"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                 

“Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...”
Tarix: 11-06-2025, 08:51 | Çap et

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan Moderator.az-ın suallarını cavablandırıb.
-İntiqam müəllim, Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, direktoru və rəhbərisiz. Niyə hələ də teatr binasızlıqdan əziyyət çəkir?
-Öncə sizə təşəkkür edirəm ki, bizim teatra diqqət ayırmısınız. Amma bu sual bizə yox, vəzifəcə bizdən də yuxarıda olan qurumlara ünvanlanmalıdır. Onlara ünvanlansa daha yaxşı olar. Bakı Şəhər Mədəniyyət Baş idarəsinə, Mədəniyyət Nazirliyinə və s. və ilaxır. Bu suala cavab vermək mənim gücüm daxilində deyil. Çünki bina məsələsi bizim səlahiyyətimizdə deyil. Harada yer versələr biz orada işləməyə çalışmalıyıq. Amma teatrın binası olsa bu birə beş qat işimizin keyfiyyətini artırar, bizim tamaşalarımızın həm keyfiyyəti, həm real gündəmə uyğun olması daha məqsədəuyğun olar.
-Teatrınızdakı aktyorların məvacibi digər teatrlarda olduğu kimidir ya fərqlidir?
-Bizi nazirlik maliyyələşdirir. Sadəcə olaraq biz əvvəldən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yarandığımıza görə birbaşa idarəyə, idarə də nazirliyə tabedir. Bütün teatrlarda olduğu kimi aktyorlar eyni maaş alır. Mənim ştatımdakı əmr də Mədəniyyət Nazirliyi tərəfindən verilir. Məvacib Bakı Şəhər Mədəniyyət Baş idarəsinə ödənilir və biz də maaşları oradan alırıq. Yeri gəlmişkən deyim ki, bölgələrdə olan teatrların hər birini regional mədəniyyət idarələrinin nəzdinə keçirməyi düşünürlər. Hərçənd mən bu plandan tam narazıyam. Doğru yanaşma deyil. Bu teatrların daha da zəifləməsinə aparıb çıxaran bir siyasətdir.
-Digər teatrlara nəzər salanda sizin sənət ocağı intriqalardan və qalmaqallardan uzaqdır. Tamam başqa bir abu-hava hökm sürür..
-Əvvəla onu deyim ki, teatrda qalmaqal olması ideyası, fikri hardan qaynaqlanırsa bunu mən də bilmirəm. Düşünürəm ki, buna heç kim cavab verə bilməz. Teatrın əməkdaşları yaradıcı adamlardır. Yaradıcı adamlar isə yaratmaqla məşğuldurlar. İntriqa aparanlar isə məhv etməklə məşğuldurlar. Əslində teatr daxilində intriqaların yaranması SSRİ dövrünün Stalin və Stalin ətrafı dövlət məmurlarının yaratdığı abu-hava, süni şəkildə formalaşdırdığı ənənə idi ki, teatrları inkişafdan geri saxlasınlar. Məsələn, deyək ki, direktor və baş rejissor strukturunun mövcud olmağı da buna bir misal idi. Yaxud da teatra aid olmayan adamların bədii şurada təmsil olunmağının bir anlamı da buradan qaynaqlanırdı ki, teatrı daxildə məhv etsinlər, direktor və baş rejissor arasında intriqa yaratsınlar. Niyə? Çünki direktor dövlətin möhürünün keşiyini çəkən, teatrdan başı çıxmayan adam ola bilərdi. Rejissor isə heç bir qanuna, ipə-sapa yatmayan yaradıcı adam ola bilərdi. Bunların arasında yaranan intriqa yaradıcı heyətə keçir və yaradıcı heyət arasında qalmaqallar yaranırdı. İntriqanın ikinci tərəfi də nədən qaynaqlanır? Biz aktyorlar, teatr adamları sözün bazıyıq. Sözlə işləyən adamlarıq. Biz boş qalanda vərdiş, adət etdiyimiz peşəmizi sözün bazı olan adamlar çevirib olurlar “sözbaz”. Ona görə də daimi işləmək lazımdır. Onu da deyim ki, bizim teatrda intriqanın olması heç mümkün də deyil. Sovet dövründən gələn ən-ənəni teatrın yaradılışından pozmuşuq. Burada bədii-rəhbər, direktor ikisi bir vəzifədir, baş rejissor yoxdur. İkinci tərəfdən bir ailə prinsipi var. İntriqanı yaradan adətən başda oturanlar olurlar. Əgər başdan o intriqa gəlmirsə kollektiv mehriban, şad-xürrəm öz işini görəcək. Eyni zamanda bizdə yaradıcı mühit var. Bizdə hər kəs bir-birinin qayğısını, təəssübünü çəkən insanlardır. Belə olan halda burada intriqanın olması qeyri-mümkündür.
