“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür .....                     Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... .....                     "Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." .....                     "Şəki Sukanal" ləğv olunur .....                     Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı .....                     Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir .....                     “Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” .....                     Silahlı “Artsax” batalyonu Putinin əmrində .....                     İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər .....                     Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI .....                     İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi .....                     Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı .....                     “11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” .....                     "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" .....                     Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? .....                     “Belə avtomobillərlə heç yerə getmərəm...” .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." .....                     Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                 

AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Tarix: 2-07-2026, 07:11 | Çap et

Azərbaycanda yay mövsümü başlayanda minlərlə müəllim, həkim və digər büdcə təşkilatlarında çalışan işçilərin eyni problemi yenidən gündəmə gəlib: illərlə həmkarlar ittifaqına üzvlük haqqı ödəyən insanlar sanatoriya və istirahət mərkəzlərinə göndəriş ala bilmirlər.

Bizimesr.com bildirir ki, illərdir eyni mənzərə təkrarlanır. Elektron sistem yaradılır, islahatlar vəd edilir, şəffaflıqdan danışılır. Amma nəticə dəyişmir. Elektron müraciətlər edilir, cavab isə çox vaxt bir söz olur: "Rədd edildi."

Bu zaman illərdir cavabsız qalan suallar bir daha gündəmə gəlir...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə üçün mövcuddur?
Bir əsrə yaxın fəaliyyət, amma nəticə haradadır?

AHİK Azərbaycanda ən qədim ictimai qurumlardan biridir. Onilliklər ərzində milyonlarla işçidən üzvlük haqları toplanıb. Bu vəsaitlərin əsas məqsədi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması, sağlamlığının bərpası və əmək şəraitinin yaxşılaşdırılması olmalıdır.

Lakin bu gün sadə müəllim, tibb işçisi və ya digər əməkçi üçün vəziyyət necədir?

Yay mövsümü gələn kimi insanlar AHİK-in tabeliyində fəaliyyət göstərən Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə müraciətlər edirlər. Onlarla müraciət edən şəxslər bildirirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq sistem onların müraciətlərini rədd edir.

Bu sistem doğrudanmı şəffaf işləyir?
Rədd edilən müraciətlərin səbəbi nədir?
Kimlər göndəriş alır, kimlər ala bilmir?

Bu sualların heç birinə cəmiyyətə açıq və ətraflı cavab verilmir.
Elektron sistem quruldu, amma problemlər niyə bitmədi?

AHİK rəhbərliyində dəyişiklikdən sonra cəmiyyətə yeni idarəetmə, yeni yanaşma və elektronlaşma vəd edildi. Böyük vəsait hesabına elektron rezervasiya sistemi yaradıldı.

Məqsəd şəffaflığın artırılması idi. Ancaq nəticə nə oldu? Bu gün minlərlə müəllim sosial şəbəkələrdə və mediada eyni şikayətləri yazır - müraciətlər qəbul edilmir; sistem rədd cavabı verir; səbəb izah olunmur; prosesin necə aparıldığı məlum deyil. Elektron sistem yalnız kompüter proqramı deyil. Əgər nəticə dəyişmirsə, elektronlaşdırmanın özü heç nəyi dəyişmir.

Dünyada həmkarlar ittifaqları necə işləyir? Sadəcə baxın öyrənin...

İnkişaf etmiş ölkələrdə həmkarlar ittifaqları tamam başqa missiya daşıyır.
Məsələn, işçini qanunsuz işdən çıxaranda məhkəməyə qədər onun hüquqlarını müdafiə edirlər; kollektiv müqavilələr bağlayırlar; maaşların artırılması uğrunda hökumətlə və işəgötürənlərlə danışıqlar aparırlar; təhlükəli əmək şəraitinə etiraz edirlər; lazım gəldikdə etiraz aksiyaları və tətillər təşkil edirlər; hüquqi yardım göstərirlər; üzvlərinin sosial rifahını yaxşılaşdırmaq üçün real proqramlar həyata keçirirlər.

Bir çox Avropa ölkəsində işəgötürən həmkarlar ittifaqının mövqeyini nəzərə almadan ciddi qərar qəbul etməkdə çətinlik çəkir. Çünki həmin qurumlar doğrudan da işçilərin nümayəndəsidir.

Azərbaycanda isə...

Azərbaycanda minlərlə müəllim qanunsuz işdən çıxarıldığını iddia edir. Minlərlə insan əmək hüquqlarının pozulduğunu bildirir. Əməkhaqqı problemləri, ixtisarlar, qeyri-şəffaf qərarlar illərdir müzakirə olunur.

Bəs bu proseslərdə AHİK harada görünür?
Neçə dəfə müəllimlərin hüquqlarının müdafiəsi üçün ictimai mövqe ortaya qoyulub?
Neçə dəfə əməkhaqlarının artırılması ilə bağlı prinsipial təşəbbüs irəli sürülüb?
Neçə dəfə işdən çıxarılan müəllimlərin müdafiəsi üçün məhkəmələrdə hüquqi yardım göstərilib?

Cəmiyyət bu sualların cavabını görmür.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nə iş görür?
Ən çox üzvü olan təşkilatlardan biri məhz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıdır. Sdərdi də Araz Paşayevdir

Minlərlə müəllim hər ay üzvlük haqqı ödəyir. Ancaq həmin müəllimlərin böyük hissəsi öz təşkilatının hansı konkret problemlərini həll etdiyini göstərə bilmir. Bu gün sanatoriya göndərişləri ilə bağlı narazılıqlar geniş yayılır. Lakin təşkilat rəhbərliyindən problemin köklü həlli istiqamətində ciddi və ictimaiyyətə açıq fəaliyyət müşahidə olunmur. Əvəzində sosial şəbəkələrdə və mediada səslənən tənqidlərə qarşı təşkilatın fəaliyyətinin təriflənməsi diqqət çəkir.

Halbuki həmkarlar ittifaqının əsas vəzifəsi imic formalaşdırmaq deyil. Əsas vəzifə üzvlərinin hüquqlarını qorumaqdır.

Üzvlük haqqı hara xərclənir?

İllərlə müəllimlərin maaşından üzvlük haqları tutulur.
Bu vəsaitlər necə xərclənir? Neçə müəllim sanatoriyaya göndərilir?
Neçə nəfər hüquqi yardım alır?
Neçə işçi işinə bərpa olunur?
Neçə nəfərin əməkhaqqının artırılmasına nail olunur?
Bu statistika tam şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir.

Artıq cavab vermək vaxtıdır

AHİK və onun tabeliyində fəaliyyət göstərən qurumlar cəmiyyət qarşısında bu suallara cavab verməlidir:
Sanatoriya göndərişləri hansı meyarlarla bölüşdürülür?
Niyə minlərlə müraciət rədd edilir?
Elektron sistemin audit nəticələri varmı?
Üzvlük haqları necə xərclənir?
Müəllimlərin hüquqlarının müdafiəsi istiqamətində son illərdə hansı real nəticələr əldə olunub?


Həmkarlar ittifaqları yalnız üzvlük haqqı toplayan, bayram tədbirləri keçirən və hesabatlar hazırlayan quruma çevrilməməlidir. Onlar ilk növbədə işçinin səsi, hüququnun müdafiəçisi və sosial dayağı olmalıdır.

Əgər müəllim illərlə ödədiyi üzvlük haqqının müqabilində nə sanatoriya göndərişi ala bilir, nə hüquqi müdafiə görür, nə də əmək hüquqlarının qorunduğunu hiss edirsə, onda cəmiyyətin verdiyi ən sərt sual tamamilə haqlıdır: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün həqiqətən kimə xidmət edir və onun fəaliyyəti sadə əməkçiyə hansı real faydanı verir?

Zəruri qeyd!

AHİK - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Sahib Məmmədovdur. İddia olunur ki, AHİK qurum olaraq o zamankı Əmək və əhalinin sosial müdafisəi naziri, indi isə Maliyyə naziri Sahil Babayevin kurasiyasəına keçib. AHİK tabeliyində Sanatoriya-Kurort Elektron Rezervasiya Sisteminin yaradılmasına böyük pullar xərclənib, amma nəticəsi göz qarşısındadır. AHİK-in tabeliyində “Kurort” QSC fəaliyyət göstərir. Rəhbəri də Mingəçevirdə otellərdə çalışmış baş direktor Çingiz Hacıyevdir. İddia olunur ki, bu adamın işi gücü qurumda haqqını istəyən, müəyyən tələblər edən işçiləri işdən qovmaqdır. Kimsəyə məhəl qoymadan Sahib Məmmədovla birləşib bu sahəni sözün əsl mənasında reanimasiyada saxlamaqdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Təşkilat Sədri Araz Paşayevdir. Təhsil işçilərinin məhz bu problemlə bağlı məsələsini nə içtimailəşdirə, nə də kökündən həll edə bilir. Sadəcə görüntü yaratmaqla məşğuldular.

Göründüyü kimi AHİK sədri Sahib Məmmədov, “Kurort” QS-nin rəhbəri Çingiz Hacıyev, Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev və diğırləri birləşib AHİK-i Səttar Möhbalıyev kimi idarə edirlər... Nə qədər davam edəcək, bax bu sual hələ də açıəq qalır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı - TƏFƏRRÜAT
Bu gün, 11:23
Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib
Bu gün, 11:06
“Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” - ŞƏRH
Bu gün, 11:04
Silahlı “Artsax” batalyonu Putinin əmrində - Kreml separatçıları "PASLANMAĞA" qoymur...
Bu gün, 11:00
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru