Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Tanınmış aparıcı "Space TV"dən getdi .....                     Ağcabədidə 9 aylıq körpənin ölümü ilə bağlı SİRLƏR AÇILDI .....                     “70 yaşlı kişiyə ərə getsəm gərək halvasını yeyib, sonra onu basdırım” .....                     “Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür .....                     İlhamə Quliyevanın oğlu müəmmalı şəkildə yoxa çıxıb .....                     Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı .....                     Separatçıların yeni köhnə nağılları: Yenə Qarabağa “qayıdırlar” .....                     Ötən il azərbaycanlılar Türkiyədə 113, .....                     “Yeni Klinika” “Bakcell”ə olan borcunu ödəməyib .....                     “Azərbaycan Zəngəzura girəcək...” .....                     İRİA 3 şirkətlə 2 milyonluq müqavilə bağlayıb .....                     “Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb? .....                     Saxta hesabla sosial şəbəkədə təhqir yazanları hansı cəza gözləyir? .....                     Azərbaycan-Türkiyə-Ermənistan ALYANSI yarana bilər .....                     Gəlinini doğrayıb zibil qutusuna atan qayınata daha əvvəl .....                     Paşinyan II Qaregini devirmək üçün koordinasiya şurası yaradıb .....                     "Beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir..." .....                     Finlandiya polisi azərbaycanlı gəmiçinin həbsini tələb edir .....                     Məhkəmə vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı qərar çıxardı .....                     Binəqədi icra başçısından “bayram fürsəti”… .....                     Xaçmazda 2 il əvvəl itkin düşmüş şəxsin öldürülməsi müəyyən olundu .....                     “Bakı Elektroavtomat”ın vergi borcu .....                     Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası" .....                     “Ziraat Bank Azərbaycan”da yeni təyinat olub .....                     “Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək .....                     Bakı Fond Birjasında sədrə müşavir təyin olunub .....                     Azərbaycanda müştərək sığorta şirkət ləğv olunur .....                     Bu il manatın kursu ciddi şəkildə AŞAĞI DÜŞƏCƏK .....                     Xamenei Rusiyaya qaçmağı planlaşdırır .....                     "Pulumuzu almısan, qazımızı ver... qazı vermirsənsə, o zaman pulumuzu ver" .....                     Cəbrayılovun rəhbərliyi altında XAOS DAVAM EDİR... .....                     Tokayev prezidentlərin bu sirrini açdı... .....                     Azərbaycanda bu siqaretlər bahalaşdı .....                     Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı .....                     "İndi pulu heç cür ala bilmir..." .....                     Rus ordusunun yeni taktikası: .....                     İran dəyişir: Təbriz niyə OYAQ DEYİL?.. .....                     Nazir dostu olmağın qanundan üstünlüyü... .....                     Daha bir saxta həkim insanların səhhəti ilə oynayır... .....                 

Alimlər `ƏLƏKDƏN KEÇİRİLİR`: İllər öncə elmi ad alanları nə gözləyir? - "Bizim dərdimizi Emin Əmrullayev anlamaz"
Tarix: 2-12-2024, 10:39 | Çap et
Alimlər `ƏLƏKDƏN KEÇİRİLİR`: İllər öncə elmi ad alanları nə gözləyir?
Bu günlərdə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev elmi işlərin maliyyələşdirilməsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
"Hər oxuyan Molla Pənah olmaz"
"Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik", deyə nazir çıxışında bildirib.
Emin Əmrullayev deyib ki, ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir.
"Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz elmi nəticəsi olan 100-ə qədər alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək", deyə nazir vurğulayıb.
Bəs görəsən, elmi ad alan alimləri gələcəkdə nə gözləyir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin elmi katibi, Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri Sputnik Azərbaycan-a elmin maliyyələşməsində tətbiq edilən yeni yanaşmanı şərh edib.
S.Xavəri deyib ki, hazırda tətbiq edilən elmi fəaliyyət sahəsində maliyyələşmə iki səviyyəyə bölünür. Bunlardan biri baza, digəri isə ünvanlı maliyyələşmə sistemidir. S. Xavərinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu maliyyələşmə metodlarının hər ikisi tətbiq edilir. Onun sözlərinə görə, ünvanlı maliyyələşmə qrant layihələr əsasında aparılır.
"Sovet təhsil sistemində elmdə əsasən baza maliyyələşmə mexanizmi olub. Amma dünyada həm baza, həm də ünvanlı maliyyələşmə mexanizmi tətbiq edilir. Hazırda elmdə baza maliyyələşməsindən ünvanlı maliyyələşməyə keçidə başlanılıb. Düşünürəm ki, ünvanlı maliyyələşmə mexanizmi doğru yanaşmadır", - deyə müsahibimiz bildirib.

AMEA səlahiyyətlisi bununla belə bildirib ki, amma elmdə tamamilə baza maliyyələşməsindən imtina etmək də olmaz. Çünki baza maliyyə elmin inkişafı üçün mühüm rol oynayan elmi mühitin mövcudluğunu, yəni elmi konteksti qoruyub saxlayır. Ünvanlı maliyyələşmə isə bu mühitdə yeni elmi ideyaların yaramnmasına təkan verir: "Biz elmdə baza maliyyələşmə mexanizmini saxlamaqla ünvanlı maliyyələşməni inkişaf etdirməliyik. Bu halda elmdə baza və ünvanlı maliyyələşmə stimullaşmaya səbəb ola bilər".
"Əlavələrin kəsilməsi radikal addım olar"
O ki, qaldı elmi dərəcələrə görə alimlərə əlavələrin verilməməsinə, AMEA-nın Elm və təhsil şöbəsinin müdiri bunu düzgün hesab etmir. Onun qənaətinə görə, elmi dərəcələrə görə əlavələr hazırda qüvvədə olan elm və təhsil sahəsindəki fəaliyyəti tənzimləyən normativ hüqqi bazaya əsaslanır.
"Elmi dərəcələrə görə alimlərə əlavələrin verilməsinin ləğvi, radikal addım olardı. Daha doğru yanaşma odur ki, elmi dərəcələşmə ilə real elmi fəaliyyət və elmi nəticəliliyin bir-birinə düz mütənasibliyi təmin edilsin. Bu istiqamətdə isə elm və təhsil sahəsində dövlət siyasətinə məsul qurumlar- Elm və Təhsil Nazirliyi, AMEA və Ali Attestasiya Komissiyası qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilməkdədir", deyə Sərxan Xavəri əlavə edib.
Elmdə differensial yanaşma olmalıdırmı?
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, elmi ad alan şəxslər elmi tədqiqat və ali təhsil müəssisəsində çalışdıqda ona elmi dərəcələrə görə əlavələr verilir. Onun sözlərinə görə, əgər fəaliyyəti sırf elmi tədqiqatla bağlı deyilsə, bu zaman həmin şəxs elmi dərəcəyə görə ödənilən vəsaiti almır. İ. Orucov deyir ki, əmək haqqına münasibətdə differensial yanaşmaya gəlincə, elmi tədqiqatla məşğul olanlara münasibətdə differensial yanaşma yoxdur: " Dünyada elm humanitar və elmlərə ayrılır. Xaricdə elm dedikdə daha çox həyat və texniki elmlər nəzərdə tutulur. Bəzi ölkələrdə humanitar və fundamental elmlər sahəsində çalışanların əmək haqqı fərqli olur. Fundamental elmlər sahəsində çalışanların əmək haqqı daha yüksək olur".

