyətlə bölüşsün. Maneələri elan etmək lazımdır ki, digər şirkətlərin başına bu işlər gəlməsin".
Digər iqtisadçı Nazim Bəydəmirli isə Baltika-Bakı”-nın hökuməti şantaj etdiyinisöyləyib: "Şirkətin istehsalı dayandırması analaşılan deyil. Bir şirkət pivə istehsalı sahəsində ölkədə monopolisdirsə və bazarın 75% onların əlindədirsə, istehsalın dayandırılması ilə bağlı verdikləri anonsun arxasına başqa məqsəd dayanır. “Baltika-Bakı” bu yolla hökumətin iqtisadi siyasətinə təsir edərək özünə müəyyən güzəştlər əldə etmək istəyir. Mən “Baltika-Bakı”nın addmını bu cür dəyərləndirirəm. Əgər bir neçə pivə istehsalı sahəsində məşğul olan şirkət bir araya gəlib belə bir qərar versəydilər, onda başa düşülən olardı". Savash.org

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14 |
|
|
|
| • Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01 |
|
|
|
| • Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59 |
|
|
|
| • " 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48 |
|
|
|
| • Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37 |
|
|
|
| • "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31 |
|
|
|
| • "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22 |
|
|
|
| • Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16 |
|
|
|
| • "Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10 |
|
|
|
| • Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56 |
|
|
|
| • Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
| • Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46 |
|
|
|
| • AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40 |
|
|
|
| • Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
| • Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27 |
|
|
|
| • NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22 |
|
|
|
| • Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18 |
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Dünən, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Dünən, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Dünən, 10:30 |
|
|
|
|