Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev bir sıra ağır cinayətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub.
Gununsesi.info sabiq PA rəhbərinin vəkilinin kimliyini öyrənsə də ancaq o, müvəkkilinin ittihamlarla bağlı mövqeyinə dair suala cavabdan yayınmaqda davam edir.
Qeyd edək ki, adıçəkilən vəkilə dəfələrlə müraciət etməyimizə baxmayaraq, o, hələ də susmaqda davam edir.
Bu arada Gununsesi.info Ramiz Mehdiyevin vəkili Zaur Abıyevlə bağlı daha bir maraqlı məlumat əldə edib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Zaur Abiyevin həyat yoldaşı Kəmalə Abiyevə Ali Məhkəmənin hakimidir.
Belə ki, Kəmalə Abiyeva həm də 2020-ci ildən etibarən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədridir.
Görünür, Zaur Abiyevin öz müvəkkili barəsində susqunluğuna əsas səbəb də elə həyat yoldaşının Ali Məhkəmənin hakimi olmasıdır.