Müsahibimiz bildirir ki, elmdə differensial yanaşma olmalıdır, amma bunun bir yolu tapılmalıdır. İ. Orucov qeyd edib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlayıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
"Bu yaxşıdır, amma mən bunu da ideal hesab etmirəm. Bu fəaliyyətinə görə insan əməyinin qiymətləndirilməsidir. Ona görə ideal deyil ki, Azərbaycan mühitində xaricdə indeksli jurnallarda məqalələrin çapı ilə bağlı da xeyli sui-istifadə halları var. Mən adam tanıyıram ki, yüksək indeksli jurnallarda ayda iki məqaləsi çıxır, amma onların heç birindən xəbəri yoxdur. Xarici müəlliflərlə, elmi tədqiqatçılarla münasibətləri olduğundan, o məqalələrə öz adlarını da yazdırırlar. Həmin məqalələrə nəzər salsaq görərik ki, o tədqiqatları aparmaq üçün Azərbaycanda nə avadanlıq, nədəki laborator şərait yoxdur. Belə hallar kifayət qədərdir. Reytinqli nəşrlərdə çap olunmaq üçün bəzi adamlar sui-istifadə hallara yol verir. Xüsusilə qrup halında tədqiqatlara azərbaycanlı alimləri də daxil edirlər ki, həmin tədqiqatlarda azərbaycanlı alimlərin rolunu müəyyənləşdirmək çətindir. Bununla mübarizə aparmaq da çətindir. Qiymətləndirənlər bunu müəyyən edə bilmirlər ki, o araşdırmada azərbaycanlı müəllifin nə qədər rolu var. Bu artıq elmi etika məsələsidir ki, bizdə bununla bağlı problemlər mövcuddur", - deyə İlqar Orucov bildirib.
Bununla belə İ.Orucov deyir ki, əmək haqqına yanaşmada diferensiallaşma mütləq olmalıdır. O, hesab edir ki, indiki halda nazirliyin yanaşması doğrudur, amma bunu təkmilləşdirməyə ehtiyac var.
"Bizim dərdimizi Emin Əmrullayev anlamaz"
Dosent Zaur Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin elmə, alimlərə yönəlik fikirləri ilə razı deyil.
"Cənab nazir qeyd edir ki, elmi dərəcələrə görə pul artırmağın mənası yoxdur. Bəs yaxşı bu lazım deyilsə, onda niyə universitetlərdə elmi dərəcəsi olmayanların müəllim işləməsinə icazə verilmir? Yaxud alimlərdən məcburi xarici reytinqli jurnallarda məqaləsinin çıxması tələb olunur? Yaxud elmi iş müdafiə edəndən sonra Ali Attestasiya Komissiyası ağır şərtlər irəli sürür ki, bunların hamısı xərc tələb edir. Alimə elmi dərəcəsinə görə əlavə verilmirsə, alim bu xərcləri necə qarşılasın? Emin Əmrullayev deyir ki, alimə ödəniş olmaz, əlavə olmaz, yüksək maaş olmaz. Onda birdəfəlik deyin ki, ölkəyə elm və alim də lazım deyil. Alimin elmi dərəcə almasının necə ağır şərtlərlə başa gəldiyini elm və təhsil naziri anlamaz. Çünki, o özü alim deyil, elmi iş yazmayıb və elmdən xəbəri yoxdur! Elmin və alimin dərdini alim anlaya bilər, menecer nazir yox!", deyə dosent bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Tanınmış aparıcı "Space TV"dən getdi - FOTO
Bu gün, 12:16
Ağcabədidə 9 aylıq körpənin ölümü ilə bağlı SİRLƏR AÇILDI – “Oksigen balonu problemi uzun müddətdir var”
Bu gün, 12:14
“70 yaşlı kişiyə ərə getsəm gərək halvasını yeyib, sonra onu basdırım”
Bu gün, 12:12
“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür - ÖZBAŞINA QALIBLAR
Bu gün, 12:05
İlhamə Quliyevanın oğlu müəmmalı şəkildə yoxa çıxıb - “Orxanı Moskvada itiriblər”
Bu gün, 12:01
Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı
Bu gün, 11:56
Separatçıların yeni köhnə nağılları: Yenə Qarabağa “qayıdırlar” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:54
Ötən il azərbaycanlılar Türkiyədə 113, ermənilər isə 1 şirkət təsis ediblər
Bu gün, 11:49
“Yeni Klinika” “Bakcell”ə olan borcunu ödəməyib
Bu gün, 11:48
“Azərbaycan Zəngəzura girəcək...” – İran olayları İrəvanda PANİKA yaratdı
Bu gün, 11:45
İRİA 3 şirkətlə 2 milyonluq müqavilə bağlayıb
Bu gün, 11:43
“Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb? - TƏFƏRRÜAT
Bu gün, 11:38
Saxta hesabla sosial şəbəkədə təhqir yazanları hansı cəza gözləyir? - CAVAB
Bu gün, 11:31
Azərbaycan-Türkiyə-Ermənistan ALYANSI yarana bilər – SENSASİON iddia
Bu gün, 11:28
Gəlinini doğrayıb zibil qutusuna atan qayınata daha əvvəl 2 dəfə şikayətini geri götürbmüş
Bu gün, 11:23
Paşinyan II Qaregini devirmək üçün koordinasiya şurası yaradıb - KİV
Bu gün, 11:18
"Beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir..." - NARAZILIQ VAR...
