Görüşlər və "danışıqlar" .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır .....                     İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… .....                     Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb .....                     “Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     SOCAR-da dəyişiklik gözlənilir .....                     Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb .....                     "Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" .....                     Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? .....                     Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! .....                     Bu klinikalarda plastik əməliyyat təhlükəlidir .....                     Mənə “hər şey yaxşı olacaq” deməyin .....                     Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib .....                     Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib .....                     Ramiz Mehdiyev nə qədər pensiya alır? .....                     “Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” .....                     Bu şirkət yenidən nazirliyin 10 milyonluq .....                     Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin .....                     Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb .....                     Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... .....                     Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub .....                     Ramiz Mehdiyevə “tost deyən” kim idi? .....                     ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək .....                     Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM .....                     Mənzil bazarında canlanma, yoxsa borclanma... .....                     Nizami Rəmzinin qızı həbs edildi .....                     5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? .....                     Jurnalist departament rəhbəri təyin edildi .....                     Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama .....                     Budapeşt sammitinə hazırlıq hələ başlamayıb .....                     Müəllimi döydüyü deyilən direktor nə danışdı… .....                     AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib .....                     Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? .....                     Sabirabadda azyaşlı qızını 35 yaşlı kişiyə ərə verən ANA: “Vermişəm, əcəb eləmişəm” .....                     Xocavənddə mina partladı: xəsarət alan var .....                     “Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” .....                     Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? .....                     AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar .....                 

AzTV hələ də MEHDİYEVİN ƏMRİNDƏDİR - ÇÜNKİ...
Tarix: Bu gün, 02:07 | Çap et

Əli Həsənovun şəxsi avtomobili ilə gətirilib kollektivə təqdim olunan Rövşən Məmmədovun Aztv-dəki fəaliyyəti – FAKTLAR
Facebookda “Seçim lider” adlı bir səhifə var.İndiki AzTV sədri Rövşən Məmmədov illər əvvəl “Lider” telekanalında çalışdığı vaxtlarda aparıcısı olduğu verilişi həmin səhifə vasitəsilə təbliğ edirdi. O, balaca uğurlarını böyük internet kütləsinə təqdim etməyə çalışırdı.Rövşən Məmmədovun da, onun apardığı verilişlərin də heç kim üçün maraqlı olmadığı həmin dövrdəki paylaşımlardan da görünürdü — çünki səhifədəki paylaşımlar cəmi üç–dörd bəyənmə toplayırdı.Heç kimə sirr deyil ki, Rövşən Məmmədovdan əvvəl idman sahəsində kifayət qədər peşəkar və güclü jurnalistlər fəaliyyət göstəriblər. Amma məsələ başqadır. Rövşən Məmmədovun özü demişkən, “bir az gəzişmə edək”.“Facebook”da səhifə açıb öz idman verilişini təbliğ edən Rövşən Məmmədov, sonradan həmin səhifədə özü-özünü AzTV sədri təyin olunmasına görə “dostunun adından” təbrik edib. Burada da müəyyən psixoloji məqamlar sezilir…2015-ci ildən AzTV-də fəaliyyətə başlayan Rövşən Məmmədov bir müddət “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru təyin edilib. 2019-cu ilin yanvarında sədr müavini, həmin ilin sentyabrında isə AzTV-nin sədri vəzifəsinə gətirilib.Onun təyinatından sonra AzTV-də “yeniliklər” başladı. Rövşən Məmmədov kresloya oturan kimi, Elsevər Dünyamalıyevin köməkçisini işdən azad etdi. Bunun da öz maraqlı tarixi var. AzTV-nin köhnə komandasının danışdığına görə, Rövşən Məmmədov aparıcı olduğu dövrdə Elsevər Dünyamalıyevin qəbuluna gələndə köməkçi onu dəfələrlə qapıda saxlayıb, gözlətdirib. Rövşən Məmmədov da səlahiyyət sahibi olandan sonra həmin köməkçini işdən azad etdi.Bir müddət sonra o, müavin islahatlarına başladı. Elsevər Dünyamalıyev və Rəşad Nəsirov vəzifələrindən uzaqlaşdırıldı.Halbuki bu şəxslər televiziya tarixində təcrübəli və xidmətləri olan simalar idi. Ardınca Rövşən Məmmədov “islahat” adı ilə daha bir çox əməkdaşları işdən azad etdi. Ən qalmaqallı hadisələrdən biri isə sürücülərin kütləvi şəkildə işdən çıxarılması oldu.Rövşən Məmmədovun qohumcanlılığı isə hələ sədr vəzifəsini icra etdiyi dövrdən özünü göstərməyə başladı. AzTV-nin texniki direktor müavini vəzifəsinə Arzu Abdullayevin yerinə Xəlil Məmmədov təyin olundu. Xəlil Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisi idi. Maraqlısı budur ki, Xəlil Məmmədov vaxtilə AzTV-dən biabırçılıqla uzaqlaşdırılmışdı və onun işi əsasən şnur daşımaqdan ibarət idi. Amma Rövşən Məmmədov həmin “şnur daşıyan” qohumunu mühəndislik səviyyəsinə qədər qaldırdı.Rövşən Məmmədov sədr olduqdan sonra onun əvvəl rəhbərlik etdiyi İctimai-siyasi şöbənin müdiri vəzifəsi Sərvər Bayramova həvalə edildi. Sərvər Bayramov da bu fürsətdən istifadə edib ilk günlərdən “pul qazanmağa” başladı. Studiyaya dəvət edilən hər bir vəzifəli şəxs müsahibədən sonra onun təklifi ilə 10–15 min manat ödəməli olurdu. Qısa müddət ərzində bu üsulla qazanc əldə edən Sərvər Bayramov Beyləqanda ferma tikdirib, mal-qaralı təsərrüfat qurdu. Amma deyəsən, “halal qoyun” bu haram qazancı bağışlamadı — Sərvər Bayramov işini itirdi.Bir müddət sonra Rövşən Məmmədovun dəstəyi ilə AzTV-də Ranar Musayev peyda oldu. Münasibətləri əvvəl “bal və qaymaq” kimi şirin olsa da, çox keçmədən aralarında maliyyə məsələlərinə görə soyuqluq yarandı. Bu barədə mətbuatda kifayət qədər məlumat dərc olunub.İndi keçək Siyavuş Aslan demiş, “daha vajni məsələlərə”.Şnur daşıyan Xəlil Məmmədovdan danışdıq, indi isə aşpazın vəzifə tutmasından danışaq . Rövşən Məmmədovun Təsərrüfat İşləri Departamentinə Vüqar Bəşirovu təyin etməsi bəlkə də ən böyük biabırçılıq idi. Uzun illər Corat kafelərində aşpaz işləyən, əli daim duz, istiot və ət qazanlarında olan Vüqar Bəşirov, kirvəsi Rövşən Məmmədov sayəsində departament direktoru oldu. Əli duzdan istiotdan sonra pula bərk dəyən Vüqar Bəşirov həm özü qazandı, həm də Rövşən Məmmədovu qazandırdı. (Vüqar Bəşirov artıq dünyasını dəyişib.)Aşpaz təyinatından sonra Rövşən Məmmədovun daha bir yaxın qohumu – Rafael Məmmədov televiziyanın bədii rəhbərinin müavini vəzifəsinə gətirildi. O da, xalq arasında deyilən kimi, “altından vurub, üstündən çıxdı”. Siyahını davam etdirsək, mövzu uzanar, amma “xəmir çox su aparır” – suyun da bu gün bahalaşdığını nəzərə alaraq, siyahını burada qısaldırıq.Bu gün AzTV-də kimə daş atsan, ya Rövşən Məmmədovun xanımının qohumuna, ya da köməkçisi Həmidağa Əsədzadənin (Həmidin) dostuna dəyir. Beləcə, “yeni AzTV” yaratdılar. Amma ortada nə ciddi bir televiziya layihəsi, nə də sanballı bir qələm adamı var. Olan verilişlərin əksəriyyəti plagiat prodakşn məhsullarıdır.Bu günə qədər AzTV-də saysız-hesabsız təyinatlar olub və hələ də davam edir. Amma nədənsə, Rövşən Məmmədovun seçdiyi heç bir kadr onun ümidlərini doğrultmur. AzTV-də zarafatla deyirlər: “Dünən vəzifə verir, bu gün çıxarır.”Hazırda AzTV-də demək olar, bir nəfər belə peşəkar qələm adamı, peşakar televiziyonçu qalmayıb. Əksər təcrübəli əməkdaşlar uzaqlaşdırılıb. Gözdən pərdə asmaq üçün isə vaxtaşırı bir-iki qocaman diktora mükafat verib, çəkiliş apararaq sosial şəbəkədə paylaşırlar.Rövşən Məmmədov sədr kreslosuna oturandan dərhal sonra saytlar onun barəsində şikayətləri tirajlamağa başladı. İşdən çıxarılanlar, narazı qalanlar mətbuata müraciət etdilər. Rövşən Məmmədov isə ilk gündən mətbuata səhv açıqlamalar verməyə başladı.Onun ilk bəyanatlarından biri belə idi: guya Arif Alışanovdan sonra maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatları aparılıb, efir proqramlarında yeniliklər edilib. O, əlavə etmişdi ki, studiyalar yenidən qurulur, yaradıcı insanlara şərait yaradılır, canlı verilişlərin və tok-şouların sayı artırılır.Amma AzTV-də bu gün çalışanlar da, vaxtilə orada işləmişlər də yaxşı bilirlər ki, montaj kompüterləri bərbad vəziyyətdədir, çəkiliş üçün kamera çatışmır, texniki problemlər çoxdur. Maliyyə məsələlərində isə problemlər saymaqla bitmir. Bu gün AzTV-də yaxşı maaş alanlar yalnız Rövşən Məmmədovun özü, onun xanımının qohumları və dostları, köməkçisi Həmid Əsədzadə və onun yaxın çevrəsidir. Televiziyanın baş prodüseri Nazilə Babayeva isə hələ də vəzifəsində qalır, çünki o, sədrin “qara kassası” sayılır.Həmidağanın həyat yoldaşı Aysel xanım maliyyə şöbəsinin müdiridir. Vaxtilə Xəbərlər Departamentinin rəhbəri olmuş Mehriban Məmmədova, Faiq Hüsiyev və digər əməkdaşlar işdən azad edilib.100 illik ənənəsi olan Azərbaycan radiosu isə Rafiq Həşimovun rəhbərliyi ilə sanki yerlə yeksan olub. Radioda yel vurub yengələr oynayır. O, vaxtilə uğurlu diktor ola bilmədiyi üçün indi 24 saat öz səsini efirdə eşitdirir. Radioda mənəvi və milli dəyərləri təbliğ edən verilişlər bağlanıb, qələm sahiblərinə “qapı” göstərilib.Rövşən Məmmədov AzTV-də elə bir sistem yaradıb ki, ona yaxın olmayanlar növbəti aya borcla yaşayan adamlardır. Kimdə şübhə varsa, AzTV-nin qapısında işdən çıxanlara yaxınlaşıb, bircə sual versin. Nə qədər maaş alırsınız? Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də çıxışlarında Rövşən Məmmədovun Ramiz Mehdiyevə xidmət etdiyini açıq şəkildə bildirib.Rövşən Məmmədov isə özünü daha çox Əli Həsənova borclu sayır. Məhz Əli Həsənov onu Ramiz Mehdiyev vasitəsilə bu vəzifəyə gətirib. Rövşən Məmmədovun təyin olunduğu gün Əli Həsənov onu şəxsi avtomobili ilə AzTV-yə gətirərək kollektivə təqdim etmişdi.Mənbələrin bildirdiyinə görə, Rövşən Məmmədov, Əli Həsənov və onun həyat yoldaşı Sona Vəliyeva ilə mütəmadi görüşür, hesabatlar verirdi.AzTV efirində buraxılan ciddi səhvlər — İranın sabiq prezidenti Əhmədinejadın öldürülməsi barədə yalan məlumat, Krımın Rusiya ərazisi kimi təqdim edilməsi, “Pakistan Azərbaycana kömək etdi” kimi ifadələr — Rövşən Məmmədovun peşəkarlıq səviyyəsini açıq göstərir.Məhz bu səbəbdən Hafiz Hacıyev də onu “Ramiz Mehdiyevçi” adlandırır. Əli Həsənova bağlılığına dair faktlar isə kifayət qədərdir və növbəti yazılarda bu barədə ətraflı bəhs ediləcək.
Pərvin Abışova /AzTimes.az/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Görüşlər və "danışıqlar" - Sülh olacaqmı?
Bu gün, 17:38
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - SİYAHI
Bu gün, 17:36
Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır
Bu gün, 17:32
İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… - "Belə görünür ki..."
Bu gün, 17:24
Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb - DETALLAR
Bu gün, 17:22
“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” – Novella Cəfəroğludan ŞOK AÇIQLAMA
Bu gün, 17:19
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - ARAŞDIRMA
Bu gün, 16:44
SOCAR-da dəyişiklik gözlənilir – Fərhan Əliyev vitse-prezident olacaq?..
Bu gün, 16:37
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
Bu gün, 16:29
"Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" - Keçmiş Baş nazirdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 16:23
Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? – Danışıqların qaranlıq üzü
Bu gün, 16:18
Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! - DETALLAR
Bu gün, 16:16
Bu klinikalarda plastik əməliyyat təhlükəlidir - FOTOLAR/SİYAHI
Bu gün, 16:05
Mənə “hər şey yaxşı olacaq” deməyin - Simonyan
Bu gün, 15:58
Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 15:56
Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:46
Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”
Bu gün, 15:40
“Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” – VİDEO
Bu gün, 15:38
Bu şirkət yenidən nazirliyin 10 milyonluq - TENDERİNİ UDDU
Bu gün, 15:36
Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin - Erkən nikahla mübarizədə yeni yol
Bu gün, 15:32
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - belə deyirlər...
Bu gün, 15:24
Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... - BU TARİXDİR, AXI...
Bu gün, 15:21
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
Bu gün, 15:11
Ramiz Mehdiyevə “tost deyən” kim idi? - VİDEO
Bu gün, 15:08
ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək
Bu gün, 15:02
Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM - Öz işinizlə məşğul olun!
Bu gün, 14:55
Mənzil bazarında canlanma, yoxsa borclanma... ARTIR?
Bu gün, 14:36
Nizami Rəmzinin qızı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:32
5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? - İLGİNC FAKTLAR
Bu gün, 14:26
Jurnalist departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 14:24
Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama - VİDEO
Bu gün, 14:20
Budapeşt sammitinə hazırlıq hələ başlamayıb - Peskov
Bu gün, 14:10
Müəllimi döydüyü deyilən direktor nə danışdı… - Sən demə...
Bu gün, 14:01
AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib - YENƏ ŞÜBHƏ...
Bu gün, 13:56
Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? - Rektordan AÇIQLAMA
Bu gün, 13:48
Sabirabadda azyaşlı qızını 35 yaşlı kişiyə ərə verən ANA: “Vermişəm, əcəb eləmişəm” - FOTO
Bu gün, 13:43
Xocavənddə mina partladı: xəsarət alan var - TƏFƏRRÜAT
Bu gün, 13:31
“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” - ETİRAZ
Bu gün, 13:08
Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? - AÇIQLAMA
Bu gün, 13:06
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar - FOTO
Bu gün, 13:04
Əczaçılıq bitkilərini Fransaya 2,8 manata satıb, 196 manata dərman alırıq - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib - Azər Maqsudov
Bu gün, 12:51
Paşinyana görə gündəm oldu - Ermənistana getməkdən imtina etdi
Bu gün, 12:44
CNN-dən saxtakarlıq: - Ermənilərin adına çıxdılar
Bu gün, 12:42
Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm... - Mehdiyevin mühafizəçisindən AÇIQLAMA
Bu gün, 12:38
Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
ARDNF-in Strateji kommunikasiya şöbəsinin müdiri "PAŞA Holdinq"ə təyinat alıb - Bundan sonra...
Bu gün, 12:32
Xalq artıq ona "kərpic Həsən" yox, "türkçü Həsən" deyirdi... - Misir Mərdanov
Bu gün, 12:08
Bakıda işdən çıxan 39 yaşlı kişi xalası oğlunu öldürdü - TƏFƏRRÜAT
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru