Şirvan-Salyan iqtisadi rayonunda yaşayan sakinlərin aylıq gəlirlərində pensiyaların payı digər iqtisadi rayonlarla müqayisədə daha çoxdur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şirvan-Salyan iqtisadi rayonunda adambaşına düşən aylıq gəlirin 91 manatı pensiyaların payına düşüb.
Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq gəlir 404,2 manat olub. Pensiyaların ümumi gəlirdəki payı isə 22,5% təşkil edib.
Aylıq gəlirlərdə pensiyanın payının çox olduğu ikinci iqtisadi rayon Şərqi Zəngəzur olub. Bu iqtisadi rayonda adambaşına düşən aylıq gəlirin 20,6%-i və ya 82,3 manatı pensiyalardan formalaşıb. Qazax-Tovuz iqtisadi rayonunda bu göstərici 20,4% (78,6 manat), Bakıda isə 19,9% (85,3 manat) olub.
Aylıq gəlirdə pensiyanın payının ən az olduğu iqtisadi rayon isə Mərkəzi Aran olub. Bu iqtisadi rayonda adambaşına düşən aylıq gəlirin 15,3%-i və ya 62,6 manatı pensiyaların payına düşüb.
İqtisadi rayonlarda adambaşına düşən orta aylıq gəlir və bu gəlirdə pensiyanın payı belə olub:








