Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə ətriyyat və əczaçılıq sənayesində istifadə olunan 3 min 54 ton müxtəlif bitkilər satılıb.
Yeniavaz.comxəbər verir ki, bu bitkilərin bir kiloqramının orta gömrük dəyəri cəmi 95 qəpik olub.
Qeyd edək ki, bu il ətriyyat və əczaçılıq sənayesində istifadə olunan bitkilər ən çox İrana (1 646,5 ton), Çinə (616 ton), Myanmaya (244 ton), Fransaya (164 ton), Koreyaya (88 ton), Almaniyaya (66 ton) və Polşaya (64 ton) ixrac edilib.
Onu da bildirək ki, Azərbaycan adları qeyd olunan ölkələrdən ətriyyat və əczaçılıq sənayesində istehsal olunan hazır məhsullar alıb.
Məsələn, Azərbaycan ətriyyat və əczaçılıq sənayesində istehsal olunan bitkilərin bir kiloqramını Fransaya 2,8 manata satıb. Fransadan isə ətriyyat, kosmetika və tualet vasitələrinin bir kiloqramını 35,6 manata, dərman vasitələrinin bir kiloqramını isə 196 manata alıb.