Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” .....                     Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub .....                     Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! .....                     Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... .....                     "Qonşularımızdan bu məsələdə də geri qalırıq..." .....                     "Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" .....                     ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür .....                     Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı .....                     Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır .....                     Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR .....                     NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı? .....                     Ənənəvi jurnalistika ilə ictimai jurnalistikanın QOL GÜLƏŞİ .....                     Kəndlinin boğazına keçirilən yeni halqa .....                     Televiziyanı “Titanik” kimi batmaqdan qorumaq olar .....                     " Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir" .....                     250 milyard dollar ayrılıb, lakin xərcləyə bilmirik .....                     Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? .....                     “Arzum”u İlkin Süleymanovla nə birləşdirir? .....                     Gəncədə kollec direktoru ilə bağlı qalmaqal .....                     Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək .....                     Dəmir Yollarında BİLET QALMAQALI .....                     ADSEA külli miqdarda vergi borcu olan "EMBAWOOD"la müqavilə bağladı .....                     Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi .....                     Rusiya azərbaycanlıların “çörək qapısı”nı BAĞLAYIR .....                     Qadınların pensiya yaşı azaldıla bilər? .....                     SOCAR hədəfdə, diplomatik missiyalar zərər gördü: .....                     Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib .....                     Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu .....                     İşçisindən "AzəriqQaz" şefinə ÇAĞIRIŞ: "Barı maaşları vaxtında verin!" .....                     `XƏTTAT ANAR`ın QƏLƏMİ QIRILIB? .....                     Naxçıvana uçuşlar ildırımlı hava səbəbindən ERTƏLƏNDİ .....                     Kremldən sifariş gəldi: .....                     “Baker Tilly Audit Azərbaycan”ın xalis mənfəəti .....                     "m10" fəaliyyətini dayandırır? .....                     FHN “Paşa Travel” ilə 300 minlik müqavilə .....                     Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri .....                     Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal BÖYÜYÜR: .....                     Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad .....                     Azərbaycan Rusiyaya nota verib .....                     Rusiyanın hədəfindəki SOCAR: .....                 

Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Tarix: Dünən, 06:30 | Çap et

Son dövrlər internet məkanında qanunsuz onlayn kazino və mərc oyunlarının sürətlə yayıldığını görürük. Sosial şəbəkələrdə “asan qazanc”, “yüksək bonus” və “pulsuz balans” kimi vədlərlə yayılan reklamlar çoxsaylı insanı bu qanunsuz fəaliyyətlərə cəlb edir. İlk baxışdan sərfəli görünən bu təkliflər isə əksər hallarda vətəndaşların pul vəsaitini itirməsi, şəxsi məlumatlarının ələ keçirilməsi və hüquqi problemlərlə üzləşməsi ilə nəticələnir. Əsasən lisenziyası olmayan və qanunsuz fəaliyyət göstərən “Mostbet”, “MelBet”, “Pin-Up”, “1xBet”, “Betbuta” və “10linelotto” kimi platformalardan istifadə ciddi risk deməkdir. Mütəxəssislər bildirirlər ki, bu cür platformaların əsas təhlükəsi onların heç bir dövlət nəzarəti altında fəaliyyət göstərməməsidir.

Qanunsuz onlayn mərc və şans oyunlarına qarşı hüquq-mühafizə orqanlarının mübarizəsi də davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində bu sahədə fəaliyyət göstərən şəxslər və cinayətkar şəbəkələr müəyyən edilərək məsuliyyətə cəlb olunur. Son əməliyyatlar da göstərir ki, qanunsuz mərc və şans oyunlarını təşkil edən şəxslərin fəaliyyəti nəzarətdə saxlanılır.

Eyni zamanda, dövlət bu sahədə qanunvericiliyin daha da sərtləşdirilməsi istiqamətində addımlar atır. Milli Məclisdə müzakirə olunan qanun layihəsində virtual platformalarda qumar oyunlarının təşkili və keçirilməsi, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi hallarında daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, belə əməllərə görə cinayət yolu ilə əldə edilən gəlirin iki mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Əgər cinayət mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə edilməklə törədilərsə, azadlıqdan məhrumetmə müddətinin 3 ildən 5 ilədək artırılması təklif olunur. Bununla yanaşı, qumar oyunlarının təşkili və bu məqsədlə yer ayrılmasına görə də cəzaların sərtləşdirilməsi planlaşdırılır. Mövcud qanunvericilikdə nəzərdə tutulan 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin 5 ilə qaldırılması təklif edilir.

