"Mart ayında "İrşad Elektroniks"in Kürdəmir filialından soyuducu alınıb. Və..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında Nurəli İsmayılov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Alınandan sonra cəmi 1 həftə ərzində işlədi. Dəfələrlə müraciət edildi... 2-3 dəfə usta gəlib baxdı lakin düzəlmədi. İndi nə usta gəlir, nə də məhsul dəyişdirilir..."







