"Embawood" şirkətinin 1.6 milyon manatdan çox vergi borcu yaranıb.
Azərbaycanın tanınmış şirkətlərindən olan "Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Embawood mebel şirkəti) dövlətə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata əsasən, hazırda şirkətin dəqiq borc məbləği 1 milyon 669 min 966 manat 33 qəpik təşkil edir.
Nizamnamə kapitalı 3750 AZN olan sözügedən şirkətin qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyevdir. "Embawood" MMC-nin Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, ev 15A, qapı 1 olaraq qeydiyyata alınıb.
Mətbuat orqanlarında "Embawood" mebel firmasının deputat Məşhur Məmmədova və ailəsinə məxsus olduğu deyilir.
Qeyd edk ki, O, 2020-ci ildən Milli Məclisdə təmsil olunur.








