"Şikayətim Azərbaycan Dəmir Yollarımdandır(ADY)..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Müraciətdə daha sonra deyilir: "Tiflisə bilet almışdım 30 gün öncəyə. Sonra planımda dəyişiklik etmək istədim, əgər bilet olarsa başqa günə olarsa. Mən də onların həm "Facebook", həm "İnstagram" hesablarına yazdım. Mesajlarında da qeyd ediblər ki, 24 saatdan erkən olarsa, tutulma olmayacaq ödənişdən. Başqa günə, daha uyğun günə bilet olduğunu görəndə təxmini 25 gün qalmış mən də qaytardım əvvəlki biletimi. Gördüm ki, 59 manat qaytardılar, 20 manata yaxın isə tutdular. Əgər belə idisə, öncədən qeyd edərdilər. Öz səhvlərinə görə niyə onlara 20 manat ödəməliyəm əlavə?!"









