Tanınmış araşdırmaçı jurnalist Heydər Oğuz Naxçıvanda əhalinin sosial durumunun acınacaqlı olmasına işarə edərək növbəti faktı açıqlayıb. "DİA-AZ" bildirir ki, Muxtar Respublikanın mərkəzindəki "57-ci bazar" kimi tanınan ticarət ünvanından hazırki durumu əks etdirən fotofaktı təqdim edən Heydər Oğuz daha məsələyə satiriki şərhi ilə də diqqətə gəlib.
Tanınmış jurnalist yazır:
"Suyu qurumuş dəyirmana oxşayan Naxçıvanın 57-ci məhəllə bazarı... Satıcı var, mal da var, alıcı yox...
Məşhur qaravəllidə deyildiyi kimi:
"Hamamçının tası yox, Baltaçının baltası yox, Yoldan bir tazı keçdi Onun da xaltası yox".