İqtisadiyyat.az bu barədə agentlikdən məlumat əldə edib.
Məlumata görə, bunlar “B2B Group”, “Smartit” və “B and B Security Alliance Limited” şirkətləridir.
Belə ki, müqavilələrdə PA-460 firewall avadanlıqları üçün lisenziyanın və dəstək xidmətinin satın alınması, SOC (Security Operations Center) infrastrukturunun qurulması və idarəetmə platformasının yaradılması üçün kompleks proqram təminatının 2 il müddətinə satın alınması və Phishpro LMS platforması üçün lisenziyaların satın alınması nəzərdə tutulub.
Müqavilələrin ümumilikdə maliyyə dəyəri 2,1 milyon manat olaraq müəyyənləşib.









