Əsas Səhifə > Partiya > NAMİZƏDLƏRİN TƏN YARISI YAP-ÇILARDIR
NAMİZƏDLƏRİN TƏN YARISI YAP-ÇILARDIR4-11-2011, 12:00 |
7 NOYABRDAN TƏŞVİQAT KAMPANİYASI BAŞLAYIR Təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə qatılan şəxslərin 1556 nəfəri qeydə alınıb. Bu, 1 yerə orta hesabla 3,3 namizəd deməkdir. Seçkilər noyabrın 30-da 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. “Media forum” saytı xəbər verir ki, qeydə alınan namizədlərin 772-si hakim Yeni Azərbaycan Partiyasının üzvü, 712-si bitərəfdir. MSK-nın açıqladığı son rəsmi rəqəmlərə görə, 1588 nəfər imza vərəqələrini seçki komissiyalarına qaytarıb. Seçkiqabağı təşviqat noyabrın 7-də başlayacaq. Geri qayıt |