“İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                 

MTN generalının milyonları və əcnəbi “pulyuyanlar” - “Dəmirbank” gizlinləri...
Tarix: 30-03-2016, 09:36 | Çap et
MTN generalının milyonları və əcnəbi “pulyuyanlar”
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun “Dəmirbank”la qaranlıq əlaqələri haqqında məlumat vermişdik. Dəyərli oxucularımızın diqqətinə çatdırmışdıq ki, bu bankın Çovdarovla əlaqələri ilə bağlı “Hürriyyət”ə daxil olan şok məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır və yaxında MTN generalının qohumu, “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovla qanunsuz işbirliyi haqda geniş məlumat verəcəyik. Odur ki, söz verdiyimiz kimi, əlimizdə olan bir sıra faktları oxucularımızla bölüşməyi qərara aldıq. Qeyd edək ki, apardığımız araşdırma nəticəsində çox yaxında əldə edəcəyimizə inandığımız daha ciddi və sənədlərdə əks olunan məlumatları da oxucularımızla bölüşməyə çalışacağıq.
Öncə onu qeyd edək ki, “Dəmirbank”la MTN generalının qaranlıq əlaqələri haqda informasiyalar hələ Akif Çovdarov öz vəzifəsinin başında olduğu zaman redaksiyamıza daxil olmuşdu. Elə qəzetimizdə mövzunun araşdırılması ilə bağlı ilk anons da Çovdarovun vəzifədən uzaqlaşdırılmasından və həbsində öncə dərc olunmuşdu. MTN generalının qandallanmasından sonra isə, bəzi KİV-lər də bu mövzuya müraciət etdilər. Lakin həmin informasiyalar heç biri fakta söykənmirdi və bu səbəbdən də qarşı tərəf, daha doğrusu “Dəmirbank”ın Marketinq Departamenti iddiaları təkzib edən açıqlamalar verdilər.
Hansı ki, bir sıra saytlar Akif Çovdarovun qudası – Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaitini leqallaşdıraraq, “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürdüyünü yazırdı. Bildirirlirdi ki, buna görə Roman Əmircanov ciddi nəzarət altındadır və tezliklə həbs edilə bilər.
“Dəmirbank”ın Marketinq Departamenti isə deyilənləri təkzib etmişdi: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir… Yazılanlarda yalnız o doğrudur ki, onlar həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”.
Xatırladaq ki, “MTN işi” çərçivəsində işdən azad edilən qurumun şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov Akif Çovdarovun kürəkənidir. Bundan əlavə, Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.

Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edir.
Mövzudan kənara çıxmadan qeyd edək ki, Roman Əmircanov hələ 1986-cı ildən bank sektorunda, 1991-ci ildən “Dəmirbank”ın İdarə Heyətinin sədr müavini, 1994-cü ildən İdarə Heyətinin sədri olsa da, onun qohumu Akif Çovdarovla “işbirliyi” son illərə təsadüf edib. Bu haqda əməkdaşımızı bilgiləndirən mənbə iddia edir ki, 2005-ci ildən bu yana R.Əmircanov istər A.Çovdarovun, istər də ona yaxın olan məmurların yüz milyonlarla dollar pulunun “yuyulmasında” yaxından iştirak edib. Əlbəttə, bu işdə Roman Əmircanov tək olmayıb. Bu pulların ölkədən çıxarılmasında “Dəmirbank”ın Müşahidə Şurasının əcnəbi üzvləri Andrey Vitak (Andrej Witak), Dik Snayders və Kurt Qeiqerin (Kurt Geiger) ayrı-ayrılıqda və müxtəli zamanlarda xüsusi rolları olub.
Məlumat üçün bildirək ki, “Dəmirbank”ın Müşahidə Şurasının üzvü olan Andrey Vitak 1990-cı ildən bank sektorunda çalışır. 1997-ci ildən 2007-ci ilədək (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB-də Baş Bankir vəzifəsində fəaliyyət göstərib. 2007-ci ildən müxtəlif bankların Müşahidə Şurasında məsləhətçi kimi çalışır.
“Dəmirbank”ın Müşahidə Şurasının digər üzvü Dik Snayders əvvəllər Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) Müşahidə Şurasının Sədri vəzifəsində işləyib. Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri kimi fəaliyyət göstərir.
Müşahidə Şurasının üzvü Kurt Qeiqer 1971-ci ildə Avropa Kollecinə daxil olmaqla Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsinə layiq görülüb. O, alman, ingilis, ispan, fransız dillərində sərbəst danışır.
Kurt Qeiqer də “Çeyz Manhetten”, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışıb. 2009-cu ildən “Dəmirbank”ın Müşahidə Şurasının üzvüdür.

Mənbə bildirir ki, bu isimlər arasında niderlandlı Dik Snaydersin adı avropalı media nümayəndələrinə daha yaxşı tanışdır. Çünki o, özünün də qurulmasında iştirak etdiyi ofşor şirkətlər vasitəsilə Azərbaycan kimi ölkələrdən milyardlarla “çirkli pullar”ın çıxarılmasında “ustadır”. Təsadüfi deyil ki, onun bu fəaliyyəti ilə bağlı Avropanın nüfuzlu media orqanlarında dəfələrlə geniş araşdırma yazıları dərc olunub. Lakin Dik Snayders hər dəfə bu qaranlıq işlərin içərisindən də ustalıqla çıxmağı bacarıb.
MTN generalının “Dəmirbank”dakı milyonları
Xatırladaq ki, Dik Snayders hələ “Dəmirbank”ın (keçmiş “Azərdəmiryolbank”-red.) Рњüşahidə Şurasının üzvü kimi ölkəmizdə fəaliyyətə başlayanda onun qaranlıq əməlləri barədə mətbuat yazmışdı. Həmin vaxt Avropada daha çox məşhur “Liverpul” futbol klubunun xəzinədarı kimi tanınan Snaydersi, sonradan Azərbaycanda da “tanımağa” başladılar. Amma bu dəfə onu nə futbol azarkeşləri, nə də bank işçiləri tanıdı. Onu tanıyanlar daha çox xalqdan oğurladıqları yüz milyonlarla dolların ölkədən çıxarılmasında Dik Snaydersin xidmətindən yararlanan korrupsioner məmurlar oldu, hansı ki, bu zaman Akif Çovdarovla Roman Əmircanovun qohumluq əlaqələri işə yaradı…

Qeyd edək ki, “Dəmirbank”ın Müşahidə Şurasının digər əcnəbi üzvləri Andrey Vitak və Kurt Qeiqerin fəaliyyəti heç də Dik Snaydersdən şəffaf olmayıb. Mənbə bildirir ki, hər iki əcnəbinin adı da öz ölkələrində, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarında “çirkli pullar”ın yuyulmasında hallanıb…
Bütün bunlar haqda yaxında geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, mənbə A.Çovdarov vəzifədən azad ediləndən sonra R.Əmircanovun çox çətin vəziyyətə düşdüyünü deyir. Məlumata əsasən, o, həqiqətən də bir neçə gün işə gəlməyib və həmin müddətdə bağ evindən kənara çıxmayaraq, belə demək olarsa, həbs olunacağı tarixi gözləyib. Lakin sonradan yüksək vəzifəli məmurlardan biri onu qəbul edərək, bütün faktları açıqlamağın qarşılığında həbs olunmayacağına zəmanət verib…
Bəs, həmin məmur kimdir və onun Akif Çovdarovla nə kimi əlaqələri olub? Bu və digər sualların cavabını tezliklə biləcəksiniz. (Turaninfo)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Dünən, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Dünən, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Dünən, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Dünən, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Dünən, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Dünən, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Dünən, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Dünən, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Dünən, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Dünən, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Dünən, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Dünən, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Dünən, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Dünən, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Dünən, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Dünən, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Dünən, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Dünən, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Dünən, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Dünən, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru