CNN telekanalı (CNN Travel) “Dünyanın ən yaxşı 50 çörəyi” adlı siyahı tərtib edib.
Teleqraf xəbər verir ki, ABŞ telekanalı yayımladığı materialda saxtakarlığa yol verib.
Mənbə “araşdırma”sında lavaşı “erməni çörəyi” kimi qələmə verib.
CNN bu barədə yazıb: “Əgər erməni qayınananız sizə hula-hup ölçüsündə böyük bir lavaşla yaxınlaşırsa, qorxmayın, bu, Ermənistanda yeni evlənənlərin başı üzərində fırladılır ki, onların ömrü bolluq və firavanlıq içində keçsin. Bəlkə də bu ənənənin səbəbi elə lavaş bişirməyin kütləviliyi ilə bağlıdır.
Ənənəvi lavaşın hazırlanması üçün qadınlar bir yerə toplaşır, xəmir parçasını ot və ya yunla doldurulmuş yastığın üzərində yayırlar. Usta əllər yayılmış xəmiri konus formalı gil təndirin iç divarına yapışdırır. Orada lavaş bərk istilikdə çox tez bişir. Lavaş erməni mədəniyyətinin elə bir ayrılmaz hissəsidir ki, UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs kimi tanınıb”.
Qeyd edək ki, lavaş (əgər varsa) erməni mətbəxinə məxsus bir çörək növü deyil. Lavaş Azərbaycan, Türkiyə və digər türk ölkələrində geniş şəkildə yayılıb və əsrlərdir istehlak olunur.
Araşdırmaya görə, “lavaş” sözünün mənşəyi iki hissədən ibarətdir: “lav” və ya “lay” ifadələri “qat” deməkdir, “aş” isə bütün türk dillərində “qida” anlamı verir. Beləliklə, “lavaş” sözü “qat-qat qida” anlamına gəlir. Çox maraqlıdır ki, bunu “özününküləşdirən” ermənilər nədənsə ad seçimində də özlərini çox yormayıblar, elə türk dilində olduğu kimi lavaş adıyla dünyaya “erməni çörəyi” kimi sırımağa çalışırlar.