"Nizami rayonu, 251 saylı orta məktəbdə "Son zəng" üçün hər şagirddən üst-üstə manata yaxın pul yığılıb..." "DİA-AZ" xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist Könül Aypara çıxış edib.
Jurnalist daha sonra bildirir: "11-ci sinif rəhbərlərindən biri hətta "votsap" qrupu açıb, valideynlərdən alınan pulların çekləri qrupa atılır.
Restoran, rəqs, çəkiliş, dron, şarlar, gül-çiçəklər, vinetka və s.
Ən maraqlı məqam:
"Müəllimlərlə sağollaşma pulu" yığılıb.
Təsəvvur edin, 140 manatlıq "sağollaşma" pulu!
Sanki pul yığılıb verilməsə, sağollaşmayacaqlar o şagirdlə.
Bir məqam da var:
"Son zəng" tədbiri üçün yığıncağın məkanı olaraq "Ay işığı" restoranı üçün hər şagirddən 150 manat pul yığılıb.
Restorana zəng vuran valideynlərin biri deyir ki, adminstratorun özü şoka düşüb ki, bu rəqəm hardan çıxıb? Normal stol bir nəfər üçün 60-65 manat təşkil edir bizdə, sizdən niyə 150 manat yığılıb ki?!
İndi baxın, hesablayın 11-cilərdən nə qədər pul qazanıb müəllimlər də, direktor da. Hər sinifdə azı 25-30 şagird var, məktəbdə də 3-4 11-lər var.
Emin Əmrullayevə müraciət edirəm: ölçü götürün bu yesirlərinizlə! Hər il eyni dərd, hər il eyni problem! Təhsil qalıb kənarda, mənasız işlərlə məşğuldur işçiləriniz..."









