YEVLAXIN İCRA BAŞÇISI HANSI NAZİRƏ GÜVƏNİR?
Tarix: 5-11-2012, 09:26 | Çap et
QOCA SƏMƏDOV SAHİBKARLARDAN BULVAR BƏHANƏSİ İLƏ AYLIQ PUL YIĞIR
DİA.AZ: - Keçən ilin fevral ayının 18-də Yevlaxa başçı göndərilən Qoca Səmədovla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Bildirək ki, Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyəti başçısı postuna təyin edilməsinin ardından Yevlax rayonuna rəhbər göndərilən Qoca Səmədov bu vaxta qədər özünü sakit birisi kimi təqdim etməyə çalışsa da, əslind bunun belə olmadığı son baş verən olaylarla da təsdiqlənməkdədir.
Rayondakı qaynaqların bildirdiyinə görə, Elmar Vəliyevin dövründə Yevlaxda əməlli-başlı quruculuq işləri həyata keçirilsə də, Qoca Səmədov bu günə kimi daş üstünə daş qoymayıb. Əksinə, Elmar Vəliyevin dövründə inşa edilən tikililəri sökməklə məşğuldur. Təbii ki, digər ünvanlarda olduğu kimi Yevlaxda da söküntü üçün əsas bəhanə məhz pultoplama kampaniyasıdır.
Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olur ki, yalnız Yevlax bulvarının yenidən qurulmasına girişən Qoca Səmədovun əslində burada özəl marağı da var: В«Hər bir sahibkardan bulvarın qurulması adı altında hər ayın sonu haqq toplanılır. Bulvarda isə təmir işləri başa çatmaq bilmir ki, bilmir. Başçı hər dəfə bir bəhanə tapırВ».
Yevlaxdakı sahibkarlardan biri vurğulayır ki, son günlər onların da rayonunda icra başçısı tərəfindən pul toplama kampaniyası başlayıb: В«Hər bir sahibkara əlindəki biznesinin miqyasına uyğun olaraq В«başçının aylıq puluВ» müəyyən edilib. Bu pulu isə Zahid Qarayev şəxsən yığır. O, hazırda başçının bir nömrəli adamı hesab olunmaqla yanaşı, rəsmi vəzifəsi Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisidirВ».
Mənbəmizin bildirdiyinə görə, hətta sahibkarların korrupsiyaya qarşı mübarizə idarəsinə etdikləri müraciətlər də qulaqardına vurulur: В«Dəfələrlə KMİ-yə, В«qaynar xəttВ»ə şikayətlər etsək də, hələlik bir reaksiya yoxdur. Hətta icra başçısı bu şikayətlərimizə gülərək deyir ki, ona kimsə toxunmayacaq. Bizə dedi ki, В«harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığınВ». Biz də təbii ki, onun qoyduğu aylıq haqqı çatdırmaq məcburiyyətindəyikВ».
Onu da bildirək ki, Qoca Səmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab olunduğundan kimsə onu araşdırmağa belə cürət etmir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Dünən, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Dünən, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Dünən, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Dünən, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Dünən, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Dünən, 02:41 |
|
|
|
|