Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                 

“Kafe işlətmək pornofilmə bənzəyir” - Taleh Yüzbəyov
Tarix: 9-09-2024, 17:08 | Çap et
“Kafe işlətmək pornofilmə bənzəyir”
"Axırıncı statusumda "Kafe faciəsi" sözü işlətdim, çox adam kafe haqqında suallar verməyə başladı, dedim bir status da "YüzCafe"yə həsr eləyim. Əvvəla bütün kafe açmaq istəyənlərə ilk və əsas məsləhətim odur ki: Açmayın! Əgər bu işdə təcrübəniz, böyük təcrübəsi olan dostunuz və ya işçiniz, kafeyə yatıracaq puldan başqa çoxlu pulunuz yoxdusa, açmayın!"

Lent.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov sosial media hesabında yazıb. O, sahibi olduğu kafeylə bağlı yaşadığı çətinliklərdən söz açıb:
"Kafe işlətmək bilirsiniz nəyə oxşayır?! Porno filmlərdə "Bukeke" adlı bir janr var. Bir qız mərkəzdə yerdə oturur, ətrafında çılpaq 10, 15, 20 kişi lüt dayanır və Şəhriyar demişkən: "Hər kəs şalın bir bacadan soxurdu..." Kafe işlətmək də bax belə bir şeydir. Qonşular, işçilər, işıq idarəsi, vergilər, qida təhlükəsizliyi, icra hakimiyyəti, obyekt yiyəsi, reklam agentliyi, fövqəladə hallar, müştərilər, sanepidemstansiya, borclu olduğunuz şirkətlər və başqa-başqa qurumlar və şəxslər sizi dövrəyə alırlar. Və pornodakı o qız sizin yanınızda yalan olur.

Bizim ən böyük səhvimiz əvvəllər kafe olmayan obyekti götürüb, kafe eləmək idi. Pulumuzun böyük hissəsi təmirə getdi. Təmir isə Dünyada heç vaxt bitməyən bir prossesdir. Yəqin aylarla təmir gedən yerlərdə: "Müvəqqəti narahatlığa görə üzr istəyirik!" sözünü görmüsünüz. Müvəqqəti kimi daimi heç nə yoxdur bu həyatda.

"YüzCafe "dövründə olanları çəksəm kino yox, serial alınar. 10 ay ərzində üstümüzə bir kometa düşməyi qaldı. Çox ziyan elədik. Borcun nə olduğunu anladım. Əvvəl müəllim deyən adamın borca görə "pulumu çatdırın ə" deyənindən, Torqovuda qabağımı kəsib "sizin kafe bizə 300 manat borcludur" deyəninə qədər gördüm. "Eybi yox, yavaş-yavaş ödəyərsiz" deyənlər oldu sağolsunlar. Bir şeyi gördüm ki, sahibkar olmaq zülmdür. Çünki nə güzəşt var, nə dəstək. Heç kəs yeni biznesdir deyib, yazığı gəlmədi. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, "Azərişıq"ın hörmət elədiyi anlar az olmadı. Yalan deyə bilmərəm. "Tayqa" şirkətinin borcunu hələ də ödəyirik. Çox sağ olsunlar ki, bu qədər gözləyirlər. Bir ilimi aldı kafe. İki ildir keçib, amma hələ özümə gələ bilməmişəm. Amma başıma-gözümə döymürəm. Öz istəyim idi. Özü yıxılan ağlamaz.
Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin!".

Taleh bildirib ki, kafenin fəaliyyət göstərdiyi qısa müddət ərzində xeyli miqdarda borcu yaranıb. O, kafeni bağlamaq məcburiyyətində qaldığını açıqlayıb:
"İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı. İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı. Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı. Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı.

Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı. Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 manat! Vallah vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq "Fatality" idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru