Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                 

Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 12:47 | Çap et

Moskva göstərmək istəyir ki, Ermənistanlın baş naziri daha Kremlin əvvəlki kimi əsas siyasi tərəfdaşı deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün rusiyalı həmkarı Mixail Mişustin arasında baş tutan telefon danışığı ilk baxışdan adi diplomatik təmas kimi görünə bilər. Bu zəng hər şeydən əvvəl Rusiya-Ermənistan münasibətlərində formalaşan yeni siyasi reallığın və Kremlin İrəvana ünvanladığı növbəti mesajın göstəricisi kimi qiymətləndirilir.
Ən çox müzakirə olunan məqam isə budur: niyə Ermənistan hökumətinin rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə danışdı?
Rəsmi açıqlamalarda Putinin Paşinyanla danışmaqdan imtina etdiyi və ya onun zəngini cavablandırmadığı barədə heç bir məlumat yoxdur. Ancaq diplomatiyada bəzən danışığın məzmunundan daha çox onun hansı səviyyədə aparılması diqqət çəkir. Məhz buna görə də siyasi müşahidəçilər telefon danışığının formatını təsadüfi hesab etmirlər.
Paşinyan-Mişustin telefon danışığı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri, Ermənistanın Avropa İttifaqı ilə siyasi dialoqu fəallaşdırması və Moskva ilə münasibətlərdə gərginliyin artdığı bir dövrdə baş tutdu.
Son aylarda Ermənistan Avropa ilə əməkdaşlığı genişləndirən bir sıra addımlar atıb. İrəvan Avropa İttifaqı ilə siyasi inteqrasiyanı sürətləndirir, təhlükəsizlik sahəsində Qərb institutları ilə əlaqələri artırır və Rusiyanın rəhbərlik etdiyi bəzi regional strukturlara münasibətdə əvvəlki mövqeyini dəyişir.
Belə bir şəraitdə Paşinyanın təşəbbüsü ilə Moskva ilə telefon əlaqəsinin qurulması göstərir ki, Ermənistan hakimiyyəti Rusiyanı tamamilə qarşısına almağın iqtisadi nəticələrini kifayət qədər yaxşı anlayır.
Telefon danışığının məhz Rusiya hökumətinin rəhbəri ilə keçirilməsi bir neçə səbəblə izah oluna bilər.
Birincisi, gündəlikdə əsas məsələ iqtisadi münasibətlərdir. Son həftələr Rusiya Ermənistan məhsullarının idxalına ardıcıl məhdudiyyətlər tətbiq edib və nəticədə ölkənin kənd təsərrüfatı ixracı faktiki olaraq iflic vəziyyətinə düşüb. Bu baxımdan məsələnin hökumətlərarası səviyyədə müzakirəsi formal olaraq məntiqli görünür.
Lakin məsələ bununla bitmir.
Diplomatik praktikada dövlət başçılarının bir-biri ilə birbaşa əlaqə saxlaması adətən yüksək siyasi etimadın göstəricisi hesab olunur. Əgər əlaqələrdə problemlər yaranırsa, təmaslar çox vaxt hökumət rəhbərləri və ya nazirlər səviyyəsinə endirilir.
Son dövrlərdə Rusiya-Ermənistan münasibətlərində məhz belə mənzərə müşahidə olunur.
Musavat.com xəbər verir ki, Moskvanın davranışını təhlil edən ekspertlər hesab edirlər ki, Kreml Paşinyana əvvəlki illərdə olduğu kimi xüsusi siyasi status vermək istəmir. Rusiyanın narazılığına səbəb olan amillər kifayət qədər çoxdur. Bunlara Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la hərbi əməkdaşlığı genişləndirməsi, KTMT-ni açıq şəkildə tənqid etməsi, Rusiya sərhədçilərinin bəzi mövqelərdən çıxarılması və Moskvanın regiondakı roluna yönəlmiş tənqidi bəyanatlar daxildir. Kreml isə bütün bunları Cənubi Qafqazdakı geosiyasi mövqelərinə yönəlmiş çağırış kimi qiymətləndirir.
Bu səbəbdən Moskva siyasi dialoqu tam dayandırmasa da, onu daha aşağı səviyyədə saxlamağa üstünlük verir. May ayının sonundan etibarən Rusiya Ermənistandan idxal olunan kənd təsərrüfatı məhsullarına ardıcıl məhdudiyyətlər tətbiq edib. İlk mərhələdə pomidor, xiyar, bibər, göyərti və çiyələk, daha sonra alma, armud, üzüm, ərik, şaftalı, kartof, quru meyvələr və digər məhsulların idxalı dayandırılıb. İyunun sonuna yaxın isə balıq və balıq məhsullarının ixracı da faktiki olaraq bloklanıb. “Rosselxoznadzor” bu qərarları fitosanitar normaların pozulması ilə əsaslandırır. Lakin Ermənistanda və beynəlxalq ekspert dairələrində bu addımların siyasi mesaj daşıdığı barədə fikirlər kifayət qədər geniş yayılıb. Çünki Ermənistan kənd təsərrüfatı ixracının 90 faizdən çoxunu məhz Rusiya bazarına göndərir.

Bu bazarın bağlanması yüzlərlə fermer, ixracatçı və emal müəssisəsi üçün ciddi maliyyə itkiləri deməkdir. Baş nazir Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən xüsusi olaraq vurğulayıb ki, baş verənləri "sanksiya" adlandırmaq düzgün deyil. Bu mövqenin arxasında ciddi siyasi və hüquqi hesablamalar dayanır. Əgər İrəvan bunu rəsmi şəkildə sanksiya kimi qiymətləndirsəydi, onda məsələ artıq Avrasiya İqtisadi İttifaqının fundamental prinsiplərinin pozulması kimi qiymətləndirilə bilərdi. Bu isə Moskva ilə açıq siyasi qarşıdurma demək olardı. Hazırda Ermənistan hökuməti problemin texniki müstəvidə saxlanılmasına üstünlük verir ki, danışıqlar üçün imkanlar qalsın.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru