Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı: Həbs edildi .....                     Bu MKTB-lərin 16,1 milyon manat borcu var .....                     Qubada tonlarla alma bağlarda ÇÜRÜYÜR .....                     Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş .....                     İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... .....                     Görüşlər və "danışıqlar" .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır .....                     İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… .....                     Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb .....                     “Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” .....                     Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər .....                     SOCAR-da dəyişiklik gözlənilir .....                     Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb .....                     "Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" .....                     Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? .....                     Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! .....                     Bu klinikalarda plastik əməliyyat təhlükəlidir .....                     Mənə “hər şey yaxşı olacaq” deməyin .....                     Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib .....                     Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib .....                     Ramiz Mehdiyev nə qədər pensiya alır? .....                     “Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” .....                     Bu şirkət yenidən nazirliyin 10 milyonluq .....                     Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin .....                     Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb .....                     Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... .....                     Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub .....                     Ramiz Mehdiyevə “tost deyən” kim idi? .....                     ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək .....                     Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM .....                     Mənzil bazarında canlanma, yoxsa borclanma... .....                     Nizami Rəmzinin qızı həbs edildi .....                     5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? .....                     Jurnalist departament rəhbəri təyin edildi .....                     Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama .....                     Budapeşt sammitinə hazırlıq hələ başlamayıb .....                     Müəllimi döydüyü deyilən direktor nə danışdı… .....                     AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib .....                     Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? .....                 

Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin - Erkən nikahla mübarizədə yeni yol
Tarix: Bu gün, 15:32 | Çap et

Erkən nikah hələ də cəmiyyətdə ciddi problem olaraq qalır.

Qanunvericilik bu halların qarşısını almaq üçün müəyyən qaydalar müəyyən edib, lakin buna baxmayaraq, demək olar ki, hər gün ölkənin müxtəlif bölgələrindən gənc qızların hələ yetkin yaşa çatmamış evləndirilyi xəbərləri yayılır.

Qanuna görə, 16 yaşına çatmayan şəxslərlə hər hansı könüllü cinsi münasibət cinayət hesab olunur, nikah yaşı isə əsasən 18 olaraq müəyyən edilib. Lakin bəziləri qanunun 16 yaş limitini belə başa düşür ki, bu yaşdan sonra cinsi münasibət mümkündür və nəticədə erkən nikahlar “qanuni boşluq” kimi qəbul oluna bilər.

Mövcud qanunvericilik erkən nikahların qarşısını almaqda nə dərəcədə təsirlidir?

Bu sahədə hansı boşluqlar mövcuddur?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, son illər Azərbaycanda erkən nikahların qarşısını almaq üçün hüquqi baza xeyli sərtləşib:

“Nikah yaşı qanunla 18 olaraq müəyyən edilib və əvvəllər mövcud olan “bir il azaldılma” istisnası artıq tamamilə ləğv olunub. Bununla yanaşı, 16 yaşına çatmayan şəxslə hər hansı cinsi münasibət – istər könüllü, istər razılıqla olsun – Cinayət Məcəlləsinə görə cinayət əməlidir. Təəssüf ki, bu norma bəzən yanlış şərh olunur və guya 16 yaşdan sonra münasibətlərin “qanuni” olduğu düşünülür.

Mən bu yanaşmanı təhlükəli hesab edirəm. Hüquq yalnız bioloji deyil, sosial yetkinliyi nəzərə almalıdır. Həyat təcrübəsi, psixoloji hazırlıq və sosial mühitin təzyiqi olmadan uşaq heç bir halda evlilik qərarı verə bilməz.

Təcrübədə biz hələ də “dini nikah” adı ilə gizli şəkildə həyata keçirilən evliliklərin şahidi oluruq. Mənim müşahidəmə görə, erkən nikahların çoxu məhz qeyri-rəsmi və nəzarətsiz birliklər formasında baş verir. Buna görə də artıq təkcə cəza deyil, profilaktika və erkən xəbərdarlıq sistemi lazımdır”.

Onun sözlərinə görə, Azərbaycanda da təhsildə davamiyyətlə bağlı sosial müavinət mexanizmi yaradılmalıdır:

“Mən konkret təklif verirəm ki, məktəblər, sosial xidmət orqanları və hüquq-mühafizə strukturları arasında vahid məlumat bazası qurulmalıdır. Əgər bir qız uşağı təhsildən çıxırsa, dərhal sosial xidmət bu barədə xəbərdar olmalı və ailə ilə işləməlidir.

Təhsildən kənarda qalan hər bir qız potensial risk daşıyır. Təhsil uşağı nikahdan qoruyan ən güclü vasitədir. Gürcüstanda kənd qızlarına təhsil monitorinqi sistemi tətbiq edildikdən sonra erkən nikah halları yarıbayarı azalıb. Banqladeşdə “Kishori Abhijan” proqramı sayəsində məktəbdə qalan qızlara sosial ödənişlər verilir, nəticədə risk 20 faiz azalıb.

Mərakeşdə dövlət qızların məktəbə gediş-gəliş xərclərini qarşıladığı üçün erkən evliliklərdə 30% azalma müşahidə olunub. Bütün bunlar göstərir ki, ailələr cəza ilə yox, dəstək və stimullaşdırma ilə dəyişir. Azərbaycanda da mən hesab edirəm ki, təhsildə davamiyyətlə bağlı sosial müavinət mexanizmi yaradılmalıdır, yəni qız məktəbdə qalırsa, ailə də dəstək alır. Bu, həm sosial ədalət, həm də real profilaktikadır”.

O əlavə edib ki, erkən nikahların arxasında bəzən kasıblıqdan çox stereotiplər dayanır. ““Qız uzun qalarsa, ailənin adı çıxar” düşüncəsi bəzi bölgələrdə hələ də güclüdür. Mənim fikrimcə, qanun bu düşüncəni dəyişə bilməz, dəyəri ancaq maarifləndirmə dəyişə bilər. Bu gün uşaqlar təkcə ailə təzyiqinə yox, həm də onlayn manipulyasiyaya məruz qalırlar. Sosial şəbəkələrdə “gizli evlilik” kimi çağırışlar artıq real təhlükədir.

Uşaqlar bilməlidirlər ki, onlayn münasibətlər də zorakılıq forması daşıya bilər. Mən erkən nikahla bağlı cinayət işlərinin artmasını müsbət statistika kimi görmürəm. Bu, problemin azaldığı deyil, səssiz qaldığı mənasına gəlir. Dünyanın bir çox ölkəsində, məsələn, İspaniya, Kanada və Niderlandda bu hallar yalnız cəza ilə deyil, qoruma və reabilitasiya sistemi ilə idarə olunur”.

Hüquqşunas məsələnin həlli üçün bir neçə təklif irəli sürüb:

““Milli Erkən Nikahlarla Mübarizə Strategiyası qəbul edilməlidir, bu, 2025–2030 dövrünü əhatə edən, hüquq, təhsil, sosial rifah və media istiqamətlərini birləşdirən sənəd ola bilər. Ailə və Uşaq Monitorinq Sisteminə görə, təhsildən yayınan hər bir qız uşağı avtomatik sosial xidmətin qeydiyyatına düşməlidir. Rəqəmsal təhlükəsizlik proqramına əsasən məktəblərdə və valideynlər üçün rəqəmsal təzyiqin tanınması üzrə maarifləndirici tədbirlər görülməlidir.

Sosial stimullaşdırma ilə kəndlərdə qız uşaqlarının təhsildə davamiyyətinə görə ailələrə “davamiyyət mükafatı”na oxşar stimullaşdırıcı sosial dəstək edilməlidir. Mən hesab edirəm ki, uşaq hüquqları yalnız kağız üzərində qorunmamalıdır. Qız uşağının məktəbdə qalması, ailə tərəfindən qorunması, dövlət tərəfindən dəstəklənməsi onun ən fundamental insan hüququdur. Uşağın uşaqlığı onun hüququdur. Onu ondan almaq cəmiyyətin öz gələcəyini məhv etməsi deməkdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı: Həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 18:10
Bu MKTB-lərin 16,1 milyon manat borcu var - Rəhbərlərinə "stop" qoyula bilər
Bu gün, 18:08
Qubada tonlarla alma bağlarda ÇÜRÜYÜR – Fermerlər ÇƏTİN DURUMDA
Bu gün, 18:05
Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTOFAKT
Bu gün, 17:52
İrəvanda səs-küylü hadisə: Kadırovun adamları... - FOTO
Bu gün, 17:45
Görüşlər və "danışıqlar" - Sülh olacaqmı?
Bu gün, 17:38
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - SİYAHI
Bu gün, 17:36
Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi bağlanır
Bu gün, 17:32
İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin… - "Belə görünür ki..."
Bu gün, 17:24
Müdafiə Nazirliyinin rəisi onlardan rüşvət alıb - DETALLAR
Bu gün, 17:22
“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” – Novella Cəfəroğludan ŞOK AÇIQLAMA
Bu gün, 17:19
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər - ARAŞDIRMA
Bu gün, 16:44
SOCAR-da dəyişiklik gözlənilir – Fərhan Əliyev vitse-prezident olacaq?..
Bu gün, 16:37
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
Bu gün, 16:29
"Ramiz Mehdiyev özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur" - Keçmiş Baş nazirdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 16:23
Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü? – Danışıqların qaranlıq üzü
Bu gün, 16:18
Bakcell bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək! - DETALLAR
Bu gün, 16:16
Bu klinikalarda plastik əməliyyat təhlükəlidir - FOTOLAR/SİYAHI
Bu gün, 16:05
Mənə “hər şey yaxşı olacaq” deməyin - Simonyan
Bu gün, 15:58
Sinaqoqda terrora hazırlaşan şəxs məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 15:56
Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:46
Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”
Bu gün, 15:40
“Məktəbə bahalı telefonla gəlir, müəllimə hücum çəkir” – VİDEO
Bu gün, 15:38
Bu şirkət yenidən nazirliyin 10 milyonluq - TENDERİNİ UDDU
Bu gün, 15:36
Məktəbdə oxuyan qızların ailəsinə pul verilsin - Erkən nikahla mübarizədə yeni yol
Bu gün, 15:32
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - belə deyirlər...
Bu gün, 15:24
Bakı xarabalıqlarından QAZANILAN MİLYONLAR... - BU TARİXDİR, AXI...
Bu gün, 15:21
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
Bu gün, 15:11
Ramiz Mehdiyevə “tost deyən” kim idi? - VİDEO
Bu gün, 15:08
ABŞ vitse-prezidenti sabah İsrailə gedəcək
Bu gün, 15:02
Qəhrəman pilotumuzun anasından İLGİNC PAYLAŞIM - Öz işinizlə məşğul olun!
Bu gün, 14:55
Mənzil bazarında canlanma, yoxsa borclanma... ARTIR?
Bu gün, 14:36
Nizami Rəmzinin qızı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:32
5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir? - İLGİNC FAKTLAR
Bu gün, 14:26
Jurnalist departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 14:24
Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama - VİDEO
Bu gün, 14:20
Budapeşt sammitinə hazırlıq hələ başlamayıb - Peskov
Bu gün, 14:10
Müəllimi döydüyü deyilən direktor nə danışdı… - Sən demə...
Bu gün, 14:01
AZAL-dan AÇIQLAMA: AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçib - YENƏ ŞÜBHƏ...
Bu gün, 13:56
Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? - Rektordan AÇIQLAMA
Bu gün, 13:48
Sabirabadda azyaşlı qızını 35 yaşlı kişiyə ərə verən ANA: “Vermişəm, əcəb eləmişəm” - FOTO
Bu gün, 13:43
Xocavənddə mina partladı: xəsarət alan var - TƏFƏRRÜAT
Bu gün, 13:31
“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” - ETİRAZ
Bu gün, 13:08
Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? - AÇIQLAMA
Bu gün, 13:06
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar - FOTO
Bu gün, 13:04
Əczaçılıq bitkilərini Fransaya 2,8 manata satıb, 196 manata dərman alırıq - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib - Azər Maqsudov
Bu gün, 12:51
Paşinyana görə gündəm oldu - Ermənistana getməkdən imtina etdi
Bu gün, 12:44
CNN-dən saxtakarlıq: - Ermənilərin adına çıxdılar
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru