Əsas Səhifə > Ana xəbər / Güney Press > Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR
Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDURBu gün, 06:39 |
|
"Embawood" şirkətinin 1.6 milyon manatdan çox vergi borcu yaranıb. Azərbaycanın tanınmış şirkətlərindən olan "Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Embawood mebel şirkəti) dövlətə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.
Nizamnamə kapitalı 3750 AZN olan sözügedən şirkətin qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyevdir. "Embawood" MMC-nin Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, ev 15A, qapı 1 olaraq qeydiyyata alınıb. Mətbuat orqanlarında "Embawood" mebel firmasının deputat Məşhur Məmmədova və ailəsinə məxsus olduğu deyilir. Qeyd edk ki, O, 2020-ci ildən Milli Məclisdə təmsil olunur. Geri qayıt |