Bu gün, 11:14
Finlandiya polisi azərbaycanlı gəmiçinin həbsini tələb edir - TƏFƏRRÜAT
Bu gün, 11:05
Məhkəmə vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı qərar çıxardı
Bu gün, 10:56
Binəqədi icra başçısından “bayram fürsəti”… - VİDEO
Bu gün, 10:51
Xaçmazda 2 il əvvəl itkin düşmüş şəxsin öldürülməsi müəyyən olundu - İki qurumdan birgə açıqlama
Bu gün, 10:36
“Bakı Elektroavtomat”ın vergi borcu - 441 MİN MANATI ÖTÜB
Bu gün, 10:35
Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası" - AÇMASINI KİM TAPAR?
Bu gün, 10:34
“Ziraat Bank Azərbaycan”da yeni təyinat olub - ƏMR
Bu gün, 10:30
“Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək - TOPLANTI VAR...
Bu gün, 10:29
Bakı Fond Birjasında sədrə müşavir təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:27
Azərbaycanda müştərək sığorta şirkət ləğv olunur - YIĞINCAQ
Bu gün, 10:25
Bu il manatın kursu ciddi şəkildə AŞAĞI DÜŞƏCƏK - QAÇILMAZDIR...
Bu gün, 10:21
Xamenei Rusiyaya qaçmağı planlaşdırır - The Times
Bu gün, 10:18
"Pulumuzu almısan, qazımızı ver... qazı vermirsənsə, o zaman pulumuzu ver" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
Cəbrayılovun rəhbərliyi altında XAOS DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:10
Tokayev prezidentlərin bu sirrini açdı... - "İlham Əliyev fiziki cəhətdən..."
Bu gün, 10:07
Azərbaycanda bu siqaretlər bahalaşdı - SİYAHI
Bu gün, 10:04
Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı
Bu gün, 10:02
"İndi pulu heç cür ala bilmir..." - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:00
Rus ordusunun yeni taktikası: - Ukrayna çıxılmaz durumda...
Bu gün, 08:38
İran dəyişir: Təbriz niyə OYAQ DEYİL?.. - AKTUAL
Bu gün, 08:35
Nazir dostu olmağın qanundan üstünlüyü... - MALƏSƏF...
Bu gün, 08:31
Daha bir saxta həkim insanların səhhəti ilə oynayır... - BU NƏDİ BELƏ?
Bu gün, 08:10
Kreditlərlə bağlı təhlükəli vəziyyət yarandı – Ekspertdən həyəcan təbili
Bu gün, 07:57
Venesuela hakimiyyəti Maduronun azad olunması üçün xüsusi komissiya yaradıb
Bu gün, 07:55
“Rus Evi”, saxlanılan rusiyalılar və köhnə yanaşma: Moskva yenə güc dili ilə danışır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Şəbnəm Tovuzlunun kənddəki bu hərəkəti mübahisə yaratdı - "Dilənçi kimi..."
Bu gün, 07:48
Paşinyan Erməni kilsəsinə qarşı hərəkətə başladı - Ermənistan KİV
Bu gün, 07:44
"10 ildir ki, bu məhkəmə qərarı icra edilmir..." - GİLEY
Bu gün, 07:30
Qaynayan dünyada qorunan maraqlar... - nə qədər çətin olsa da...
Bu gün, 07:26
İki diplomlu rektorla bağlı ŞOK FAKT - elmi dərəcəsi yox imiş...
Bu gün, 07:16
Eşqi Bağırovun ildırımsürətli yüksəlişi - Təhsil idarəçiliyi olmayan şəxsin karyerasındakı CAVABSIZ SUALLAR
Bu gün, 07:12
İcra xidməti işinin öhdəsindən gəlmirsə... - AXI NİYƏ?..
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru