Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
Tarix: 1-05-2025, 16:31 | Çap et
 Məhərrəm Talıbov. Bu şəxsina adı Azərbaycanda çoxlarına tanışdır. Tanımayanlar isə soyadını eşitdikdə, söhbətin kimdən getdiyini yaxşı biləcək. Bəli, düz bildiniz, məşhur xanədanlığın ən “parlaq” simalarından biri, keçmiş “Naxçıvan xanı” Vasif Talıbovun həşəmətli qardaşı!
Amma Məhərrəm Talıbovun oğlu Elnur Talıbov da atasından az məşhur deyil. Eyş-işrətə meylli olan bu gənc haqqında istər mətbuatda, istər də sosial şəbəkələrdə çox yazılıb. Məsələn, onun əmisinin sevimlisi, atasının “gül balası” olduğu Naxçıvanda hər kəsə bəllidir. Görünür, bu səbəbdən də hələ uşaq yaşlarından “bir dediyi iki edilməyib”. O, öz tay-tuşları arasında dəyəri yarım milyon olan bir neçə bahalı avtomobili, istər ölkə daxilində, istər də xarici dövlətlərdə adına alınan milyonlarla dollarlıq obyektləri ilə seçilib. Hətta Məhərrəm Talıbov öz əziz-xələf oğlu üçün “əyləncəli hərbi xidmət” də təşkil etdirib. Bir neçə il əvvəl mətbuat yazırdı ki, Elnur 2022-ci ildə “hərbi xidmətdə” olduğu vaxtlar onun üçün N saylı hərbi hissədə “qüllə” deyilən binada özəl otaq hazırlanıb. O, burada müdafiə nazirinin keçmiş müavini Kərəm Mustafayevin oğlu Murad Mustafayevlə birgə “xidmət ediblər”. Onlar orda istirahət edir, istədikləri vaxt şəhərdə gəzir, istədikləri vaxt da Bakıya uçub, paytaxtda nahar edib geri qayıdırlarmış. Belə desək, kasıbların övladı səngərdə erməni ilə üz-üzə dayanıb vətən torpağını qoruduqları halda, bu məmur balaları əsgərliyi də eyş-işrətlə keçiriblər.
Mətbuat onu da yazırdı ki, Talıbovun “xanlığı” dönəmində Naxçıvan DYP-nin əməkdaşları istər Elnurun, istər də qardaşı Samirin əlindən cana doyublar. Belə ki, onlar Muxtar Respublikada yol hərəkatı qaydalarına məhəl qoymadıqları üçün tez-tez yol polisləri ictimai qınaqla üzləşirmiş. Yenə də, kimsə öz vəzifəsini itirməmək üçün, cəsarət edib bu qardaşların avtomobilini saxlamırmış. Cəmi bir, yaxud iki dəfə Elnurun maşını cərimə meydançasına aparılıb ki, bu zaman da həddən artıq içkili olub. Həmin vaxt da polis əmədaşları “yuxarılara” məruzə ediblər ki, guya, onun qəza törətmək ehtimalı yüksək olduğundan, avtomobili saxlamaq məcburiyyətində qalıblar. Hətta, deyilənə görə, həmin avtomobil aylarla cərimə meydançasında unudulub və günlərin bir günü Elnur öz bahalı “oyuncaq”larından birinin əksik olduğunu biləndə, ona cərimə meydançasında olduğunu deyiblər. O da tez yol polisinə zəng vurub ki, maşını yuduzdurub, gətirib qarajında saxlasınlar...
Məlumata görə, Elnur maşınlarını ildə bir dəfə yeniləməyi sevir. Məsələn, onun dəyəri təxminən yarım milyon dollar olan avtomobili cəmi 1 il sürdükdən sonra qiymətinin 1/3-nə, 160 min dollar satışa çıxardığı ilə bağlı sosial şəbəkələrdə görüntülər fakt var.
Şübhəsiz, Elnurun kiçik qardaşı Samir də “ərköyünlükdə” qardaşından geri qalmayıb. O da eyş-işrətə meylli gənc olub. Deyilənə görə, Samir ad gününü hər il bir ölkədə keçirməyə adət edibmiş. O, tez-tez qardaşı ilə Dubaya istirahətə getməyi də sevirmiş. Hansı ki, qardaşların burada bahalı obyektləri, villaları, hətta milyonluq yaxtlarının olduğu haqda informasiyalar var. Üstəlik, onların sosial şəbəkələrdə bu şəhərdən paylaşdığı görüntülər də deyilənləri təsdiq edir. Mənbənin sözlərinə görə, ailənin Dubaydakı mülklərinə Samir nəzarət edir. O, ən azı ayda bir dəfə bu şəhərə gedib-gəlir.
Bütün bunlardan başqa, Samir Talıbovun adı dəfələrlə başqalarına məxsus əmlakları mənimsəmədə də hallanıb. Hətta bunun üçün onu və atası Məhərrəm Talıbovu məhkəməyə də veriliblər. Maraqlıdır ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da olub...
Mənbə deyir ki, Talıbov qardaşları ölkədə olduqları vaxt günlərini Bakının mərkəzində - Nərimanov rayonu, Ə.Rəcəbli-2 küçəsi 23-də yerləşən 4 mərtəbəli binanın üst qatında, özləri üçün ayırdıqları ofisdə keçirirlər. İddia olunur ki, onlar tez-tez burda kef məclisləri təşkil edirlər. Bu binanın təkcə 2 mərtəbəsindən hər ay 50 min manata yaxın icarə haqqı alınır. Birinci mərtəbəsində restoran və “Karvan PUB” yerləşir. Yuxarı mərtəbələr isə ofis kimi icarəyə verilib.
Bütün bunlardan göründüyü kimi, Naxçıvanda “Talıbov xanlığı” süquta uğradılsa da, xanədanlığın hər bir üzvü hələ də öz sərvətlərinə sərvət qatmaqdadırlar...
Hurriyyet.az









|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Zelenski Putinlə görüşə hazır olduğunu bildirib, Trampın Ukraynaya verdiyi zəmanətləri açıqlayıb" - Ukrayna KİV-ləri
Bu gün, 18:27 |
|
|
|
| • Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 9.4 milyon ayrıldı
Bu gün, 18:25 |
|
|
|
| • Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər - KİV
Bu gün, 18:13 |
|
|
|
| • Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. - AKTUAL
Bu gün, 18:09 |
|
|
|
| • Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
Bu gün, 18:05 |
|
|
|
| • Fatih Altaylı azadlığa buraxılıb - NTV
Bu gün, 18:00 |
|
|
|
| • 2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir - ŞƏRH
Bu gün, 17:59 |
|
|
|
| • Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək – 1 MİLYONLUQ TENDERLƏR
Bu gün, 17:57 |
|
|
|
| • Qəzetlərlə bağlı qərar verildi - Gələn ildən fəaliyyətləri belə olacaq
Bu gün, 17:53 |
|
|
|
| • Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • “Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? – ŞOK AÇIQLAMA
Bu gün, 17:45 |
|
|
|
| • TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:42 |
|
|
|
| • Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 17:18 |
|
|
|
| • Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... - BU DƏFƏ BUNA GÖRƏ...
Bu gün, 17:12 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi
Bu gün, 17:08 |
|
|
|
| • Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal (VİDEO)
Bu gün, 17:03 |
|
|
|
| • Karapetyandan Paşinyanla bağlı ŞOK - KİV
Bu gün, 17:01 |
|
|
|
| • Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Bu gün, 16:59 |
|
|
|
| • Milli Qəhrəman Şahin Tağıyev vəfat edib - FOTO
Bu gün, 16:55 |
|
|
|
| • Rusiya “Qarabağ klanı”nı yenidən format edir - GƏLİŞMƏ
Bu gün, 16:49 |
|
|
|
| • ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib - HƏR HALDA...
Bu gün, 16:46 |
|
|
|
| • "Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
| • Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ - "Elə bir güclü nöqsan deyil"
Bu gün, 16:40 |
|
|
|
| • Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı - SİYAHI
Bu gün, 16:38 |
|
|
|
| • İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:35 |
|
|
|
| • İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır - AXI NİYƏ?
Bu gün, 16:29 |
|
|
|
| • Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi
Bu gün, 16:28 |
|
|
|
| • Sahil Babayev ona yüksək vəzifə verdi - ƏMR
Bu gün, 16:24 |
|
|
|
| • Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir - Zelenski
Bu gün, 16:22 |
|
|
|
| • “Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Bu gün, 16:17 |
|
|
|
| • "Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." - Nura Suri
Bu gün, 16:14 |
|
|
|
| • İki şirkət birləşərək Baş Qərvənd kəndində 235,4 milyon manatlıq tikinti işləri görəcək
Bu gün, 16:08 |
|
|
|
| • Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Bu gün, 16:05 |
|
|
|
| • Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - Fotolar
Bu gün, 16:01 |
|
|
|
| • Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə - KEVİN ROBERTSİNƏ QARŞI DƏLƏDUZLUQ İDDİASI
Bu gün, 15:55 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK
Bu gün, 15:54 |
|
|
|
| • Mehdiyevin sadiq kadrı yola salınır - İDDİA
Bu gün, 15:52 |
|
|
|
| • Şəkidə mənzil fondu təmir ediləcək - 300 minlik tender qazanan "Elşən" MMC kimindir?
Bu gün, 15:46 |
|
|
|
| • Ərəstun Oruclunun məhkəməsi başlayır
Bu gün, 15:43 |
|
|
|
| • Emin Əmrullayevə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 15:34 |
|
|
|
| • “Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Bu gün, 15:22 |
|
|
|
| • Azərbaycan alıcısı erməni malını alacaq? - AKTUAL
Bu gün, 15:18 |
|
|
|
| • Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər - AMMA...
Bu gün, 15:16 |
|
|
|
| • Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub - TƏFƏRRÜAT
Bu gün, 15:10 |
|
|
|
| • ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Səfir
Bu gün, 15:07 |
|
|
|
| • Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdən açıqlama
Bu gün, 15:02 |
|
|
|
| • Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı
Bu gün, 14:58 |
|
|
|
| • Qarabağ ermənilərinin başı dərddədir - Ermənistandan qovulurlar
Bu gün, 14:55 |
|
|
|
| • XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib
Bu gün, 14:53 |
|
|
|
|