Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb...
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb...Bu gün, 14:47 |
Tanınmış araşdırmaçı jurnalist Heydər Oğuz Naxçıvanda əhalinin sosial durumunun acınacaqlı olmasına işarə edərək növbəti faktı açıqlayıb. "DİA-AZ" bildirir ki, Muxtar Respublikanın mərkəzindəki "57-ci bazar" kimi tanınan ticarət ünvanından hazırki durumu əks etdirən fotofaktı təqdim edən Heydər Oğuz daha məsələyə satiriki şərhi ilə də diqqətə gəlib. Tanınmış jurnalist yazır: "Suyu qurumuş dəyirmana oxşayan Naxçıvanın 57-ci məhəllə bazarı... Satıcı var, mal da var, alıcı yox... Məşhur qaravəllidə deyildiyi kimi: "Hamamçının tası yox, Baltaçının baltası yox, Yoldan bir tazı keçdi Onun da xaltası yox". Jurnalist qeyd edir ki, foto bu gün çəkilib... Geri qayıt |