Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                     30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... .....                 

BİLƏSUVAR GÖMRÜYÜNƏ DÖVLƏT NƏZARƏT EDİRMİ?
Tarix: 13-03-2013, 09:56 | Çap et
BİLƏSUVAR GÖMRÜYÜNƏ DÖVLƏT NƏZARƏT EDİRMİ?
MƏTBUATDAN QAÇAN GÖMRÜKÇÜLƏR ƏHALİYƏ ZÜLM ETMƏKDƏ DAVAM EDİR

DİA.AZ: - Bura Biləsuvardır. İndi gördüklərimi təqdim edirəm. Əvvəlcə onu demək istəyirəm ki, doğurdan da Dövlət Gömrük Komitəsinin Biləsuvar şöbəsində qayda-qanun yaratmağın vaxtı həqiqətən də çoxdan çatıb. Çünki günün istənilən saatında idarədə növbətçidən başqa heç kəsi tapmaq olmur. Deyilənə görə bu idarədə iş vaxtı axşam saat 18:00-a qədərdir. Amma martın 11-də gündüz saatlarında dərdimizi söyləmək üçün bir rəsmi şəxs tapa bilmədik. Telefonla da zəng vuranda yenə də növbətçi cavab verir. Yəqin ki, iş nizam-intizamı barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyev bir tədbir görəcək. Hər halda belə strateji bir idarədə heç bir rəsmi şəxsin olmaması özlüyündə ciddi nöqsandır. Elə təəssürat yaranmasın ki, bir gün Biləsuarda olmuşuq və həmin gün də Gömrük İdarəsinin rəsmiləri hansısa tədbirdə olduqlarından heç kəs yerində olmayıb. Ancaq səhəri günü, yəni martın 12-də də gündüz saat 15:00 radələrində Biləsuvar Gömrük İdarəsinin 0 159 5-34-69 saylı telefonuna mobil nömrədən bir neçə dəfə zəng vurduq və cavab verən növbətçi and-aman elədi ki, idarədə heç bir rəsmi şəxs yoxdur, guya hamı sərhəd-keçid məntəqəsindədir və s.

Əvvəlcə növbətçi bildirdi ki, idarənin rəis müavini Mirrafiq Mirsultanov həyətdədir, əlaqə telefonunuzu verin, gələndə sizə zəng edər... Mobil telefonumun nömrəsini növbətçiyə söylədim. Bir saatdan çox vaxt keçdi, heç bir zəng gəlmədi. Bir daha növbətçini yığanda isə bildirdi ki, Mirrafiq müəllim də sərhəd-keçid məntəqəsinə getdi.

Görəsən, bayram günü ilə əlaqədar sərhəd-keçid məntəqəsində müftə plov paylayırdılarmı ki, idarədə bir nəfər də qalmayıb. O boyda idarədə günlərlə bircə rəsmi şəxsin də olmaması yəqin ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyini narahat edəcək.

İndi isə redaksiyaya yazılmış şikayət və bu şikayətin izi ilə Biləsuvarın sərhəd-keçid məntəqəsində gördüklərimizi təqdim edirik. Əvvəla şikayətin məzmunu barədə qısa məlumat vermək istəyirəm. Bir qrup Cəlilabad sakini bu günlərdə İrandan gələrkən bizim sərhəddəki gömrükçülər tərəfindən gətirdikləri 30 kq-lıq ərzaq mallarının əllərindən alındığını, özlərinin də söyülüb, təhqir olunduqlarını qəzetimizə ünvanladıqları müraciətdə yazmışdılar. Bu söyülüb, təhqir olunma təkcə şikayətçilərə qarşı yox, pul vermək istəməyən hər bir insanın başına gəlir. Burada istədikləri adamı döyüb, yerə yıxaraq sürüyə də bilirlər (qadın və ya kişi fərqi yoxdur) və ya pulunu verərsə, istənilən adam çantasında silahdan, narkotikdən tutmuş, atom bombasına qədər keçirə bilər. Bütün bu biabırçılıqların, rüsvayçılıqların, Gömrük Komitəsinin və dövlətin imicinə zərbə vuranların başında isə Allahverdi İsgəndərov, Namiq Nuriyev və Elşən Zeynalovun dayandığı bildirilirdi. Dediyimiz kimi, bütün bunlar şikayətçilərin redaksiyamıza yazdıqları müraciətin qısa bir məzmunudur. Müraciət eyni zamanda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Dövlət Gömrük Komitəsinin sədri canab Aydın Əliyevə, Respublikanın Baş prokuroru cənab Zakir Qaralova ünvanlanmışdır.

