Sizcə, sərnişinlər üçün marşrutların vaxtlı-vaxtında işləməsi daha vacibdir, yoxsa kartla ödənişə keçid?
Naxçıvanda avtobuslarda kartla ödəniş sistemi tətbiq olunacaq. Artıq sürücülərə ödəniş sisteminin idarə olunması ilə bağlı təlimlərə başlanılıb.
Rəsmi qurumlar bunu xidmət keyfiyyətinin artırılması kimi təqdim etsə də, sakinlər ictimai nəqliyyatda əsas problemin kartla ödəniş yox, marşrutların vaxtında və müntəzəm işləməməsi olduğunu deyirlər.
Sakinlər isə bildirirlər ki, ictimai nəqliyyatda keyfiyyətli xidmət üçün əvvəlcə marşrutların vaxtında və müntəzəm işləməsi təmin olunmalıdır. Onların sözlərinə görə, avtobuslar çox vaxt qrafik üzrə gəlmir, sərnişinlər saatlarla gözləməli olur. Saat 19:00-dan sonra isə bir çox marşrut, demək olar ki, işləmir.
Rayon və kənd marşrutlarında vəziyyətin daha ağır olduğu bildirilir. Sakinlər deyirlər ki, bu istiqamətlərdə işləyən avtobusların bir çoxu köhnə, nasaz və yararsız vəziyyətdədir.
"Gündəlik Naxçıvan"










