"Deməli, dünən "Kontakt Home"dan uşaq üçün "Huawei"in planşetini aldım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Tural Hacızadə adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Soruşdum ki, bəs qələm.. dedilər, ayrı satılır... dedim, tamam. Qələmi alanda görürəm ki, üstünə yazılıb: "Not For Sale"... yəni satış üçün deyil.
İstədim "Huawei"ə yazım ki bəs sizin rəsmi distributionuz (orda elə dedilər rəsmi distributoruq) belə bir satış edir. Sonra həqiqətən utandım... bir Çinliyə deyim ki mənim yerli şirkətim məni aldadır. Bunu adi bir satış butiki etsə, deyərdim qazancı o qələmdən çıxır. Amma sən böyük korporativ dükansan.. belə etməməlisən.. əgər sən də belə edirsənsə, sənin adi satış butikindən nə fərqin oldu. Burda 2 hal məni düşündürür.
1. Kontakt niyə belə edirsiz?
2. Biz nə vaxt düzələcəyik?.."