Biz də DİA.AZ olaraq şikayəti yerində araşdırmaq üçün Biləsuvar Gömrük İdarəsində və sərhəd-keçid məntəqəsində olduq. İdarədən aldığımız "gözəl" təəssüratları artıq yuxarıda qeyd etdik. Sərhəd-keçid məntəqəsində isə sərhədçilərə yaxınlaşıb jurnalist olduğumuzu və gömrük işçiləri Namiqi, Elşəni, Allahverdini tapmaqda bizə kömək etmələrini xahiş etdik. Bildirdilər ki, indi gömrükçülərdən kim gələrsə, xahiş edərik sizə kömək edərlər.

Vaxtı boşa verməyib sərhəd məntəqəsinin ətrafındakı insanlarla söhbət etdik. Gəlişimizin məqsədin bildirib, keçid məntəqəsində işləyən və əhaliyə deyilənə görə zülm verən Namiqi, Elşəni və Allahverdini tanıyıb-tanımadıqlarını soruşduq. Orta yaşlı Əhməd adlı bir kişi bildirdi ki, sizə elə adamların adını yazıblar ki, onlar burada həqiqətən əzrayıllıq edirlər, gedib-gələnlərin anasın ağladırlar. Xahiş edirik onlar barədə hökümət orqanları tədbir görsün.

Sabir adlı cavan oğlan isə bildirdi ki, "mən tez-tez İrana gedib-gəlirəm. Açığı evimizin bazarlığını oradan edirik. çünki qiymət baxımından çox sərfəlidir. Qanunla 40 kq-a qədər yük gətirməyə icazə verirlər. Ancaq bu qanunu adını çəkdiyiniz gömrük işçiləri qətiyyən tanımır. çünki onların yalnız bir qanunu var, o da puldur. Bu insanlarda insaf, mürvət, vicdan deyilən şey yoxdur".

Burada kimi dilləndirirsən, bu üç gömrük işçisinin əlindən dad döyür. İstər-istəməz bizdə də maraq yarandı ki, ilahi, görəsən bu üç nəfər, əjdahadır, divdirmi insanlar onlardan bu qədər qorxurlar?

Bir daha sərhədçilərə yaxınlaşıb məni maraqlandıran gömrükçülərin gəlib-gəlmədiyini soruşdum. Sərhədçi zabitin biri bildirdi ki, Elşənin 232 nömrəli "Mersedes"i var, gələndə görəcəksiniz. Bayırdan içəri daxil olmaq istəyən bir gömrükçüyə məqsədimizi bildirib, xahiş etdik ki, həmin o üç gömrükçüləri mümkünsə bizimlə görüşdürsün. çünki KİV haqqında qanuna görə əks tərəfi dinləmək peşə borcumuzdur və buna görə də Bakıdan o boyda yol qət edib, Biləsuvara gəlmişik. Görünür bu gömrükçü qardaş içəridə jurnalistin onları axtardığını bizim "qəhrəmanlarımıza" çatdırmışdı deyə, onlar da öz növbələrində bir-bir aradan çıxmışdılar. Deyilənə görə axşam saat 18:00-da hər iki tərəfdən sərhəd tamam bağlanır və gediş-gəliş dayanır. Bununla da hərə öz evinə çıxıb gedir. Elşənlə Namiq artıq aradan çıxa bilmişdilər. Mən isə yenə də ümidimi itirməyərək daha bir sərhədçi zabitdən xahiş etdim ki, bu adamlar gələndə mənə bildirsinlər. Elə bu məqam içəridən bir gümüşü rəngli "Mersedes" maşın çıxdı, maşında olanlardan biri bayırda düşüb başqa bir "Mersedes Ceep"-ə əyləşdi. Maşını sürüb getmək istəyərkən yaxınlaşıb onu saxlatdım. Ona da DİA.AZ-dan gəldiyimi və haqqında şikayət edilən Allahverdini, Namiqi, Elşəni və ya Biləsuvar Gömrük İdarəsinin müavini Mirrafiq Mirsultanovu görmək istədiyimi bildirdim. Təxminən 45-50 yaşında olan bu gömrükçü qardaş cavab verdi ki, "Adlarını çəkdiyin gömrükçülər iş vaxtı qurtardığından artıq idarəyə gediblər". Hər halda, belə bir uydurmanı eşidəcəyim təbii idi...

Beləliklə, barəsində şikayət edilənlər özlərini gizlədib susdular. Susmaq isə razılıq əlamətidir. Və sonda: onlar üzlərini gizlətsələr də, əməllərini gizlətmək mümkün deyil.

Mövzuya qayıdacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Bu gün, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Bu gün, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Bu gün, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Bu gün, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Bu gün, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Bu gün, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Bu gün, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru