Müraciətdə daha sonra deyilir: "Yaşadığımız ərazidə məişət tullantılarının yığılması xidmətinə görə sakinlərdən müntəzəm olaraq ödəniş alınmasına baxmayaraq, zibillər uzun müddət yığılmır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır, xoşagəlməz qoxu yayılır, ətraf mühit çirklənir və bu hal həm sakinlərin gündəlik həyatına, həm də sağlamlığına mənfi təsir göstərir.
Bu problemlə bağlı dəfələrlə bələdiyyə əməkdaşlarına müraciət etmişik. Bizə bildirilib ki, məsul quruma dəfələrlə məlumat verilsə də, tullantıların yığılması üçün gələn olmur. Hətta bələdiyyə əməkdaşları bu məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etməyimizi tövsiyə ediblər.
Biz bütün sakinlər hesab edirik ki, xidmət haqqı toplandığı halda tullantıların vaxtında yığılmaması sakinlərin haqlı narazılığına səbəb olur və aidiyyəti qurumların bu məsələyə daha məsuliyyətlə yanaşmasını zəruri edir.
Sizdən xahiş edirik ki, qeyd olunan məsələ araşdırılsın, məişət tullantılarının müntəzəm şəkildə yığılması təmin olunsun, problemin yaranma səbəbləri müəyyən edilsin və gələcəkdə belə halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülsün..."









