İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... .....                     Görüşlər və "danışıqlar" .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır .....                     İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… .....                     Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb .....                     “Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     SOCAR-da dəyişiklik gözlənilir .....                     Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb .....                     "Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" .....                     Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? .....                     Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! .....                     Bu klinikalarda plastik əməliyyat təhlükəlidir .....                     Mənə “hər şey yaxşı olacaq” deməyin .....                     Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib .....                     Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib .....                     Ramiz Mehdiyev nə qədər pensiya alır? .....                     “Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” .....                     Bu şirkət yenidən nazirliyin 10 milyonluq .....                     Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin .....                     Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb .....                     Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... .....                     Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub .....                     Ramiz Mehdiyevə “tost deyən” kim idi? .....                     ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək .....                     Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM .....                     Mənzil bazarında canlanma, yoxsa borclanma... .....                     Nizami Rəmzinin qızı həbs edildi .....                     5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? .....                     Jurnalist departament rəhbəri təyin edildi .....                     Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama .....                     Budapeşt sammitinə hazırlıq hələ başlamayıb .....                     Müəllimi döydüyü deyilən direktor nə danışdı… .....                     AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib .....                     Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? .....                     Sabirabadda azyaşlı qızını 35 yaşlı kişiyə ərə verən ANA: “Vermişəm, əcəb eləmişəm” .....                     Xocavənddə mina partladı: xəsarət alan var .....                     “Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” .....                     Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? .....                 

Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir? - İLGİNC
Tarix: Bu gün, 09:47 | Çap et

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin komandasının üzvləri haqqında məlumatlar mediada tirajlanır. Rusiyaya bağlı “beşinci kolon”un memarı olan Mehdiyevin imperativ maraqlara xidmət etdiyi sirr olmadığı kimi, “xidmətçiləri”nin olduğu da bəllidir.

- Prezident Administrasiyasının rəhbəri olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, hakim komandanın formalaşmasında özünə bağlı – “beşinci kalon”un üzvü ola biləcək şəxslərə üstünlük verib;

- Bu xidmətdən boyun qaçıranlar ya vəzifəsindən məhrum edilib, ya da bacarıq və intellektindən asılı olmayaraq, karyera yüksəlişinə maneələr yaradılıb.

“Keçmiş qvardiya” adlandırılan komandada - diplomatiyadan tutmuş təhlükəsizlik sektoruna, informasiya müstəvisindən başlamış mədəniyyət, yaxud bank sektoruna qədər müxtəlif sahələrdə vəzifə daşımış şəxslərin Mehdiyevin qrupunda yer alması haqda məlumatlarda doğruluq payı böyükdür, lakin tam deyil. Axı Mehdiyev “beşinci kalon”un qurulmasını keçmiş nazir və məmurların məsul olduğu sahələr üzrə həyata keçirmirdi, əksinə, yüksək postlarla yanaşı, aşağı ranqlı vəzifələrə təyinatları da nəzarətdə saxlamağa çalışırdı. Bu baxımdan, “Mehdiyevin komandası” kimi adları çəkilən şəxslərin aysberqin görünən tərəfi olduğu, görünməyən tərəfin isə daha genişmiqyaslı olduğunu ictimai-siyasi sferaya bələd olan hər kəs təsdiqləyə bilər.

Mehdiyevin komandası hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemində yer alır. Osminoqa bənzər şəbəkə “boz kardinal” vəzifədə olarkən, daha geniş imknalara malik idi, lakin 2019-cu ildən – Mehdiyevin postundan göndərilməsindən sonra müəyyən qədər “qan itirsə” də, hələ də aktiv fəaliyyətdə olduğu məlumdur.

Qanunverici hakimiyyət

Parlament seçkilərində ənənəvi olaraq, hakim partiyanın namizədləri, eləcə də müstəqil namizədlərin seçilmək şansı daha çox olur. YAP-ın resurs və nüfuzunu nəzərə alanda, hakim partiyanın siyahısında yer alanların qanunverici orqana düşməsi siyasətin təbii üzü hesab oluna bilər. Lakin sirr deyil ki, Mehdiyev PA rəhbəri olduğu dövrdə bu siyahıya birbaşa müdaxilə edir və ona bağlı olanlara, yaxud perspektivdə “beşinci kalon”un üzvü olmaq potensalına malik olan şəxslərə üstünlük tanıyırdı. Müstəqil namizədlərin parlamentə “buraxılması” isə birbaşa onun “kurasiyası”nda olub. Lakin Mehdiyev konstruktiv müxalifətin seçki mübarizəsinin nəticələrinə də təsir etməyə çalışıb hər zaman, çox vaxt buna nail olub da. Onun PA rəhbəri olduğu dövrdə qanunverici orqanın tərkibi ilə bağlı kuluarlarda “Mehdiyevin deputatları” misalı tez-tez hallanardı. 2019-cu ildə onun gedişindən sonra islahat dalğasının növbəti ünvanı qanunverici orqan olacaqdı. Çünki icraedici orqanda həyata keçirilən islahatlardan sonra hakimiyyətin digər qollarının da adekvat fəaliyyəti təmin olunmalı idi.

2020-ci il parlament seçkilərində böyük dəyişiklik ümidləri yaranmışdı: qanunverici orqanda Prezident İlham Əliyevin islahat kursuna adekvat fəaliyyət göstərə biləcək mandat sahibləri üstünlük təşkil etməli, “Mehdiyevin komandası” getməli idi, lakin tam əksi baş verdi; “köhnə komanda”nın üzvü kimi tanınan şəxslər kiçik istisnalar olmaqla, yenidən kürsüyə qayıtdılar;

Həmin vaxt bu arzuolunmaz vəziyyətin iki mümkün səbəbi görünürdü:

Birincisi, PA-dan gedən Mehdiyevin AMEA-da kabinet əldə etməklə təsir imkanlarını saxlamağa çalışırdı: onun elm ocağını siyasi intirqalar yuvasına çevirdiyi, özü getsə də, hələ də qərarverici mərkəzlərdə qalan “beşinci kalon”un üzvlərini buradakı ofisindən idarə və koordinasiya etdiyi haqa məlumatlar vardı;

İkincisi, Mehdiyev postundan getsə də, ona bağlı köhnə komanda hələ də təsir imkanlarını qoruyurdu və Azərbaycan müqəddəs məqsədə - Vətən müharibəsinə hazırlaşdığı vaxt ölkə daxilində problemlərə yol aça biləcək radikal addımlara ehtiyac görünmürdü;

2024-cü il parlament seçkiləri isə artıq tam yeni reallıqlar fonunda keçirilirdi. Torpaqlarımızın azad edilməsindən sonra qanunverici orqanın bütün respublikanı praktiki olaraq, əhatə etməsinə yaranmış zərurət parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini şərtləndirdi. Və bütün cəmiyyətdə qanunverici orqanın həm Prezident İlham Əliyevin qlobal səviyyədə həyata keçirdiyi siyasətə, həm də yeni reallıqlara adekvat şəkildə formalaşacağı gözləntisi yaranmışdı. Bu dəfə proseslərə müdaxilə edə biləcək Ramiz Mehdiyev də yox idi, artıq keçmiş kimi xatırlanan “boz kardinal” bağ evində inzivaya çəkilmişdi.

2 sentyabr 2024-cü il: seçkilərdən bir gün sonra böyük ümidlərlə oyanan Azərbaycan qanunverici orqanda 4 il öncəki analoji mənzərə ilə qarşılaşdı. Bu dəfə də istisnalar böyük deyildi, azsaylı yeni simaları saymasaq, tərkibdə “Mehdiyev komandası” çoxluqda təşkil edirdi. Həmin vaxt geniş müzakirələrə yol açan bu mənzərənin səbəblərini 14 oktyabr 2025-ci il tarixindən boylananda daha aydın görmək olur: dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev “bağ evindən” komandasını idarə etməklə ölkədə çevriliş planları hazırlayırmış, yəni “boz kardinal” keçmişə çevrilməklə barışmayaraq, sadiq adamlarının parlamentdə təmsil olunması naminə pərdəarxası direktivlər verib;

Bütün bunlar qanunverici orqanda “Mehdiyev komandası”nın hələ də qaldığı deməkdir və məsələ heç də mediada tirajlanan bir neçə addan ibarət deyil.

