
Keçən günlərdə məlumat verdik ki, SOCAR-ın bəzi strukturlarında işçilərin əməhaqqılarının verilməsində ciddi müddətə yubanmalar var. Konkret olaraq SOCAR AQŞ-nin rəhbəri Samir Mollayevin işçilərə 3 aylıq əməkhaqqı borcvunun olduğunu yazmışdıq.
"DİA-AZ"a edilən müraciətlərdən belə aydın olur ki, daha bir dövlət qurumunda da eyni qaydada maaşlar 3 aydır ki, verilmir və bayram günlərində belə işçilər pulsuz qalıb.
Bu barədə narazılıq edən işçilərin sözlərinə görə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində 3 aydır ki işçilərin maaşlarını vermirlər:
"Kimsə düşünmür ki, bu fəhlənin krediti var... yeməyi var... içm.yi var... dərdi var... səri var... NƏ EDƏK BƏS BİZ?"