Ramiz Mehdiyev PA rəhbəri postundan getdi... elə bildim gedib... Çalışdığım sahədə - mətbuatda nəsə müsbət bir qığılcım olacağına inandım... ictimai-siyasi proseslərdə belə ümidləndim... Hətta 2005-dən sonra... təkrarən - 2020-ci ildə deputatlığa namizəd oldum... (Youtube-da çıxışlarım var o seçkidən)... Çıxışlarımda qeyd etdim ki, mən də Mingəçeviri Mehdiyev qalıqlarından təmizləyirəm...Çünki möhkəm inanmışdım...
Sonradan isə yanıldığımı gördüm... Nə mətbuat... nə də İctimai-siyasi mühit Mehdiyevsiz olmadı... yenə də köhnələr köhnə üsullarla və etiraf edim ki, hətta DAHA BETƏR formada həm iş həyatımda və həm də elə ictimai-siyasi yaşantılarda haqq və hüquqlarımı vəhşicəsinə ayaqlar altına atdılar... Ramiz Mehdiyev yenə də iş başında idi...
Bunu dərk edənə qədər vaxt keçdi... Və bu vaxt ərzində əlimdəki mətbu, siyasi resursları belə itirdim və nəticədə sosial-iqtisadi baxımdan daha da betər duruma düşdüm.
İndi yenə də Mehdiyevi hədəfə alıblar, guya hansısa proses gedir...
İndi artıq dərsimi aldığımdan seyr edirəm... MEHDİYEVİ BİTİRİRLƏR... deyirlər... Amma mehdiyevçilər hələ də hər yerdə basıb adamın gözünü çıxarır... MEDİA-sından tutmuş hər ünvanına qədər... Ramiz Mehdiyevlə hansısa əlaqələrinin olmamasından elə danışırlar ki, adam istəyir Ramiz Mehdiyevi rəsmən himayəyə götürsün... oğulluğa götürsün...
Ona görə də, bu dəfə... bu yolda başını keçəl etmiş mən bəndəniz suya getməyəcəm...
Məhəmməd ƏRSOY
"DİA-AZ"ın sahibi