Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Tarix: 1-10-2024, 11:21 | Çap et
 Azərbaycan təhsili nazir Emin Əmirullayevə oxşayır. Söhbət onun qaşına-gözünə, üzünə bənzəməkdən getmir. Elm və təhsil naziri necə fəaliyyət göstərirsə, ölkənin elmi də, təhsili də o gündədir. "Elə deyil" deməyin, fakt belədir: nazir Əmirullayev sistemi dəyişə bilmədi. Bünövrəsi necə qoyulubsa, indiyədək fond pulu da yığılır, direktorlar alverini də davam etdirir, təhsilin keyfiyyəti də SIFIR. Artıq orta məktəbdə oxumaqla ali məktəbə qəbul olmaq mümkün deyil. Amma məktəbə getmmiş repetitor hesabına tələbə adını qazanmaq mümkündür. Deməli, məktəblərdə təhsil yoxdur, ölüb, fatihəsi də verilib. Ona görə ki Emin Əmirullayev nazir kimi heç nəyi dəyişmədi. Əvvəlki ənənələr saxlandı. Nazirlik barmağını büküb bir nümunə göstərsin ki, keçmiş nazirlərlə müqayisədə indi bu problem qalmayıb, ya da müsbət nəticə var. Qulağa xoşagələn hansısa rəsmi statistika açıqlaya bilərlər, amma ayağını məktəbin qapısından içəri qoyanda, valideyn komitəsi - müəllim - direktor bazarlığını görəndə, həmin rəsmi statistika sabun köpüyünə çevrilir. Yəni 2025-ci ilə yaxınlaşırıq, XXI əsrin 1/4 hissəsi geridə qalacaq, dünya sürətlidir, müasir trendlər, texnologiyalar bir-birini əvəzləyir, bizdə isə hələ Əmirullayevin əmrlərinə tabe olan təhsil müəssisələri pul yığırlar. Qarşıdan 5 oktyabr - Müəllimlər Günü gəlir, nazirlik deyə bilməz ki, xəbərimiz yoxdur, bütün təhsil ocaqlarında pul yığırlar. Hələ 10 manatdan fond pulunu demirik. Hər sinifdə 30 uşaq olsa, 300 manat edir. Bu 300 manatla hansı işlər görülür, bəlli deyil. Ümumiyyətlə, fond nə mənə şeydi? Anlamı nədir? Hər sinifdən azı 300 manat yığılsa, görün məktəbdə neçə min vəsait əldə olunur. Hər halda, direktorların öz payı, təhsil şöbələrinin ayrı "səhm"ləri var. Yəni təfəkkür arxaikdir - absurd "fond pulu" ifadəsi hələ də yaşayır. Bu da azmış kimi, tədris ili başlayarkən ən çox rast gəlinən problemlərdən biri müəllimlərin dərs saatlarının düzgün paylanılmamasıdır. Belə ki, DQ balına əsasən verilməli olan saatlar heç də qanunauyğun şəkildə paylanılmır. İkincisi, qanunda 18 saat müəllimi təmin etmək varkən, əvvəlki dəyişilmiş qanunla 12 saat verir, qalan saatları satırlar. Üçüncüsü, regional təhsil idarələri yaradıldı, maarif şöbələri ləğv olundu, həmin sahədən kimlərinsə müdaxiləsi ilə saatlar ədalətsizcəsinə paylanıldı. Dərs bölgüsü aparılarkən bu 3 ədalətsizlik təəssüf ki, hər 10 müəllimdəmən 8-nin başına gəlir. Sadəcə, çoxu heç kim onu incitməsin deyə susur. Amma bu vəziyyət nazirliyi arxayınlaşdırmamalıdır. Çünki maddi vəziyyət, verilən dəyər, baş verənlər, bitməyən haqsızlıqlar artıq müəllimləri də bir həddə gətirib çıxaracaq. Bildirilir ki, saatlar 30 manatdan 100 manata kimi satışa çıxarılır. Hələ söhbətə maarif də qatılsa, "tas" daha da artır. Hələ şantajla satılan saatları var. "Səni işdən çıxardaram, sənin başına oyun açaram" adı altında alınan saatlar da eynilə özünü doğruldur. Nazirliyin müdaxiləsi olmadığı müddətdə, regional təhsil idarələri, direktorlar bu haram pulları özlərinə götürməyə və müəllimləri incitməyə davam edəcəklər. Müəllimlərin əziyyətlərini, haqlarını tələb edirik. O zaman sual yaranır ki, müəllimlər bu qədər təlimə, imtahana cəlb olunubsa, ciblərindən nə qədər pul xərcləyiblərsə, heç olmasa onların haqları özlərinə qaytarılmalıdır. Bir sözlə, Emin Əmirullayevin nazir kimi bu sahədə heç bir inqilabi dəyişikliyi, köklü islahatları olmadı. Ölkə təhsili bazar iqtisadiyyatına uyğunlaşıb. Amma bazardan daha betər görünür. Sovet dövründə isə bazar və müəllim bir-birinə antoqonist idi. Müəllim alverçiyə nifrət edirdi. "Bizim Cəbiş müəllim" filmi buna bariz nümunədir. İndisə nazirlik təhsili bazar mühitinə çevirib və adiləşdirib. Desək ki, yeni nazir gəlsə düzələcək, yox, sistemli dəyişiklik və yanaşmada, təfəkkürdə refreş olmasa, Saakaşvili də gəlib Azərbaycanın elm və təhsili naziri olsun, xeyri dəyməyəcək. Üstəlik, biz təhsildən, özü də orta məktəblərdən danışdıq. Hələ universitetlər nə gündədir, o da ayrı bəladır. Nazirliyin adında isə "elm" də var, sizcə, bizdə elmdən danışmalı bir söz qalıbmı? - sitatın sonu.
