"Zirə Sera" MMC-də baş verən fəhlə ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs kimi məsuliyyətə Əliyev Şahrza cəlb olunub.
Məlum olub ki, Şahrza Əliyev "Zirə Sera" MMC ilə istixanada köhnə isitmə borularının sökülməsi və yeni borularla əvəzlənməsi işlərinin görülməsinə dair podratçı müqavilə bağlayıb.
Lakin işin icrası zamanı təhlükəsizlik qaydarına əməl olunmayıb və qaynaq işlərinə cəlb olunan Zabit Ağayevi yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Məhkəmənin hökmünə əsasən, Şahrza Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediləcək, lakin o, cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, "Zirə Sera" ölkədə pomidor istehsalı ilə tanınır.









