“Özümü Nikol Paşinyansız hər hansı siyasi prosesdə görmürəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, parlament sədrliyinə namizəd kimi seçilmədiyinə görə komandadan incimədiyini bildirib:
“Əgər mən bunun üçün hansısa səbəb olduğunu düşünsəydim, namizədliyimi irəli sürməzdim. Deməli, bu, idarə heyətinin qərarıdır, mən də çox qərarlar vermişəm” .
Simonyan həmçinin “Vətəndaş Müqaviləsi” partiyasından ayrılma ehtimalını istisna edib:
“Nə qədər ki, dostlarıma lazımam, onların yanında olacağam”.