Məhkəmə hakimiyyəti

Mehdiyevin xüsusi diqqət ayırdığı sahələrdən biri hakimiyyətin məhkəmə qolunda “beşinci kalon”un kök salması olub, PA rəhbəri olduğu dövrdə buna böyük ölçüdə nail olub da. 2019-cu ildə isə hakimiyyətin icraedici qolunda başlanan, qanunverici qolunda tam həyata keçirilə bilməyən islahatlar məhkəmə qolunda müəyyən qədər nəticə əldə etdi, lakin yenə yekunlaşmadı. Bu gün məhkəmə hakimiyyətində Mehdiyevin komandasının üzvü olanlar hələ də fəaliyyətdədir. Bu baxımdan, məhkəmə strukturlarına da xüsusi diqqət yetirilməlidir.

İcraedici hakimiyyət

Bu sahədə Mehdiyev komandasının qalıqları xüsusilə çoxluq təşkil edir, çünki “boz kardinal” PA rəhbəri olduğu dövrdə həm mərkəzi, həm yerli icraedici orqanların qərarverici ranqda olan bütün postlarına öz adamlarının təyinatına çalışırdı. Onun postundan gedişindən sonra mərkəzi icra hakimiyyətindəki mənzərə dəyişdi. Proses Prezident İlham Əliyevin böyük islahat dalğasına start verdiyi 2018-ci ildən başlamışdı və 2020-ci ildə - Vətən müharibəsindən öncə böyük ölçüdə tamamlandı. Lakin aşağı strukturlarda, xüsusilə yerli idarəetmə funksiyasını həyata keçirən Rayon İcra Hakimiyyətlərində vəziyyət dəyişməyib, çünki Mehdiyev demək olar ki, bütün bölgələrə öz adamlarını yerləşdirməyi bacarmışdı.

Onun yerli icraedici orqanlara təyinat prosesində iki prinsipə əsaslandığı deyilir.

1. Birbaşa özünə sadiq olan şəxslər rayon icra hakimiyyətlərinə “başçı” olaraq göndərilirdi;

2. “Başçı”nın müavinlərindən ən azı biri rayon rəhbərliyinə nəzarət və alternativ məlumatları ötürən şəxs olurdu;

2019-cu ildən sonra yerli icraedici orqanlarda dəyişikliklər olsa da, Mehdiyev komandası demək olar ki, bütün rayonlarda iş başındadır. Və istisna deyil ki, “boz kardinal”ın çevriliş cəhdində ilk hərəkətə keçəcək “qvardiya” rolunu oynayacaqdılar.

Bütün bunlarla yanaşı, Mehdiyevin komandası – “beşinci kalon” axtarışında hakimiyyətə müxalif olan düşərgəyə də nəzərə yetirmək lazımdır, xüsusilə radikal qanada. 2013-cü ildə Rusiyadan mədət uman Milli Şuranın qurulmasında Mehdiyevin əhəmiyyətli rol oynadığı sirr deyil. Bunu təsdiq edən detallardan biri “mitinq taktikası”dır. 2019-cu ilə - Mehdiyevin PA rəhbəri olduğu dövrə qədər ölkənin bir nömrəli siyasi gündəmi radikal müxalifətin fəaliyyəti olub.

- Media resurslarında bu qüvvələrin fəaliyyəti kəskin tənqid olunur, hətta mövcud imkanları və potensialı həddindən artıq şişirdilirdi;

- Mütəmadi olaraq mitinqlər keçirir, birbaşa Prezident İlham Əliyevi hədəfə alırdılar;

Qarşılıqlı şəkildə pasların ötürülməsində məqsəd aydın görünürdü: ictimai dayaqlarını itirən bu qüvvələr informasiya müstəvisində gündəmdə qalmaq və “mitinq taktikası” ilə mövcudluqlarını saxlayır, Mehdiyev və komandası isə onlara qarşı “mübarizə” ilə hakimiyyətin qorunmasında “əvəzedilməz rollarını” nümayiş etdirirdilər;

Mehdiyevin gedişi ilə mitinqlər də, “hakimiyyətə təhlükə” də yoxa çıxdı.

Hərçənd, real təhlükə hələ də qalır, həm qanunverici, həm məhkəmə, həm icraedici orqanlarda. “Beşinci kalon” osminoq kimi bütün sahələrə yayılıb və daha dərin köklərə malikdir. Bundan xilas olmaq üçün genişçaplı təmizliyə ehtiyac var.


Müəllif: Asif Nərimanlı - "DİA-AZ"












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... - FOTO
Bu gün, 17:45
Görüşlər və "danışıqlar" - Sülh olacaqmı?
Bu gün, 17:38
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - SİYAHI
Bu gün, 17:36
Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır
Bu gün, 17:32
İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… - "Belə görünür ki..."
Bu gün, 17:24
Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb - DETALLAR
Bu gün, 17:22
“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” – Novella Cəfəroğludan ŞOK AÇIQLAMA
Bu gün, 17:19
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - ARAŞDIRMA
Bu gün, 16:44
SOCAR-da dəyişiklik gözlənilir – Fərhan Əliyev vitse-prezident olacaq?..
Bu gün, 16:37
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
Bu gün, 16:29
"Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" - Keçmiş Baş nazirdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 16:23
Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? – Danışıqların qaranlıq üzü
Bu gün, 16:18
Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! - DETALLAR
Bu gün, 16:16
Bu klinikalarda plastik əməliyyat təhlükəlidir - FOTOLAR/SİYAHI
Bu gün, 16:05
Mənə “hər şey yaxşı olacaq” deməyin - Simonyan
Bu gün, 15:58
Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 15:56
Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:46
Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”
Bu gün, 15:40
“Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” – VİDEO
Bu gün, 15:38
Bu şirkət yenidən nazirliyin 10 milyonluq - TENDERİNİ UDDU
Bu gün, 15:36
Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin - Erkən nikahla mübarizədə yeni yol
Bu gün, 15:32
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - belə deyirlər...
Bu gün, 15:24
Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... - BU TARİXDİR, AXI...
Bu gün, 15:21
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
Bu gün, 15:11
Ramiz Mehdiyevə “tost deyən” kim idi? - VİDEO
Bu gün, 15:08
ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək
Bu gün, 15:02
Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM - Öz işinizlə məşğul olun!
Bu gün, 14:55
Mənzil bazarında canlanma, yoxsa borclanma... ARTIR?
Bu gün, 14:36
Nizami Rəmzinin qızı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:32
5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? - İLGİNC FAKTLAR
Bu gün, 14:26
Jurnalist departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 14:24
Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama - VİDEO
Bu gün, 14:20
Budapeşt sammitinə hazırlıq hələ başlamayıb - Peskov
Bu gün, 14:10
Müəllimi döydüyü deyilən direktor nə danışdı… - Sən demə...
Bu gün, 14:01
AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib - YENƏ ŞÜBHƏ...
Bu gün, 13:56
Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? - Rektordan AÇIQLAMA
Bu gün, 13:48
Sabirabadda azyaşlı qızını 35 yaşlı kişiyə ərə verən ANA: “Vermişəm, əcəb eləmişəm” - FOTO
Bu gün, 13:43
Xocavənddə mina partladı: xəsarət alan var - TƏFƏRRÜAT
Bu gün, 13:31
“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” - ETİRAZ
Bu gün, 13:08
Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? - AÇIQLAMA
Bu gün, 13:06
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar - FOTO
Bu gün, 13:04
Əczaçılıq bitkilərini Fransaya 2,8 manata satıb, 196 manata dərman alırıq - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib - Azər Maqsudov
Bu gün, 12:51
Paşinyana görə gündəm oldu - Ermənistana getməkdən imtina etdi
Bu gün, 12:44
CNN-dən saxtakarlıq: - Ermənilərin adına çıxdılar
Bu gün, 12:42
Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm... - Mehdiyevin mühafizəçisindən AÇIQLAMA
Bu gün, 12:38
Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
ARDNF-in Strateji kommunikasiya şöbəsinin müdiri "PAŞA Holdinq"ə təyinat alıb - Bundan sonra...
Bu gün, 12:32
Xalq artıq ona "kərpic Həsən" yox, "türkçü Həsən" deyirdi... - Misir Mərdanov
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru