"Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                 

Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Tarix: 6-05-2026, 13:01 | Çap et

Azərbaycanın inşaat materialları bazarında aparıcı mövqeyə malik olan "Norm" sement zavodunun fəaliyyəti daim ictimaiyyətin və aidiyyəti şəxslərin diqqət mərkəzindədir. Yazın gəlişi ilə inşaat mövsümünün başlaması diqqətin artmasına səbəb olub.

AFN.az xəbər verir ki, sosial şəbəkələrdə və şəxsi söhbətlərdə məhz inşaat mövsümünün başlaması ərəfəsinə təsadüf edən qiymət artımları və keyfiyyətə dair iradlar səslənməkdədir. İnşaat sektorunda fəaliyyət göstərən həmsöhbətimiz bildirir ki, yanvar ayında 7.60 – 8.00 AZN civarında olan "Norm 300" (B Klass) məhsulu aprel ayında 8.20 AZN-ə, "Norm 500" (C Klass) markalı sement isə 8.60 AZN-dən 9.00 AZN-ə qədər bahalaşıb.

Fərdi tikinti ilə məşğul olan istifadəçilər bu artımı "süni bahalaşma" və "mövsümi manipulyasiya" kimi xarakterizə edirlər. İstehlakçıların əsas tənqidi ondan ibarətdir ki, xammal yerli resurslar (daş və klinker) hesabına təmin olunmasına baxmayaraq, qiymətlər mütəmadi olaraq xarici amillər bəhanə gətirilməklə artırılır. İstifadəçilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini bazarda mümkün "kartel sövdələşmələri"ni araşdırmağa çağırırlar.

Şikayətçiləri dinləyərkən, "Norm"un yalnız qiyməti ilə bağlı deyil, həm də texniki göstəriciləri ilə bağlı narazılıqların olduğu üzə çıxır. Belə ki, bazar iştirakçıları arasında bu istiqamətdə də etiraz edənlər var. Bəzi partiyalarda sementin "gec donması" və bərkimə prosesindən sonra səthdə yaranan çatlarla bağlı şikayətlər yer alır. İddialara görə, kağız üzərindəki marka göstəriciləri (M-400 və ya M-500) ilə real tətbiqdəki möhkəmlik göstəriciləri arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da tikintidə keyfiyyət fərqinə səbəb olur. "Nəticədə bizim işimiz etibarsızlaşır, müştərilərimizlə üz-göz oluruq" - deyə inşaatçı həmsöhbətimiz bildirir.

Şikayətlər bununla da bitmir. Ustalar regional satış nöqtələrində və distribütor şəbəkəsindən də narazıdırlar. Onların ən çox şikayətçi olduğu məqam kisələrin çəkisi ilə bağlıdır. Bəzi istifadəçilər sement kisələrinin tam 50 kq olmadığını, daşınma zamanı qablaşdırmanın tez cırıldığını bildirirlər: "Adətən bir işi 0-dan götürür tam hazır təhvil veririk. Bu o deməkdir ki, bir çox hallarda məhsulların alınmasını, daşınmasını biz həyata keçiririk. Bu tip qablaşdırma problemləri bizim üçün həm maddi itki, həm də iş prosesinin ləngiməsi deməkdir. Yenə burada da müştərilərlə problem yaşayırıq. Bəzən bir daşıma zamanı bir neçə kisə cırılır və sement itkiyə gedir. Eyni zamanda da bizə əlavə xərc yaranır".

Səsləndirilən bu ciddi iddialarla bağlı "Norm" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığımız sorğuya rəsmi cavab verilib. Şirkətdən qiymət artımı ilə bağlı bildirilib ki, qeyd olunan sement markaları Avropa standartına uyğun istehsal edilir və bazara Klass B, Klass A400, Klass C500 kimi təqdim olunur: "Məhsullarımızın qiymətləri bir sıra daxili və xarici amillərinin təsiri ilə formalaşır. Bu amillər arasında inflyasiya, xammal və enerji resurslarının dəyərinin dəyişməsi, logistika və daşınma xərcləri, eləcə də istehsalat prosesində tələb olunan texniki və əməliyyat xərcləri mühüm rol oynayır. Şirkətimizin qiymət siyasəti sərbəst bazar prinsiplərinə əsaslanaraq müəyyən edilir. Burada bazardakı tələb və təklif nisbəti əsas meyar kimi çıxış edir. Eyni zamanda qiymətlər, mövcud bazar şəraiti və xərclərdə baş verən dəyişikliklər nəzərə alınmaqla tənzimlənir. Keyfiyyətli məhsulun istehlakçılara davamlı şəkildə təchiz edilməsi üçün istehsal və logistika sahələrində ardıcıl investisiyaların həyata keçirilməsi zəruridir. Bu isə qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Şirkətimizdə satış prosesi tam şəffaf şəkildə təşkil olunmuşdur."

İstifadəçilərin çəki ilə bağlı narazılığına cavab olaraq zavoddan verilən cavabda qeyd olunur ki, qablaşdırma prosesində Almaniya şirkətinin müasir elektron tərəziləri istifadə olunur: "Norm" sement zavodunun qablaşdırıcı qurğuları bu sahədə dünya liderlərindən biri olan Haver&Boecker (Almaniya) şirkətinindir. Elektron tərəzilərlə təchiz edilmiş bu qurğular kisələrin düzgün və dəqiq çəkisini təmin edir. Çəkisi tələblərə cavab verməyən kisə avtomatik olaraq xətdən çıxarılır. Kisələrin üzərində məhsulun dəqiq çəkisi və ±2% məlumatı qeyd olunur. Kisələr bu sahədə ən peşəkar qlobal təchizatçılardan təmin edilir və ISO və EN standartlarının tələblərinə cavab verir".

Sementin bərkimə müddəti və çatlarla bağlı şikayətlərə gəldikdə isə "Norm"dan istehsalın robot texnologiyaları və fasiləsiz laboratoriya nəzarəti altında olduğu bildirilir: "Zavodumuzda istehsal zamanı məhsulların keyfiyyət göstəricilərinə daim nəzarət edilir və istehsal prosesində avtomatik nümunələr götürülür. Bunun üçün robot texnologiyalarından istifadə edilir və keyfiyyətə nəzarət prosesi fasiləsiz olaraq yerinə yetirilir. Laboratoriyada sementin AZS və EN standartlarına uyğunluğu üzrə fiziki-mexaniki sınaqlar aparılır və bu imkanlar təsadüfi səhvlərə yol verilməməsinə, dəqiq nəticələrin əldə edilməsinə və yüksək keyfiyyətli məhsul istehsalına zəmanət verir.

Bununla yanaşı, "Norm" şirkətinin satış strategiyasına uyğun olaraq, müştərilərə satışdan əvvəl və sonra texniki dəstək göstərilir. Bu çərçivədə sementin keyfiyyəti ilə bağlı bizə hər hansı müraciət daxil olursa, texniki dəstək şöbəmiz tərəfindən yerində nümunələr götürülür və müştəriyə, yaxud ustaya nəticələr, tövsiyələr, eləcə də müvafiq dəstək təqdim edilir. Məlumat üçün qeyd edək ki, çatların yaranması hər zaman məhsulun keyfiyyəti ilə əlaqəli olmaya da bilər. Burada hava şəraiti, məhlulda digər məhsulların istifadəsi, tətbiq zamanı qaydalara riayət olunması da əhəmiyyətlidir. Məsələn, küləkli havalar betonda çata yaxud soyuq havalar betonda bərkimənin gecikməsinə səbəb ola bilər. Həmçinin hörgü-suvaq məhlulunun hazırlanması zamanı qum-sement nisbətinə düzgün riayət edilməzsə, eləcə də tətbiqdən sonrakı suvağa qulluq işləri düzgün aparılmazsa, problemlər yarana bilər. İstifadə olunan təbii qumun keyfiyyəti (əsasən, narınlığı və çirkliliyi) də nəticəyə ikiqat təsir göstərən amildir. Bütün sadalananlarla yanaşı mart və aprel aylarında həddindən artıq yağışlı günlər müşahidə edildi, istifadəçilər belə havalarda sement kisələrinin düzgün saxlanılmasını təmin edə bilmədikdə və kisələr islandıqda bu faktor da sementin tərkibinə öz mənfi təsirini göstərmiş olur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Dünən, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Dünən, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru