TANINMIŞ JURNALİSTİN EVİ QARƏT OLUNDU
Tarix: 29-09-2012, 14:34 |
Çap et
RAZİ ABASBƏYLİNİN ƏLİNDƏ OLAN BÜTÜN ZİNƏT ƏŞYALARI APARILIB
DİA.AZ: - Tanınmış jurnalist Razi Abasbəylinin evi qarət olunub. Bu barədə DİA.AZ-a jurnalistin özü məlumat verib.
Razi Abasbəylinin sözlərinə görə, dünən günorta saatlarında evindən oğurluq hadisəsi olub: «Evimizdə həyat yoldaşıma aid bütün qızıl əşyaları aparılıb. Qonşulardan soraqlaşdıq. Bildirdilər ki, dünən günorta saatlarında evimizin qapıları taybatay açıq qalıb və yaxınlıqda dilənçilər dolaşırmış».
Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını bildirən həmkarımız əlavə olaraq onu da bildirdi ki, xüsusi olaraq şübhələndiyi bir kimsə yoxdur.
Bildirək ki, hadisə Badamdar qəsəbəsi ərazisində baş verib