"SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsində imtahanlardan kəsilən bəzi işçilər hələ də iş başındadır". "DİA-AZ" xəbər verir ki, bu iddia ilə sözügedən qurumun işçisi olmuş Turan Şahbazov adlı işçi Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında iddia irəli sürüb.
Açıqlamada daha sonra deyilir: "Lənkəran Regional Qaz İstismar İdarəsində (RQİİ) imtahanlardan kəsilən bəzi işçilər "şirinlik" qarşılığında hələ də işləyir. Bununla bağlı SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya dəfələrlə müraciət elədim.
Amma faydası olmadı. Yenə də ədalətli imtahan keçirilmədi. Kim pul verirsə, ona üstünlük verilir... Bizdən də az bal toplayanlar işə qəbul olunur\, işləyir... Bizi isə ixtisar elədilər..."