Bunun əhəmiyyəti nə olacaq? Qanun layihəsinin məqsədi nədir?

Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, mərc oyunları müxtəlif yerlərdə müəyyən lisenziya qaydasında həyat keçirilir:

“Lakin son dönəmlərdə virtual məkandan istifadə edərək qanunsuz şəkildə qumar və mərc oyunlarının şahidi oluruq. Bu yayğınlaşma bir sıra ailə faciələrinin baş verməsi, ayrı-ayrı şəxslərin intiharı müəyyən dərəcədə qumar borclarının artması ucbatından yaşanan faciələrlə müşayiət olunduğuna görə qanunvericilik bu məsələyə müdaxilə etməyi nəzərdə tutur. Burda da əsasən qanunsuz virtual məkanda bu oyunların təşkili, eləcə də yeniyetmələrin bu prosesə cəlb olunmasının nə qədər böyük problemlər yaratdığını nəzərə alaraq sanksiyaların ağırlaşmasından söhbət gedir. Bundan sonrakı dövrdə hər hansı bir formada bu məkanlardan istifadə edərək belə oyunların təşkil olunması, bura şəxslərin cəlb edilməsi ciddi şəkildə cəzalandırılacaqdır”.

Deputat Razi Nurullayev bildirib ki, qumar oyunlarının, xüsusilə də virtual platformalar üzərindən sürətlə yayılmasının artıq ciddi sosial problemə çevrilməsi səbəbindən qanunvericilik sərtləşdirilir:

“Qanun layihəsinin məqsədi yalnız qanunsuz qumar təşkilatçılarını cəzalandırmaq deyil, həm də vətəndaşları, xüsusilə gəncləri və azyaşlıları bu təhlükədən qorumaqdır. Virtual platformalarda qumarın təşkili, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi, qrup halında törədilməsi və böyük gəlir əldə olunması kimi hallara daha ağır cəzaların tətbiqi profilaktik baxımdan da mühüm əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, beynəlxalq təcrübədə də oxşar yanaşma mövcuddur:

“Almaniya, Fransa, İtaliya və Birləşmiş Krallıq qanunsuz onlayn qumar fəaliyyətinə, xüsusilə azyaşlıların cəlb edilməsinə və lisenziyasız operatorlara qarşı ciddi sanksiyalar tətbiq edir. Bununla bərabər, cəzaların sərtləşdirilməsi ilə yanaşı, qanunsuz platformalara çıxışın məhdudlaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də vacibdir. Bu qanun layihəsi insanların maliyyə təhlükəsizliyinin, ailələrin rifahının və cəmiyyətin sosial sabitliyinin qorunmasına xidmət edir”.

Hüquqşünas Ellada Bayramova isə qeyd edib ki, qanun layihəsinin əsas məqsədi vətəndaşları, xüsusilə də gəncləri qumar alışqanlığından və maliyyə itkilərindən qorumaqdır:

