Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbərləri və erməni iş adamları Türkiyənin Van Ticarət və Sənaye Palatasını ziyarət etdilər.
Teleqraf xəbər verir ki, səfər “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: Sərhədlərarası əlaqələrin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Tərəflər sərhəd-keçid məntəqəsinin açılması və Van Ticarət və Sənaye Palatasının bu prosesdəki rolunu müzakirə ediblər.








