Rusiya hökuməti Ermənistandan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) konsessiya idarəçiliyinin təhvil verilməsi ilə bağlı heç bir rəsmi müraciət daxil olmadığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Məsələ mahiyyəti üzrə dərinliyi ilə müzakirə olunmayıb. Ermənistan tərəfindən heç bir rəsmi sorğu və müraciət daxil olmayıb", – deyə Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanın dəmir yolu infrastrukturunu uzunmüddətli konsessiya müqaviləsi əsasında idarə edir.