-Həm rəhbər, həm rejissor, həm də aktyorsunuz. Bu qədər məsuliyyətləri daşımaq sizi yormur?
-Xeyr, yormur. Niyə yormalıdır ki? Bunların hamısı ayrı-ayrı işlərdir. Əksinə, birini edəndə o birisi dincə qoyulur, rahatlayır. Eyni zamanda hamısının kökündə sevgi deyilən bir şey var. Sevgi də gözəgörünməz, yeganə enerjidir ki, paylaşdıqca çoxalır, işlədikcə təravətlənir. Heç vaxt köhnəlmir, öz şəkilini dəyişmir.
-Bir müddət əvvəl sizin teatrın aktyoru olan Cavanşir Məhərrəmovla müsahibə edərkən bildirmişdi ki, seriala çəkildiyinə görə teatrdan işdən çıxarılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?
-Hərənin öz həqiqəti var. Cavanşir seriala çəkilə bilər. Əgər Cavanşir seriala çəkiləndə heç bir məşqə gəlmirdisə, hətta tamaşaya belə gəlmirdisə, yubanırdısa, praqon məşqlərdən imtina edirdisə, daxili baxışlara gəlmirdisə siz onu işdə saxlaya bilərdinizmi? Cavanşir yenə də mənim evimin, ailəmin ən əziz adamlarından biridir. Amma Cavanşir iş yoldaşı olaraq Bakı Uşaq Teatrında çox pis bir ənənənin əsasını qoymağa çalışmışdı, mən də onu kənarlaşdırmışdım. O işçi olaraq bizim teatrda çalışmasa da, bütün günü teatrdadır.
-Bir çox teatrlarda eyni dramaturqların əsərləri səhnələşdirilir. Buna necə baxırsınız?
-Teatr dövlətin ərköyün, cığal övladıdır. Amma evdə cığallıq edib, heç nəyi vurub, sındırmayan bir övladdır. Sındırıb dağıtmağa meylli olmayan bir övladdır. O uşağı mütləq diqqətdə saxlamaq lazımdır. O uşağı özbaşına buraxsan acından öləcək, üst-başını cıracaq. Teatr budur əslində. Teatrın qayğıları çoxdur. Bu gün teatrlar təsərrüfat hesabına keçib. Yəni kommunal xərclərdən tutmuş hazırladığı tamaşaların hamısının pulunu öz qazancından, yaxud sponsorlardan verir. Bilirsiniz ki, elə yazarlar var ki, pulu var, amma yazdığının içində heç nə yoxdur. Teatr direktorları isə bəzi hallarda məcbur olurlar ki, yararsız sayıla biləcək əsərləri səhnəyə qoysunlar. Amma rejissor da gərək bir az diqqətli olsun. Həmin “əsər”-lərin motivləri əsasında nəsə hazırlasın. Yaxud da müəlliflə oturub təkrar işləsinlər. Doğrudur, bəzən elə müəlliflər var ki, elə bilirlər ki, əsərləri quran ayəsidir. Ona görə də etiraz edir, “pulum var, bir kəlmə də buradan çıxara bilməzsən” deyə dirəşirlər. Allaha şükür ki, bizdə hələ belə hallar baş verməyib. Məsələn, bizim indiyə qədər səhnələşdirilmiş tamaşaların əsərlərinin bir çoxunun müəllifi Arzu Soltandır. Bunun da səbəbi var. Mən Arzu Soltanın yazdıqlarını səhnələşdirmirəm. Mən sosial tələbatdan irəli gələn mövzuları, uşaqların ehtiyacı olan maarifləndirmə nöqtələrini, yaxud da gənclərin sağlam həyat tərzinə aid olan mövzuları araşdırıb tapıram və sifariş edirəm Arzu xanıma. Arzu xanım onu yazır. Mən onları tamaşaya hazırlayıram. Arzu xanım teatrın senaristidir. Mənim üçün önəmli deyil ki, repertuarımda Şekspir, Cəlil Məmmədquluzadə, Nizami, Füzulinin əsərləri olsun. Hansı ki, bunlar sandıq ədəbiyyatından başqa bir şey olmayacaq. Əstağfurullah, mən demirəm ki, onlar pis yazırlar. Söhbət bugünki tələbatdan gedir. Ona görə də məni maraqlandıran mövzuları sifariş etmişəm. Nəticədə mənim teatrımda da müəllif təkrar olunmaqdadır. Niyə? Çünki Bakı Uşaq və Gənclər Teatrı bir komandadır. Arzu xanım da bu komandanın senarist üzvüdür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru