Vətəndaşın evini başına uçuran, gününü qara edən DİGƏR MTK-lar... - ONLAR CƏZASIZDIR HƏLƏ DƏ...
Tarix: 28-03-2025, 10:03 | Çap et
 Dünəndən sosial şəbəkənin Azərbaycan seqmenti "Melissa Grup" şirkətinin də, onun əmrini icra edən ekskovatorçunun vandallığını lənətləməkdədir. Anaxeber.info yazır ki, hamı həmrəydir - şirkət vəhşilik edib, qanunları ayaqlar altına alıb, sürücü isə 3-5 manata görə o barbarlığa yol verib. Söhbət ondan gedir ki, günün günortçağı vətəndaşın evini yaşadığı vaxt başına uçurmaq təsadüf, yaxud səhv ola bilməzdi. Bu, qəsdən törədilən, ailəni evdən çıxmağa məcburetməyə hesablanmış qudurğanlıq idi. Çünki Bakıda belə hallar olub, yəni mülk sahibi kompensasiyanın məbləği ilə razılaşmayanda işığını, suyunu kəsir, başına evini uçururlar. Amma bu dəfə "Melissa Grup" və onun rəhbəri Qalib Məmmədov "yaman yerdə axşamladı". Faktla bağlı cinayət işi açıldı, sürücü saxlandı, ictimai qəzəb də göz qabağındadır. İndi şirkəti möhkəm cərimə gözləyir, üstəlik, həmin ailəyə dəymiş zərəri də ödəməlidirlər, əgər köçürülmə təklifi varsa, əmlak sahibinin istədiyi kompensasiyanı ödəməli olacaqlar. Sadəcə, söhbət ondan gedir ki, ölkədə özbaşınalıq, harınlıq edən təkcə bu tikinti şirkəti deyil. Onlarla belə fakt göstərmək olar ki, hansısa MTK yaşıllığı məhv edir, hansısa tikinti firması vətəndaşları mənzil satışında aldadır, bir başqası qanunsuz şəkildə ərazi zəbt edir, yaxud icazəsiz iş aparır, digəri illərlə mənzilləri təhvil vermir, sakinlər kirayələrdə qalır... Yəni yaz-yaz bitmək bilməz. Media resurslarında, sosial şəbəkələrdə yüzlərlə belə nümunələr var. Onlardan biri də "Sahil - S İnşaat" firmasının sahibi Taley Alaverdiyevlə şərik olmuş Pənah Kərimov idi. Məhz Pənah Kərimov şirkətə gəldikdən sonra bir mənzilin bir neçə şəxsə satılmasına, dələduzluğa yol verilməsinə başlandı. Bu günə qədər də vətəndaşlar arasında zərər çəkən, problemlə üzləşənlər var. Öz növbəsində isə Pənah Kərimov hakim Elnur Nuriyevlə necə anlaşdisa, cinayətə yol vermiş şəxs ev dustaqlığına buraxıldı. Həbsdən çıxandan sonra da sakinləri təhdid etməyə davam eləmişdi. Yəni bu kimi faktlar göstərir ki, MTK rəhbərləri vətəndaşlarına başlarına oyun açırlar və bunun səbəbi də qanunların tam işlək olmaması, bəzi dövlət qurumlarının zamanında sərt reaksiya verməməsi, bəzi strukturların isə MTK-larla işbirliyində olması, rüşvət alıb hər bir özbaşınalığa şərait yaratmasıdır. Ona görə də "Melissa Grup" kimi tanınan şirkət şəhərin mərkəzində belə vandallıq edir. İndi görün şəhərin bir qədər kənar ərazilərində nələr baş verir. Xüsusən də yaşıllıqların tikililərə qurban verilməsinə icra orqanları və digər qurumlar göz yumurlar. Ümumilikdə isə tikinti firmaları ilə bağlı ciddi nəzarət mexanizmi olmalıdır, paytaxta ucdantutma harda gəldi bina inşa edilməsinin qarşısı alınmalıdır. Artıq tikinti bumu dayanmalıdır. Onu da deyək ki, "Melissa Grup" sahibi əslən Masallıdandır və biznes imperiyası var. O, "Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda, “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur. Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir.
Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma əntəqəsini, avtoservisi, elektrik və elektronik məhsulları satışı mağazasını, çörək zavodunu, şirniyyat sexini misal göstərmək olar.
Azər Talıbov Anaxeber.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
|