
Bakı şəhərində sərnişinlərlə dolu olan 172 nömrəli "BakuBus" avtobusu sürətini sərhəd tanımadan artıraraq yolda təhlükə yaradıb.
32gun.az-a daxil olan görüntüdə aydın görünür ki, "Formula 1" sürəti ilə idarə olunan avtobus, sərnişinlərin həyatını ciddi şəkildə təhlükəyə atıb. Sürət həddini aşan və qaydalara əməl etməyən sürücünün davranışı, yolda digər istifadəçilər üçün də böyük risk yaradıb.
Avtobusun sürətli hərəkəti və qeyri-adi idarəetməsi, şəhər nəqliyyatında təhlükəsizliyin ciddi şəkildə təhdid altına alındığını göstərir.
VİDEO BURADA... BAXMAQ ÜÇÜN TIKLAYIN...