“Eyni zamanda, məqsəd qanunsuz onlayn qumar fəaliyyətinin qarşısını almaq və bu sahədə cinayət məsuliyyəni gücləndirməkdən ibarətdir. Qanunun əhəmiyyəti isə daha sərt qumar təşkilatçılığına qarşı çəkindirici təsir göstərərək virtual platformada nəzarəti gücləndirəcək və böyük kütlənin maddi zərər görməsi riskini azaltmağa xidmət edəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38
Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22
Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28
"Qonşularımızdan bu məsələdə də geri qalırıq..." - partiya sədri
Bu gün, 08:25
"Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" - ETİRAZ VAR!
Bu gün, 08:21
ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür - "Axios"
Bu gün, 08:11
Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı – Bakının qərarı…
Bu gün, 08:09
Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır - NZZ
Bu gün, 08:06
Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:04
NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı? - İNCƏLƏMƏ
Bu gün, 07:57
Ənənəvi jurnalistika ilə ictimai jurnalistikanın QOL GÜLƏŞİ - İNCƏLƏMƏ
Bu gün, 07:49
Kəndlinin boğazına keçirilən yeni halqa - SAYĞACLARLA TORPAQ YAŞAMAZ!
Bu gün, 07:41
Televiziyanı “Titanik” kimi batmaqdan qorumaq olar - “Dəqiq və dürüst məlumatla”
Bu gün, 07:31
" Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir"
Bu gün, 07:26
250 milyard dollar ayrılıb, lakin xərcləyə bilmirik - Rutte
Bu gün, 07:24
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
“Arzum”u İlkin Süleymanovla nə birləşdirir? – Rezonans doğuran DETALLAR
Bu gün, 07:16
Gəncədə kollec direktoru ilə bağlı qalmaqal - ETİRAZ VAR!
Bu gün, 07:10
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək - KİV
Bu gün, 07:06
Dəmir Yollarında BİLET QALMAQALI - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
ADSEA külli miqdarda vergi borcu olan "EMBAWOOD"la müqavilə bağladı - FOTOFAKT
Bu gün, 06:48
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Bu gün, 06:43
Rusiya azərbaycanlıların “çörək qapısı”nı BAĞLAYIR - AKTUAL
Bu gün, 06:25
Qadınların pensiya yaşı azaldıla bilər? – Yeni sistemlə bağlı AÇIQLAMA
Bu gün, 06:21
SOCAR hədəfdə, diplomatik missiyalar zərər gördü: - Bakı Moskvadan cavab tələb edir
Dünən, 17:53
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib - "Armenpress"
Dünən, 17:50
Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu - bu nazirlikdə...
Dünən, 17:40
İşçisindən "AzəriqQaz" şefinə ÇAĞIRIŞ: "Barı maaşları vaxtında verin!" - "Onsuz da maaşımız yalnız çörəyə və suya çatır..."
Dünən, 17:35
`XƏTTAT ANAR`ın QƏLƏMİ QIRILIB? - İDDİA
Dünən, 17:24
Naxçıvana uçuşlar ildırımlı hava səbəbindən ERTƏLƏNDİ - DİQQƏT
Dünən, 17:11
Kremldən sifariş gəldi: - Karapetyan Paşinyana qarşı “silah” götürdü
Dünən, 17:07
“Baker Tilly Audit Azərbaycan”ın xalis mənfəəti AZALIB
Dünən, 17:02
"m10" fəaliyyətini dayandırır? - NƏ BAŞ VERİR?
Dünən, 16:59
FHN “Paşa Travel” ilə 300 minlik müqavilə - BAĞLADI
Dünən, 16:57
Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri MÜZAKİRƏ EDİBLƏR
Dünən, 16:44
Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal BÖYÜYÜR: - "Bir sualda iki düz cavab var"
Dünən, 16:43
Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad - "Nə işlə və necə məşğuldurlar..."
Dünən, 16:29
Azərbaycan Rusiyaya nota verib - Yevdokimov XİN-ə ÇAĞRILDI
Dünən, 16:23
Rusiyanın hədəfindəki SOCAR: - "Bu, Azərbaycana qarşı bir addımdır?”
Dünən, 16:21
Azərbaycanda tanınmış futbolçu vəfat etdi - FOTO
Dünən, 16:19
UEFA-dan FİFA-ya sərt etiraz - QALMAQAL
Dünən, 16:15
Azərbaycan "qocalır": Pensiya ödənişində problem yaranacaq? - AKTUAL
Dünən, 16:11
İSR Holdinqə yaxın şirkətin direktoru 12 il sonra ilk dəfə dəyişib - ƏMR
Dünən, 16:05
Azərbaycanda bazarın səhmdarlarına - DİVİDEND ÖDƏNİLƏCƏK
Dünən, 16:01
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı":İslahat, yoxsa tezbazar layihələr? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Şəkidə yüksək vəzifəli MƏMUR İTTİHAM OLUNUR - Narazı vətəndaşı şikayətindən çəkindirdi və...
Dünən, 15:43
Tanınmış idmançı Səbuhi Rəcəbə 8 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
Pensiya davasına çıxdı, amma... AYDIN OLDU Kİ... - İŞ ARAŞDIRILIR
Dünən, 15:32
“Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı” – Azərbaycanlının böyrəyinin çıxarılması işi
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru