NAMİZƏDLƏRİN TƏN YARISI YAP-ÇILARDIR
Tarix: 4-11-2011, 12:00 |
Çap et
7 NOYABRDAN TƏŞVİQAT KAMPANİYASI BAŞLAYIR
Təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə qatılan şəxslərin 1556 nəfəri qeydə alınıb. Bu, 1 yerə orta hesabla 3,3 namizəd deməkdir. Seçkilər noyabrın 30-da 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
“Media forum” saytı xəbər verir ki, qeydə alınan namizədlərin 772-si hakim Yeni Azərbaycan Partiyasının üzvü, 712-si bitərəfdir. MSK-nın açıqladığı son rəsmi rəqəmlərə görə, 1588 nəfər imza vərəqələrini seçki komissiyalarına qaytarıb.
Seçkiqabağı təşviqat noyabrın 7-də başlayacaq.