Əsas Səhifə > Siyasət, Manşet > YEVLAXIN İCRA BAŞÇISI HANSI NAZİRƏ GÜVƏNİR?
YEVLAXIN İCRA BAŞÇISI HANSI NAZİRƏ GÜVƏNİR?5-11-2012, 09:26 |
QOCA SƏMƏDOV SAHİBKARLARDAN BULVAR BƏHANƏSİ İLƏ AYLIQ PUL YIĞIR DİA.AZ: - Keçən ilin fevral ayının 18-də Yevlaxa başçı göndərilən Qoca Səmədovla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Bildirək ki, Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyəti başçısı postuna təyin edilməsinin ardından Yevlax rayonuna rəhbər göndərilən Qoca Səmədov bu vaxta qədər özünü sakit birisi kimi təqdim etməyə çalışsa da, əslind bunun belə olmadığı son baş verən olaylarla da təsdiqlənməkdədir. Rayondakı qaynaqların bildirdiyinə görə, Elmar Vəliyevin dövründə Yevlaxda əməlli-başlı quruculuq işləri həyata keçirilsə də, Qoca Səmədov bu günə kimi daş üstünə daş qoymayıb. Əksinə, Elmar Vəliyevin dövründə inşa edilən tikililəri sökməklə məşğuldur. Təbii ki, digər ünvanlarda olduğu kimi Yevlaxda da söküntü üçün əsas bəhanə məhz pultoplama kampaniyasıdır. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olur ki, yalnız Yevlax bulvarının yenidən qurulmasına girişən Qoca Səmədovun əslində burada özəl marağı da var: «Hər bir sahibkardan bulvarın qurulması adı altında hər ayın sonu haqq toplanılır. Bulvarda isə təmir işləri başa çatmaq bilmir ki, bilmir. Başçı hər dəfə bir bəhanə tapır». Yevlaxdakı sahibkarlardan biri vurğulayır ki, son günlər onların da rayonunda icra başçısı tərəfindən pul toplama kampaniyası başlayıb: «Hər bir sahibkara əlindəki biznesinin miqyasına uyğun olaraq «başçının aylıq pulu» müəyyən edilib. Bu pulu isə Zahid Qarayev şəxsən yığır. O, hazırda başçının bir nömrəli adamı hesab olunmaqla yanaşı, rəsmi vəzifəsi Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisidir». Mənbəmizin bildirdiyinə görə, hətta sahibkarların korrupsiyaya qarşı mübarizə idarəsinə etdikləri müraciətlər də qulaqardına vurulur: «Dəfələrlə KMİ-yə, «qaynar xətt»ə şikayətlər etsək də, hələlik bir reaksiya yoxdur. Hətta icra başçısı bu şikayətlərimizə gülərək deyir ki, ona kimsə toxunmayacaq. Bizə dedi ki, «harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığın». Biz də təbii ki, onun qoyduğu aylıq haqqı çatdırmaq məcburiyyətindəyik». Onu da bildirək ki, Qoca Səmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab olunduğundan kimsə onu araşdırmağa belə cürət etmir. Geri qayıt |