Əməkhaqqı artımı səhiyyədə əmək intizamını tənzimləyən, peşəkarlığı və xidmət keyfiyyətini inanılmaz dərəcədə artıran, xəstə -həkim münasibətlərini etik çərçivəyə salan, vətəndaş məmnunluğunu təmin edən , peşə şərəfini yüksəldən bəlkə də alternativi olmayan ən güclü vasitədir.
Bu baxımdan son əməkhaqqı artımını səhiyyə sahəsində baş verən zəruri islahatlar dan hesab etmək olar.
Ancaq bu qərar fikrimcə,özü ilə bərabər bir çox suallar,paradokslar, bəzi mütəxəssislər -həkimlər və iş sahələrində hətta narazılıq yarada bilər.
Rəsmi statistikaya görə Azərbaycanda 2025-ci ilin əvvəlinə 35223 həkim fəaliyyət göstərir, bunun müəyyən qismi Özəllərdə işləyir, bəs qalanı???
Təbib direktoru deyir,bu qərar 15 min həkimi əhatə edir ( əslində 15804),bəs əhatə edilməyən hansı kateqoriya həkimlərdi? Niyə?
Səhiyyə nazirliyinin müəssisələrində niyə bu qərar tətbiq edilməyib? Necə ola bilər ki, Səhiyyə nazirliyinə tabe olan Elmi tədqiqat institutlarında, tutaq ki,Ağ ciyər Xəstəlikləri, Pediatriya institutunun həkimləri Təbib tabeli müvafiq qurumlarda çalışan həkimlərdən nəzərəçarpacaq dərəcədə az əməkhaqqı alsınlar.Buradan da daha ciddi sual meydana çıxır, artım dövlət büdcəsindən yox, İcbari Tibbi Sığorta fondundan həyata keçiriləcək?!?
Eyni zamanda mövcud Əmək Məcəlləsinə görə kadr çatışmazlığına görə eyni vaxtda işləyən personal 50 faiz əlavə əməkhaqqı almalıdır.
Bu vaxta qədər bu maddə,ən çox da təcili tibbi yardımda, rayon səhiyyə ocaqlarında niyə tətbiq edilməyib?
Qeyd edim ki, Təcili Tibbi Yardımda artım təxminən elə 50 faizdir .Yenə də stomatoloqlar, ginekoloqlar və digər mütəxəssislər arasında ayrı-seçkilik "yaradılıb"...
Ümidvaram ki, bu qərar hamı üçün kifayət qədər faydalı olacaq...
Faiq Məmmədli - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...