Azər Talıbov AnaXeber.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Bu gün, 13:00 |
|
|
|
| • "Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Bu gün, 12:57 |
|
|
|
| • “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Bu gün, 12:54 |
|
|
|
| • Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Bu gün, 11:42 |
|
|
|
| • 2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Bu gün, 11:38 |
|
|
|
| • Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Bu gün, 11:31 |
|
|
|
| • Avropa liderləri buna görə qəzəblidir
Bu gün, 11:09 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Bu gün, 11:05 |
|
|
|
| • Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Bu gün, 11:00 |
|
|
|
| • Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Bu gün, 10:53 |
|
|
|
| • Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Bu gün, 10:30 |
|
|
|
| • "Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Bu gün, 10:26 |
|
|
|
| • "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Bu gün, 10:19 |
|
|
|
| • 2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Bu gün, 09:54 |
|
|
|
| • "Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Bu gün, 09:45 |
|
|
|
| • "Kaspi" qəzeti 145 illiyini qeyd edir
Bu gün, 09:41 |
|
|
|
| • Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
| • Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Bu gün, 08:02 |
|
|
|
| • Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Bu gün, 07:59 |
|
|
|
| • 100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Bu gün, 07:47 |
|
|
|
| • Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Bu gün, 07:45 |
|
|
|
| • İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Bu gün, 07:40 |
|
|
|
| • Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Bu gün, 07:27 |
|
|
|
| • Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:22 |
|
|
|
| • Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Bu gün, 07:17 |
|
|
|
| • Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Bu gün, 07:15 |
|
|
|
| • Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Bu gün, 07:09 |
|
|
|
| • ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Bu gün, 07:04 |
|
|
|
| • 'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Bu gün, 06:53 |
|
|
|
| • 'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Bu gün, 06:48 |
|
|
|
| • Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Bu gün, 06:36 |
|
|
|
| • ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Bu gün, 06:21 |
|
|
|
| • Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
Dünən, 18:27 |
|
|
|
| • İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
Dünən, 18:25 |
|
|
|
| • Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
Dünən, 18:22 |
|
|
|
| • Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Dünən, 12:40 |
|
|
|
| • Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Dünən, 12:36 |
|
|
|
| • Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Dünən, 12:31 |
|
|
|
| • Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 11:25 |
|
|
|
| • 47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Dünən, 11:23 |
|
|
|
| • Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
| • Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Dünən, 10:08 |
|
|
|
| • Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:06 |
|
|
|
| • Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Dünən, 09:59 |
|
|
|
| • "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Dünən, 09:01 |
|
|
|
| • Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Dünən, 08:56 |
|
|
|
| • Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
| • Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Dünən, 08:49 |
|
|
|
| • Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Dünən, 08:46 |
|
|
|
|